Turizmin inkişafı
yeni mərhələdə
Fransız dilindən tərcümədə
“tour” gəzinti, səyahət
mənasını verən
turizm hazırda bütün dünyada iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindəndir.
Turist sözü 1772-ci ildən,
turizm sözü isə 1811-ci ildən işlədilir. Ədəbiyyatlarda kütləvi turizmin ilk təşkilatçısı ingilis
Tomas Kuk adlı şəxs hesab olunur. O, hələ
1841-ci ildə dəmir
yolu ilə 570 nəfərin kütləvi
gəzintisini təşkil
edib. Beləliklə, bu hadisə
ilə Tomas Kuk müasir turizmin əsasını qoyub.
Azərbaycan turizm sektorunda istənilən ölkə
ilə rəqabət apara biləcək qədər imkanlara malik olub və
olacaq. Azərbaycanın hələ qədim
dövrlərdə Böyük
İpək Yolu üzərində mühüm
dayanacaq kimi tanınması ölkəmizdə
əcnəbi tacirləri
və karvanları qəbul edən və onlara xidmət göstərən
müvafiq infrastrukturların
-karvansaraların formalaşmasına
səbəb oldu.
Beləliklə, İpəkYolu üzərində
yerləşən Təbriz,
Marağa, Ərdəbil,
Gəncə, Naxçıvan,
Ordubad, Nuxa (Şəki) şəhərləri
tarixi inkişaf nəticəsində mühüm
beynəlxalq ticarət
mərkəzlərinə çevrildilər.
Bu gün isə zəngin təbii sərvətlərimiz, əsrarəngiz
təbiətimiz, əsrlərdir
qorunub saxlanılan mədəni irsimiz, tarixi özündə yaşadan abidələrimiz
və s. turizmin inkişafı üçün
zəmin yaradan mühüm amillərdəndir.
Azərbaycanda turizm bazarının formalaşması və inkişaf tarixi də ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 27 iyul 1999-cu ildə Ulu Öndər “Turizm haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında” Fərman imzaladı.
2001-ci il sentyabr ayının 25-də Cənubi
Koreya Respublikasının
paytaxtı Seul şəhərində Dünya
Turizm Təşkilatının
(DTT) XIV Baş Assambleyasında
Azərbaycan bu
beynəlxalq turist təşkilatına üzv
oldu. DTT-yə üzvlük öz növbəsində, respublikamıza
turizm fəaliyyəti
üzrə tövsiyələr
və praktiki kömək edilməsinə
imkan yaratdı. Bu və ya digər
tədbirlərin və
qlobal layihələrin,
“Azərbaycan Respublikasında
2002-2005-ci illərdə turizmin
inkişafına dair Dövlət Proqramı”,
“2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair” Dövlət proqramlarının
qəbul olunması və uğurlu icrasının nəticəsi olaraq XXI əsrin əvvəllərində
artıq Bakıda, Gəncədə, Naxçıvanda
və ölkənin digər şəhərlərində
xarici qonaqları yüksək səviyyədə
qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət
göstərirdi.
Əlbəttə, bütün bunlar
məqsədyönlü siyasətin
nəticəsi idi.
Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən
Avropa Şurasının
təcrübəsi çərçivəsində
bir çox rayonlarımızın turizm
imkanlarının tanıdılması
üçün layihələr
həyata keçirildi.
Bunlar “Böyük İpək yolu”, “Şərab yolu”, “Xalçaçılıq”, “Aleksandr
Düma Qafqazda” və “Azərbaycanda alman məskənləri” layihələri idi.
2011-ci il Azərbaycanda
“Turizm ili” elan olundu. Bu addım bir daha ulu öndər
Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə
uğurla davam etdirən Prezident İlham Əliyevin turizmin inkişafını diqqətdə
saxladığını təsdiqlədi. Eləcə də Prezident İlham Əliyevin IX Beynəlxalq Turizm Sərgisində və I Ümumrespublika Daxili Turizm Sərgisində iştirakı bu sahənin inkişafını şəxsən
nəzarətdə saxladığının
sübutu idi. Bütün sadalanan tədbirlərin nəticəsi
idi ki, 2012-ci ilin və 2013-cü ilin birinci yarısının
nəticələrinə əsasən,
turistlərin sayında
artım dünya və Avropa üzrə 5% təşkil
etdiyi halda, Azərbaycanda turist axınının artımı
10% səviyyəsində müşahidə
olundu.
Son illər xarici
turistlərin ölkəyə
cəlb edilməsi üçün beynəlxalq
tədbirlər, forumlar,
sammitlər və idman oyunları keçirilir. Əcnəbi turistlərin Azərbaycanda
rahat və təhlükəsiz istirahət
etmələri üçün
tam şərait yaradılıb.
Hər il
Azərbaycanda 25-50 yeni
mehmanxana, hotel və digər turist yerləşdirmə obyektinin
təməli qoyulur.
Bu faktı aprel ayının 10-da Nazirlər
Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclasında Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı: “Bakıda
və bölgələrdə
gözəl otellər
tikilibdir. Bakıda dünyanın demək
olar ki, bütün aparıcı
otel şəbəkələri
öz otellərini idarə edirlər. Bütün bölgələrdə müasir
otel infrastrukturu, müalicəvi turizm inkişaf edir. Biz ənənəvi turizm bölgələrini
bərpa etdik. Vaxtilə - Sovet dönəmində Naftalana 70 min turist gəlirdi. Verilən son məlumata görə,
hər il təxminən 30-35 min insan
buraya müalicə almağa gəlir”. Daha sonra bərpa
olunaraq istifadəyə
verilən Qalaaltı və yeni açılan
turizm infrastrukturlardan danışan Prezident bildirdi ki, biz Qalaaltı kurortunu bərpa etmişik, özü də yüksək səviyyədə:
“Sovet vaxtında orada olan vətəndaş
indi görür ki, burada yerlə
göy qədər fərq var. Biz digər müalicəvi turizm zonalarını yaratdıq,
yeni turizm obyektləri istifadəyə
verildi. Qusarda Şahdağ, Qəbələdə
Tufandağ xizək kompleksləri ən müasir turizm infrastrukturudur. Bunlar olmasaydı, ölkəmizə
kim gələrdi?
İkincisi, ölkəmizdə mövcud olan sabitlik. İndi turistlər də baxırlar ki, hara getsinlər, riskli yerlərə getmək istəmirlər.
Bilirlər ki, Azərbaycanda
onların təhlükəsizliyi
qorunacaq. Bilirlər ki,
Azərbaycan sabit ölkədir. Bu da önəmli
amildir”.Göründüyü
kimi, Azərbaycanda digər sahələr kimi, turizm sektoru
da inkişaf edir. Təbii ki, bu inkişaf
ölkəmizin iqtisadi
imkanlarının günbəgün
artmasına əsaslanır.
Günel Eyyubova.
İki
sahil.- 2017.- 19 aprel.- S.9