Leyla Əliyeva İsmayıllıda aztəminatlı ailələr üçün meyvə bağlarının salınmasında iştirak edib
Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsinin həyata keçirilməsinə başlanılıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, aprelin 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva İsmayıllı rayonunda meyvə ağaclarının əkilməsi üzrə pilot layihəsi çərçivəsində keçirilən ilk tədbirdə iştirak edib.
İsmayıllı rayonu İcra Hakimiyyəti tərəfindən ayrılmış 1.7 hektar torpaq sahəsində 340 ədəd meyvə ağacı əkilib. Salınan bu meyvə
bağı İsmayıllı
rayonunda yaşayan 3 aztəminatlı
ailə
arasında bölünüb
və
təmənnasız olaraq I qrup Qarabağ
müharibəsi
əlili Vüsal İsmayılov,
II qrup Qarabağ müharibəsi
əlili Rahim Əliyev, şəhid ailəsinin üzvü
Nurəddin
Qasımovun istifadəsinə verilib. Qeyd olunan ailələr bu meyvə
bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir
əldə etmək
və
öz maddi rifahlarını yaxşılaşdırmaq
imkanı qazanacaqlar.
Gələcəkdə layihənin
ölkəmizin
digər
rayonlarında da həyata
keçirilməsi
nəzərdə tutulur.
Layihənin sosial-iqtisadi
əhəmiyyəti ondan ibarətdir
ki, bu cür
bağların salınması
əhalinin rifahının yaxşılaşdırılması
ilə
yanaşı, ölkəmizin kənd
təsərrüfatı mallarının idxalından
asılılığının azaldılmasına da töhfə
verəcək.
İki sahil.- 2017.- 8 aprel.- S.2