Qeyri-neft sektorunda
inqilabi dəyişikliklərə
start verilib
“Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika
müşavirəsində irəli
sürdüyü fikirlərdən
ilk olaraq belə bir nəticəyə gəlmək mümkündür
ki, ölkə başçımız Azərbaycanın
qeyri-neft sektorunun daha da şaxələndirilməsi
istiqamətində inqilabi
dəyişikliklər, yeniliklər
etmək qətiyyətini
ortaya qoyub”. Bu fikirləri SİA-ya siyasi ekspert
Bəhruz Quliyev sözügedən müşavirədə
Prezident İlham Əliyevin irəli sürdüyü tezisləri
şərh edərkən
deyib.
Bəhruz Quliyevin sözlərinə
görə, məhz ölkədə aparılan
məqsədyönlü və
uğurlu iqtisadi siyasət nəticəsində
qeyri-neft sektoru sahəsində canlanma müşahidə olunmaqdadıdr. “Bu görüşdən
əvvəl ölkə
başçımız Xaçmazda
keçirdiyi müşavirədə
qeyri-neft sektorunun daha da genişləndirməsi
ətrafında önəmli
tapşırıq və
tövsiyələrini vermişdi”-deyə qeyd edən siyasi ekspertə görə, buradan eyni zamanda
belə qənaətə
gəlmək lazımdır
ki, cənab İlham Əliyev qeyri-neft sektorunda aparılan işləri diqqətində saxlamaqdadır:
“Çünki burada yalnız iqtisadi faktorlar cəmləşmir
və əsas məsələlərdən biri
də ölkə rəhbərinin sahibkarlara
göstərdiyi diqqət
və qayğısıdır
ki, bunun nəticəsində həm
yüngül, həm ağır sənayelərdə,
həm də kənd təsərrüfatında
yeni-yeni iş yerləri açılır,
insanlarımız bu amildən sosial rifahları naminə faydalanırlar. Ona görə də
iqtisadiyyatın, xüsusilə
də qeyri-neft sektorunun şaxələndirilməsi
kontekstindən yanaşarsaq,
bu və bu kimi digər
amilləri bir arada cəmləşdirə
bilərik”.
Bəhruz Quliyev qeyri-neft sektorunun inkişafında ölkənin ixrac potensialının artırıldığını
da diqqətə çatdıraraq
deyib ki, Prezident İlham Əliyev sahibkarlara şərait yaratmaqla yanaşı, onlar qarşısında Azərbaycan
brendinin dünya bazarına layiqli şəkildə çıxarılması
tələbini də qoyub. Ölkə başçımız
bununla bağlı vurğulayıb ki, Azərbaycan yeni iqtisadi modelə keçmiş, bundan sonrakı dövrdə ölkə iqtisadiyyatı
islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdiriləcəkdir: “Ona görə də Azərbaycanda biznes mühitinin inkişafına
və sahibkarların fəaliyyətinə dövlət
tərəfindən çox
böyük dəstək
verilir. Bu böyük
dəstək sahibkarların
fəaliyyətlərində inam və stimul
yaradır. Əlbəttə ki, sahibkarlarımız da onlara göstərilən qayğıdan və diqqətdən doğru şəkildə yararlanmalı,
dövlətin ayırdığı
güzəştli kreditləri
səmərəli şəkildə
istifadə etməlidirlər.
Çünki inkişafa doğru
atılan hər bir addım, eyni zamanda dövlətin
güclənməsinə doğru
atılan addım kimi qiymətləndirilir”.
Siyasi ekspert hesab edir
ki, Prezident İlham Əliyev tərəfindən yürüdülən
düşünülmüş siyasət, nümayiş etdirilən güclü iradə və yorulmaz, ardıcıl fəaliyyət regionların
sürətli inkişafını
da şərtləndirən əsas amillərdən biri kimi qəbul
olunmalıdır: “Əslində,
sahibkarlığın inkişaf
təməlinin hələ
illər öncə məhz regionlarımızdan
başlandığını da deyə bilərik. Bu inkişafın təməlində isə
məhz qeyri-neft sektorunun dayandığını
göstərə bilərik.
Artıq şaxələnmiş
qeyri-neft sektorunun iqtisadiyyatımızdakı dərəcəsi
65 faizi təşkil edir ki, bütün
bunların arxasında
ötən illərdə
əldə edilmiş
davamlı nailiyyətlərlə
əlaqələndirmək olar və burada
daha bir məqsəd Azərbaycanda
tələbatın daxili
istehsal hesabına ödənilməsi və
ixrac potensialının
yüksəldilməsidir. Çünki dünyada mövcud olan öncül təcrübələrə əsasən,
ölkəmizdə investisiyanın
və ixracın təşviqi sistemlərinin
tətbiqinə başlanmışdır.
Bu barədə də dövlət başçımız Yevlaxdakı
müşavirəsində öz
önəmli fikirlərini
bildirib. Bəli, məhz
münbit investisiya mühitinin mövcudluğu
sonradan əldə edilən gəlirin ölkənin inkişafına
yönəldilir. Ölkə başçımız
da vurğulayıb ki,
“Azərbaycanda gözəl
investisiya mühiti mövcuddur. Son
illər ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulmuşdur”.
Beləliklə, biz burada yekun olaraq deyə
bilərik ki, aparılan əsaslı islahatlar, qeyri-neft sektoru və s. sahələrdə sahibkarlığın
inkişafına hərtərəfli
dövlət dəstəyi
Azərbaycanımızın inkişafına təkan verən əsas amil kimi yaxın
gələcəkdə inqilabi
iqtisadi uğurların əldə
edilməsi ilə nəticəsini tapacaq. Azərbaycan öz uğurları ilə dünyanın siyasi-iqtisadi
xəritəsinə yeni
bir model təqdim edərək hansı gücə və potensiala malik olduğunu sübuta yetirmək əzmində olduğunu kifayət qədər göstərməkdədir”.
İki
sahil.- 2017.-20 aprel.- S.5.