BANM- kitab təqdimatı keçirildi...

 

 

Bakı Ali Neft Məktəbində (BANM) Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin katibi Mixail Kaşubskinin müəllifi olduğuDəniz neft-qaz platformalarının təhlükəsizliyi” (Offshore Oil and Gas Installations Security) kitabının təqdimatı keçirilib.

Moderator.az xəbər verir ki, BANM-in rektoru Elmar Qasımov müasir geopolitik reallıqlarda dünyanın üzləşdiyi bir çox problemlərdən, həmçinin Azərbaycan dövlətinin öz ərazisində yerləşən dəniz neft-qaz platformalarına güclü nəzarətindən bəhs edib. Bir ölkənin iqtisadiyyat gücünə böyük zərbə vuran neft-qaz platformalarına edilən hücumlardan söz açaraq, bu sahədə təhlükəsizlik tədbirlərinin artırılmasının beynəlxalq təşkilatların terror hücumlarına qarşı səfərbər olmasının vacibliyini vurğulayıb. Mixail Kaşubskinin ərsəyə gətirdiyiDəniz neft-qaz platformalarının təhlükəsizliyikitabının əsaslı faktlara təhlillərə kökləndiyini deyərək gələcəkdə terror hücum hallarının qarşısının alınmasında böyük töhfə verə biləcəyinə əminliyini ifadə edib.

Mixail Kaşubski müəllifi olduğu kitab haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Kitabın 10 il müddətində tarixi faktlara, geopolitik təhlillərə, elmi araşdırmalara əsaslanaraq ərsəyə gətirildiyini deyib.

Təqdimatdan sonra M.Kaşubski tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

İki sahil.- 2017.- 25 aprel.- S.10