Kənd təsərrüfatının inkişafı əsas hədəflərdəndir

 

Ölkəmizdə mövcud qeyri-neft sənaye potensialını reallaşdırmaq, aqrar sahənin imkanlarından maksimum yararlanmaq, bu sektorda ənənəvi sahələrin dirçəldilməsi üçün ciddi tədbirlər görmək, nəqliyyat dəhlizi, turizmin imkanlarından geniş istifadə etməklə ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorunun payının artırılması Prezident İlham Əliyevin inkişaf strategiyasını uğurla davam etdirməsinin nəticəsində mümkün olmuşdur. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dövlətimizin başçısı bildirib ki, cari ildə kənd təsərrüfatının inkişaf etdirilməsi bizim əsas hədəflərimizdəndir. Ölkəmizin başçısı deyib ki,  bu məqsədlə müxtəlif tədbirlər həyata keçiriləcək, bu sahəyə dövlət dəstəyi gündən-günə gücləndiriləcək: Kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpaq sahəsinin suvarılması nəzərdə tutulur, vəsait ayrılıb bu layihələr nəzarət altında olmalıdır ki, biz il ərzində bu rəqəmə çata bilək. Hesab edirəm ki, bu, inqilabi bir dəyişiklik olacaq kənd təsərrüfatı istehsalını əlbəttə ki, artıran amillərdən biridir, bəlkə birincisidir. Kənd təsərrüfatı məhsullarının həcmi artmalıdır, daxili tələbatı tam təmin etməliyik. İxracyönümlü məhsulların həcmini artırmalıyıq, məhsuldarlıq yüksəldilməlidir, ən müasir texnologiyalar tətbiq olunmalıdır. Biz bu sahədə böyük təcrübə toplamış ölkələrin təcrübəsini gətirməliyik, ondan istifadə etməliyik ki, hansı sahədə, hansı bölgədə hansı məhsul yetişdirilməlidir. Bu il kənd təsərrüfatının inkişafında mühüm rol oynayan iki zavodun - pivot suvarma sistemləri pestisid zavodlarının istifadəyə verilməsi nəzərdə tutulur. Bu il artıq bu, təmin edilməlidir. Gələn il isə azot gübrəsi zavodu istifadəyə verilməlidir. Biz bunu təxminən bir ildən sonra gözləyirik. Beləliklə, biz azot gübrələri ilə özümüzü nəinki təmin edəcəyik ixrac imkanlarımız da yaranacaqdır”. İki gün bundan əvvəl Prezident İlham ƏliyevinAzərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında  Sərəncamı da  aqrar sektorun inkişafına ciddi təkan verəcəkdir.Sərəncamda göstərilir ki,  ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün əlverişli şərait yaradılıb. Kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın, tütünçülüyün, baramaçılığın sürətli inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması emal sənayesinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən dövlət proqramları qəbul edilmişdir. Sənəddə qeyd olunur ki, kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi məqsədilə kənd təsərrüfatının maliyyə resurslarına tələbatı üzrə hədəflərin müəyyənləşdirilməsi, kredit zəmanət fondunun yaradılması imkanlarına baxılması, kənd təsərrüfatında innovativ girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, Sığorta Hadisələri Reyestrinin hazırlanması, karantin rejiminin tətbiqi ilə bağlı kənd təsərrüfatı istehsalçılarına dəymiş maddi zərərin ödənilməsi mexanizminin yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarının sığorta savadlılığının artırılması, aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi ilə bağlı, eləcə aqrar investisiya ehtiyaclarının qiymətləndirilməsi investisiya layihələrinin hazırlanması üçün zəruri tədbirlər görülməlidir.Göründüyü kimi,  neftdən əldə edilən gəlirlər hesabına iqtisadiyyatın uğurla şaxələndirilməsi, aqrar sektorun inkişaf etdirilməsi, ixrac qabiliyyətli məhsul istehsalının gücləndirilməsi sayəsində yeni yerləri açılır, əhalinin məşğulluq   həyat səviyyəsi gündən-günə yaxşılaşır.

Rza Zahid

İki sahil.- 2017.- 13 aprel.- S.15