Əflatun Amaşova
“Fəxri mədəniyyət
işçisi” döş
nişanı təqdim
olundu
25-4-2017 20:08 Mədəniyyət,
Xəbər Oxunma Sayı: 22
Mətbuat Şurasının
(MŞ) sədri, Milli
Məclisin deputatı
Əflatun Amaşov mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevlə
görüşüb.
Şuradan Publika.az-a verilən məlumata görə, Mədəniyyət
və Turizm Nazirliyində keçirilmiş
görüşdə nazir
Ə.Qrayev MŞ sədrini
60 yaşının tamam
olması münasibətilə
təbrik edərək,
ən xoş arzularını çatdırıb.
Nazir bildirib ki, rəhbərlik etdiyi dövlət qurumu mətbuat orqanları ilə əməkdaşlığa
hər zaman böyük önəm verir, mədəni irsimizin, incəsənətimizin,
ölkəmizin turizm imkanlarının təbliğində,
dünyaya tanıdılmasında
medianın rolunu yüksək qiymətləndirir.
Nazirliyin
mövcud xüsusda Mətbuat Şurası ilə əlaqələrindən,
birgə layihələrinin
cəmiyyət üçün
faydalı tərəflərindən
söz açan Ə.Qarayev vurğulayıb
ki, Azərbaycan jurnalistikasının inkişafında,
peşəkarlıq səviyyəsinin
artmasında Şuranın
müstəsna rolu var: “2015-ci ildə Milli Məclisin
üzvü seçildikdən
sonra Azərbaycan mətbuatının inkişafına
xidmət edən prioritet məsələlərin
parlamentdə gündəmə
gətirilməsi ilə
bağlı təşəbbüsləriniz,
qanunverici orqanda aktual mövzu və problemlərlə bağlı çıxışlarınız
təqdirəlayiqdir. Azərbaycan-Gürcüstan
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupun rəhbəri kimi fəaliyyətiniz də məmnunluq doğurur. Hər dəfə Gürcüstana
səfər edərkən
orada yaşayan soydaşlarımızın problemləri
ilə maraqlanır, qonşu ölkədəki
tarixi-mədəni irsimizin
qorunması və bərpası ilə bağlı narahatlığınızı
dilə gətirir, rəsmi qurumlarla səmərəli görüşlər
keçirirsiniz”.
Ə.Qarayev əlavə edib
ki, MŞ sədri 30 ildən artıq müddətdə Azərbaycanda
mətbu və ictimai fikrin, jurnalistikanın inkişafına
xidmət etməklə
mənalı ömür
yolu keçib: “14 ildir Azərbaycan Mətbuat Şurasının
sədri olaraq milli mətbuata, azad sözün, fikir plüralizminin daha da möhkəmləndirilməsinə
töhfənizi verirsiniz”.
Əbülfəs Qarayev ölkə mədəniyyətinin təbliği
sahəsində xidmətlərinə
görə Əflatun
Amaşova Mədəniyyət
və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi”
döş nişanını
təqdim edib.
Əflatun Amaşov
bildirib ki, bundan sonra da
ölkəmizin ictimai,
siyasi, mədəni və digər sahələrin təbliği
istiqamətində yorulmadan
fəaliyyət göstərəcək.
Görüşdə Gürcüstanın müxtəlif bölgələrində
Azərbaycanın mədəni
irsini yaşadan abidələr, muzeylər
ətrafında fikir mübadiləsi aparılıb,
onların qayğıları
dilə gətirilib, problemlərin aradan qaldırılması mümkün
yolları müəyyənləşdirilib.
Tiflis Azərbaycan Teatrının və Cəlil Məmmədquluzadənin
ev muzeyinin təmiri və bərpası məsələləri
xüsusi vurğulanıb.
Zamin Məmmədov
İki
sahil.- 2017.- 26 aprel.- S.15.