Taxılçılığın inkişafı üçün
yeni hədəflər
Prezident İlham
Əliyev: Dəqiq təhlil aparılmalıdır
ki, özümüzü
keyfiyyətli taxılla
təmin etmək üçün bizə nə qədər torpaq sahəsi lazımdır
Prezident İlham
Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin nəticəsi kimi, ölkəmizin dayanıqlı
iqtisadi inkişafı
ildən-ilə möhkəmlənməkdədir.
Dövlət başçısının
müəyyən etdiyi
strategiyaya uyğun olaraq ölkədə ərzaq təhlükəsizliyinin
təmin edilməsi, əhalinin ekoloji təmiz məhsullarla təminatının daha da yaxşılaşdırılması
prioritet vəzifələrdəndir.
Bu sırada isə taxılçılğın
inkişafı, xüsusilə
də ərzaq buğdasına olan tələbatın yerli istehsal hesabına təmin edilməsi vacib məsələ kimi qarşıya qoyulub. Son illərdə
taxılçılığın inkişafına dövlət
dəstəyinin artırılması,
iri taxılçılıq
təsərrüfatlarının yaradılması da elə bu məqsədə
xidmət edir. Aprelin 10-da Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bir daha taxılçılığın
inkişaf etdirilməsi
məsələsinə toxunub.
Belə ki, dövlət başçısı taxılçılığın
inkişafına yönəldilmiş
irihəcmli subsidiyalara
baxmayaraq, Azərbaycanın
özünü hələ
də ərzaq buğdası ilə təmin edə bilməməsinin səbəblərini
araşdırmaq üçün
kosmik peyki işə salmaq göstərişi verib:
“Deyə bilərəm
ki, bizim yeganə zəif yerimiz taxılçılıqdır.
Bunu nəzərə alaraq mən göstəriş verdim ki, Prezident Administrasiyasında
geniş müşavirə
keçirilsin və keçirildi. Bütün
tapşırıqlar verildi.
Ondan sonra mən taxılçılığın
inkişafı və ilk növbədə təhlilin aparılması
ilə bağlı müvafiq Sərəncam imzaladım. Burada çox geniş informasiya yığılmalıdır,
statistika düzgün
təhlil edilməlidir
və bir çox suallara cavab verilməlidir. Necə olur ki, biz taxılçılığa
bir milyon hektar torpaq ayırmışıq,
amma özümüzü
ərzaq buğdası
ilə təmin edə bilmirik? Bu sual sadə
səslənsə də
onun arxasında bir çox məqamlar var. Ona görə dəqiq təhlil aparılmalıdır,
bizə nə qədər ərzaq buğdası, bütövlükdə
taxılçılıq üçün
torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli
buğda ilə, taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq.
Çünki mənə verilən məlumata görə, biz hər il
idxala təxminən
300 milyon manat pul ayırırıq. Burada əlbəttə ki, uçot, təhlil, elektron nəzarət, peyk nəzarəti olmalıdır.
Bizim peykimiz var və qısa
müddət ərzində
torpaqların münbitliyinin,
məhsuldarlığının dəqiq analizi aparılmalıdır”.
Xatırladaq ki, Prezident İlham Əliyev hələ neçə illər bundan əvvəl ərzaq təhlükəsizliyinin təmin
edilməsi strategiyasının
tərkib hissəsi kimi hökumətin qarşısında ölkənin
ərzaq buğdasına
olan tələbatının
daxili istehsal hesabına ödənilməsi
vəzifəsini qoyub.
Həmçinin hər
il dövlət büdcəsindən kənd
təsərrüfatına ayrılan
subsidiyaların böyük
hissəsi də məhz taxılçılığa
yönəldilir. Lakin
ərzaq buğdasına
olan tələbatın
hələ də yerli istehsal hesabına tam şəkildə ödənməməsi
və bütövlükdə
taxılçılığın inkişafı ilə bağlı mövcud vəziyyət dövlət
başçısını qane etmir. Elə buna
görə də Prezident İlham Əliyev haqlı olaraq ölkədə ərzaq təhlükəsizliyinin
təmin edilməsinin,
əhalinin ekoloji təmiz məhsullarla tənimatının daha da yaxşılaşdırılmasının
strateji məsələ
olduğunu nəzərə
alaraq taxılçılıqla
bağlı mövcud
vəziyyətin
hərtərəfli araşdırılması
üçün kosmik
peyki işə salmaq barədə göstəriş verib.
Xatırladaq ki, hazırda Azərbaycanın ərzaq
buğdasına olan illik tələbatı 1,7
milyon tondur. Kənd Təsərrüfatı
Nazirliyinin açıqladığı
məlumatlara görə,
ötən il ölkədə 3 milyon ton taxıl istehsalı proqnozlaşdırılsa
da tədarük olunan məhsul bundan bir qədər
az - 2,8 milyon ton olub. Dövlət
Gömrük Komitəsinin
statistik məlumatlarında
isə göstərilir
ki, ölkəyə hər ay orta
hesabla 100 min ton taxıl idxal olunur. Bu
isə o deməkdir ki, Azərbaycanın ərzaq buğdasına olan tələbatının
çox böyük hissəsi idxal hesabına təmin edilir.
Belə olan
halda ortaya maraqlı sual çıxır: il ərzində Azərbaycanda
3 milyon ton taxıl istehsal olunursa, niyə xaricdən ölkəyə
bu qədər ərzaq buğdası idxal olunur?
Kənd Təsərrüfatı
Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Murtuzəli Haçıyev
təsdiq edir ki, hər il
Azərbaycanda təxminən
3 milyon tona yaxın taxıl istehsal olunur. Lakin bu məhsulların
təxminən yarısından
bir qədər çox hissəsi yemçilik məqsədləri
üçün tədarük
olunan taxılın payına düşür.
Bu səbəbdən də ölkənin ərzaq buğdasına olan tələbatının
böyük hissəsi
idxal hesabına ödənilir. Onun sözlərinə görə, son illər aqrar sahəyə göstərilən
dövlət qayğısı
nəticəsində digər
kənd təsərrüfatı
məhsullarında olduğu
kimi, taxıl istehsalında da nəzərəçarpacaq artım
müşahidə edilir:
“Artıq taxılçılığın
inkişafına göstərilən
dövlət qayğısı
müsbət təsirini
göstərir. Müsbət
amillər artıq istehsal olunan taxılın keyfiyyət göstəricilərində də
müşahidə olunur.
Yəni tədarük
olunan taxılın qida üçün yararlılığı ildən-ilə
artır. Bizim əsas hədəfimiz odur ki, yaxın
illərdə ölkənin
ərzaq buğdasına
olan tələbatı
tam şəkildə yerli istehsal hesabına təmin olunsun. Həmçinin taxılçılıq ölkənin
ixrac potensialının
artırılmasına öz
töhfəsini verəcək.
Taxılçılığın inkişafına dövlət
dəstəyinin artırılması,
keyfiyyətli məhsul
istehsalı ilə məşğul olan iri subyektlərin və kiçik fermerlərin layihələrinin
dəstəklənməsi məhz
bu məqsədlərə
xidmət edir. Bu baxımdan həm taxıl istehsalının artırılması,
həm də keyfiyyət göstəricilərinin
yaxşılaşdırılması istiqamətlərində ciddi
addımlar atılır”.
Elxan Salahov
İki
Sahil.- 2017.- 13 aprel.- S.7