İqtisadi inkişafın yeni hədəflərinə doğru

Prezident İlham Əliyev: Əsas istehlak malları ilə özümüzü tam təmin etməliyik

Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin ekoloji təmiz məhsullarla təminatının daha da yaxşılaşdırılması prioritet vəzifələrdəndir. Bu məsələ Prezident İlham Əliyevin hökumət qarşısında qoyduğu əsas tələblərdən biri kimi daim diqqət mərkəzindədir.

Aprelin 10-da Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, aprelin 17-də isə qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində dövlət baçşısı  bu məsələni xüsusi vurğulayaraq deyib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş hədəflərə nail olmaq üçün ciddi addımlar atılmalıdır. Müəyyən edilmiş hədəflərə əsasən, 3-4 il ərzində Azərbaycan əsas istehlak malları ilə özünü tam şəkildə təmin etməlidir. Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində bildirib ki, Azərbaycan bundan sonra bu işi daha da təkmilləşdirməli fəaliyyəti genişləndirməlidir: “Qeyri-neft ixracını artırmaq üçün, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etməliyik biz buna yaxınlaşırıq. Hər il regional inkişaf proqramına yekun vururuq. Bu mövzu daim gündəlikdə olur ki, biz hansı məhsullarla özümüzü qədər təmin edirik, hər il dinamikanı görürük. Ancaq hələ ki buna tam nail ola bilməmişik”.Dövlət başçısı qeyd edib ki, Azərbaycan iqtisadiyyatı daim inkişafda olmalıdır. Çünki ölkə dinamik şəkildə inkişaf edir əhali artır. Prezident qeyd edib ki, bu müsbət tendensiya dövlət hökumət orqanları qarşısında çox ciddi vəzifələr qoyur: “Biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək ixraca rəqabətqabiliyyətli mallar təqdim edək. Ona görə, növbəti illərdə daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifələrdir. Eyni zamanda, biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Biz bunu edirik edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi bu iki amillə bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək.Xatırladaq ki, Prezident İlham Əliyev hələ neçə illər bundan əvvəl ərzaq təhlükəsizliyinin təmin edilməsi strategiyasının tərkib hissəsi kimi hökumətin qarşısında ölkənin ərzaq buğdasına olan tələbatının daxili istehsal hesabına ödənilməsi vəzifəsini qoyub. Aprelin 10-da Nazirlər Kabinetinin iclasındakı nitqində dövlət başçısı bu məsələni bir daha gündəmə gətirərək ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinin, əhalinin ekoloji təmiz məhsullarla təminatının yaxşılaşdırılmasının əsas strateji hədəflərdən biri olduğunu söyləmişdi.

Kənd Təsərrüfatı Nazirliyindən bildirirlər ki, dənli bitkilərin istehsalının artırılması aqrar sektorun qarşısında duran əsas məsələlərdən biri olmaqla, ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahədir. Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin nəticəsi kimi əhalinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Buna misal olaraq bu il üçün payızlıq taxıl, dənli paxlalı bitkilər daxil olmaqla 967 min hektarda əkin aparıldığını göstərmək olar. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, bu il 327 min hektarda arpa, 620 min hektarda buğda əkilib. Ümumilikdə keçən illə müqayisədə bu il dənli bitkilərin əkin sahəsi 2,4 faiz, buğdanın əkin sahəsi isə 7 faiz artıb:Bizim mütəxəssislərimizin apardıqları monitorinqlər, rayonlarda keçirilən reydlər, müşavirələr, fermerlərlə görüşlər onu deməyə əsas verir ki, hələlik taxıl sahələrində vəziyyət yaxşıdır. Yəni ilk bitiş, kollanma yaxşı səviyyədədir. Keçirilən müşavirələrdə əsas diqqət aqrotexniki tədbirlərin vaxtında yerinə yetirilməsinə yönəlib. Ümumilikdə taxılçılıqda 50-yə yaxın aqrotexniki tədbirlər var. Biz onların hamısını vaxtında həyata keçirməklə həm yüksək keyfiyyətli məhsul əldə edərik, həm potensial məhsuldarlığa nail olarıq”.

 

Murtuzəli Hacıyev deyib ki, Azərbaycanın torpaq-iqlim şəraiti məhsul istehsalını artırmaq üçün əlverişlidir. Onun sözlərinə görə, bunun üçün hər cür potensial imkanlar var: “Həm yerli sortların bioloji xüsusiyyətləri, həm torpaq-iqlim şəraiti imkan verir ki, biz haradasa 6-7 ton məhsul əldə edə bilək. Amma fermerlərin üzərinə düşən əsas məsələ aqrotexniki tədbirləri kompleks olaraq icra etməkdir. Hazırda gübrələmə, suvarma işləri aparılır, təxminən 10 gündən sonra isə alaq otlarına qarşı tədbirlərin həyata keçirilməsi başlanacaq. Tədbirlər vaxtında icra olunarsa, biz hədəfə çatarıq. Bildiyiniz kimi, keçən il orta məhsuldarlıq 30 sentner oldu. Elə fermerlərimiz var, hər hektardan 6-7 ton məhsul əldə etdi. Bu gün bizim potensial imkanlarımız var ki, orta məhsuldarlığı artıraq. Əsas şərtlərdən biri aqrotexniki tədbirlərin düzgün yerinə yetirilməsidir.Nazirlik rəsmisi qeyd edib ki, iyul ayının əvvəlindən arpa biçini, iyulun 15-dən sonra isə aran bölgəsində, sentyabra qədər dağlıq dağətəyi bölgələrdə taxıl biçini aparılır: “Ümumilikdə son illər ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin ekoloji təmiz məhsullarla təminatının daha da yaxşılaşdırılması üçün çox ciddi tədbirlər müəyyənləşdirilib bu işlər planlı şəkildə həyata keçirilir. Taxılçılığın inkişafına dövlət dəstəyinin artırılması, iri taxılçılıq təsərrüfatlarının yaradılması da ərzaq təhlükəsizliyinin təmin edilməsinin tərkib hissəsi kimi diqqət mərkəzindədir”.

 

Elxan Salahov.

İki sahil.- 2017.- 19 aprel.- S.7