Xalça ixracı Azərbaycana valyuta gətirəcək

İlmə ustalarımızın minbir zəhmətlə toxuduqları nəfis xalçalar hər bir evin bəzəyidir. Analarımız qızları gəlin köçürəndə onlara xalça hədiyyə edirlər. Ümumiyyətlə, xalça həmişə ən xoşagələn hədiyyə hesab olunur. Azərbaycanın ən qədim el sənətlərindən biri sayılan xalçaçılıq öz inkişafının yeni mərhələsinə qədəm qoyur. Bu işdə azacıq səriştəsi olanlar bilirlər ki, xalça toxumaq qədər  səbr zəhmət tələb edir. Elə iri ölçülü xalı-xalçalar olur ki, onların toxunuşu bəzən bir il daha çox vaxt aparır. Bir ki, kustar üsulla hazırlanan xalçalarda kiçik olsa qüsurlar olur. Ancaq indi yüksək nanotexnologiyalar əsridir.  Planlaşdırılıb ki, xalça istehsalı müasir texnologiyalarla həyata keçirilsin.  Böyük zəhmət bahasına başa gələn gözəl xalçalarımız artıq bundan sonra sənaye üsulu ilə istehsal olunacaq. Bu üsul xalçaçıları izafi vaxt zəhmət sərf etməkdən qurtaracaq. Burada texniki hazırlıq işləri mexanikləşdiriləcək beləliklə, xalça istehsalında xərclər azalacaq. Nəticədə maya dəyəri aşağı olan yüksək keyfiyyətli xalçalar istehsal ediləcək.

 

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Yevlax rayonuna səfəri zamanı qeyri-neft ixracatçılarının respublika müşavirəsində xalçaçılığın inkişaf perspektivlərindən söz açıb: “Biz indi xalçaçılığı geniş təbliğ edirik. Bu, bizim qədim sənətimizdir. “Azərxalçayaradılıbdır, 13 şəhərdə yeni xalça kombinatları yaradılır. Onlardan birinin açılışında mən özüm olmuşam-Füzuli rayonunda. Qalan xalça fabrikləri bu il istifadəyə veriləcək. Bu, minlərlə yerinin yaradılması deməkdir bu, bizim gözəl ixrac potensialımızdır.

 

Yun tədarükü məsələlərinə əvvəlki illərdə o qədər böyük diqqət göstərilmirdi. Məndə olan məlumata görə, bizim cəmi bir fərli-başlı tədarük məntəqəmiz olub. Bizim bütün bölgələrimizdə yun tədarükü təşkil edilməlidir. Vaxt gəlib çatıb ki, Azərbaycanda böyük yun fabriki yaradılsın.” 

 

Bəli, yunu sənaye üsulu ilə emal etməyin vaxtı çatıb. Yada salaq ki əvvəllər Yevlaxda nəhəng yunun ilkin emalı fabriki fəaliyyətgöstərirdi. Fabrikin böyük ərazisi, hər cür texniki avadalıqları texnikaları vardı. Ancaq baxımsızlıq məsuliyyətsizlikdən bu fabrik Azərbaycanda hökm sürən anarxiya dövründə dağıdılıb sıradan çıxarıldı. İndi onun həyətində yalnız köhnə binalar qalıb. Fabrikin yenidən qurulması, müasir texnologiyalarla təmin edilərək işə salınması mümkündür. Yəqin ki, adamlarımız ondan istifadə edəcəklər. 

 

Prezident İlham Əliyev keçən il çıxışlarının birində  demişdi ki, xalçaçılıq sənəti bizim milli sərvətimizdir biz onun daim inkişaf etməsinin qayğısına qalmalıyıq: “Əsrlər boyu Azərbaycan xalçaçılığı inkişaf etdiribdir Bakının mərkəzində - Bulvarda açılmış Xalça Muzeyi həm özlüyündə bir memarlıq əsəridir eyni zamanda, bizim qədim sənətimizi bütün dünyada nümayiş etdirir. Ancaq əfsuslar olsun ki, xalçaçılıq sənaye kimi Azərbaycanda az inkişaf edib. Ancaq fərdi qaydada bu sahə ilə məşğul olanlar xalça toxuyurlar bunu həm ölkə daxilində, həm xaricə sata bilirlər. Nəzərə alsaq ki, bu sahədə bizim böyük ənənələrimiz var, xalça sənəti Azərbaycan xalqının böyük sərvətidir dünya miqyasında biz qabaqcıl yerdəyik, ona görə qərar qəbul edilib ki, bu məsələlər məqsədyönlü şəkildə öz həllini tapsın. Həm bu qədim sənət yaşasın, kadrlar axını təmin edilsin, eyni zamanda , biz xalçaçılıq sənayesini yaradaq. Bu, ixrac yönümlü məhsul kimi ölkəmizə böyük həcmdə valyuta gətirəcək.”

 

Maraqlı faktdır ki, dünyanın ən qədim xalçası 1950-ci illərdə Altayda tapılıb. Sovet arxeoloqları orada qazıntı apararkən bir kurqandan salamat qalmış bəzəkli xalça tapmışdılar. Arxeoloqlar müəyyən etmişdilər ki, həmin xalça bizim eradan əvvəl V əsrdə Bərdə şəhərində toxunub. 2500 il əvvəl toxunmuş həmin Bərdə saqa-oğuz xalçası indi muzeydə saxlanır.

 

Azərbaycanda tarixən özünəməxsus sənətkarlıq üslubu olan xalçaçılıq məktəbləri mövcud olub. Təbriz, Ərdəbil, Gəncə, Naxçıvan, İrəvan, Qarabağ, Şirvan, Quba xalçaları bəzəyinə, çeşnisinə, ölçüsünə rəng çalarlarına görə bir-birlərindən fərqlənirdilər. Onların hər biri özünəməxsus gözəllikləri ilə göz oxşayırdı. İstər qədim dövrlərdə, istərsə indiki zamanda Azərbaycan xalçaları bütün dünyada şöhrət tapmışdır.

 

Bu gün həmin şöhrəti daha da artırmaq onu gələcək nəsillərə təqdim etmək üçün Azərbaycan dövləti lazım olan bütün tədbirləri həyata keçirir. Dövlətimizin başçısı Yevlaxda keçirilən respublika müşavirəsində  bildirib ki, xalçaçılıq sahəsinə dövlət tərəfindən hər cür dəstək göstəriləcək. İş yerlərinin çoxunu bölgələrdə yaşayan qadınlar tutacaq onlar ixrac məhsulu da istehsal edəcəklər. Xalçaçılıq müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi üçün dövlət başçısının Sərəncamı iləAzərxalçaSəhmdar Cəmiyyəti fəaliyyət göstərir. Bu isə xalçaçılıq sahəsində qarşıya çıxan problemlərin həllində ixrac məsələlərində əhəmiyyətli rol oynayacaq. 

 

Vəli İlyasov

İki sahil.- 2017.- 20 aprel.- S.14