Azərbaycanda rəqabətədavamlı turizm sektoru formalaşıb

Bütün dünyada yay fəslini turizm mövsümü adlandırırlar. Hər bir ölkənin bu sektorda rəqabətədavamlı keyfiyyətli infrastruktur yaratması onun illik maliyyə gəlirlərinin xeyli artmasına hesablanıb. Xüsusi qeyd edilməlidir ki, turizmin inkişafı strateji məsələdir. Ona görə ki, bu sahədə çox böyük iqtisadi dividentlər mövcuddur. Eyni zamanda, turizm mədəniyyətlərarası yaxınlaşmanı sürətləndirən mühüm sahədir. Məhz inkişaf etmiş ölkələrin iqtisadiyyatında turizm prioritet sahə kimi öndə gəlir. Fransa, İspaniya, İtaliya, Yaponiya Türkiyə kimi inkişaf etmiş ölkələrin milli gəlirlərində turizmin payı 15-20 faizə yüksəlir. Bu gün hətta təbii sərvətlərdən tamamilə məhrum olan Afrika ölkələrində belə turizm əsas gəlir mənbəyidir. Təbii ki, bu sahənin inkişafı üçün təbiət iqlim gözəlliyi, ekoloji saflıq, tarixi abidələr, həmçinin flora fauna zənginliyi mühüm amildir.

Azərbaycan dövləti turizmin inkişafı üçün böyük layihələr həyata keçirib bu indi davam etməkdədir. İndi dünyanın müxtəlif ölkələrindən turistlərin Azərbaycana axını prosesi sürətlənib.

Son 4 il ərzində Azəbaycana gələn turistlərin sayı 10 milyon nəfəri keçib. Məhz bu artımın baş verməsində əsas səbəblərdən biri ötən illər ərzində ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq yarışlardır. 2012-ci ildə AzərbaycandaEvrovisionbeynəlxalq musiqi yarışması, 2015-ci ildə birinci Avropa Oyunları, 2016 2017-ci illərdə təşkil olunan Formula-1 Qran-pri yarışları, həmçinin 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına görə ölkəmizə gələn idmançıların tamaşaçıların sayı yüzminlərlə olmuşdur. Bu yarışlara tamaşa etməyə gələnlərdən ölkəmizin turizmi sektoru on milyonlarla dollar gəlir əldə edib.

Müşahidələrə görə, son iki ildə Azərbaycana ərəb ölkələrindən gələn turistlərinin sayında 10 dəfədən çox artım müşahidə olunur. Qeyd edək ki, ərəb turistlər həm maddi cəhətdən imkanlı sayılırlar, həm onların turizm müddəti digərlərindən daha artıq olur.

Turizm sektoru üçün ən önəmli olan çox mühüm amil prestijli mehmanxanalar müasir xidmətdir. Ona görə son 10 ildə Bakıda regionlarda xidmət səviyyəsi yüksək olan xeyli mehmanxanalar digər obyektlər istifadəyə verilib. Beynəlxalq brendə çevrilmiş mehmanxanalardanFour Seasons Hotel Baku”, “Hyatt Regency”, “JW Marriott Absheron Baku Hotel”, “Jumeirah Bilgah Beach Hotel”, “Grand Hotel Europe”, “Hilton Baku”nu, regionlarda isəQafqazmehmanxanalar şəbəkəsini, Qəbələ şəhərindəkiGabalandattraksionlar parkını, Qusar rayonundakı möhtəşəmŞahdağQış-Yay Turizm Kompleksini, həm idmanla məşğul olmaq, həm turistləri qəbul etmək üçün müvafiq infrastruktura malik 15-dən çox Olimpiya idman kompleksini digərlərini göstərmək olar.

Bunların davamı olaraq turizm zonalarında infrastrukturun genişləndirilməsi istiqamətində yeni layihələrin icrası davam etdirilir. 2016-cı ilin avqustunda QəbələdəQafqaz Tufandağ Mountain Resortkimi möhtəşəm hotelin açılışı oldu. Rayonun əsas turizm infrastrukturu obyektləri sırasında xüsusi özəlliyi ilə seçilən bu hotelin inşası 2014-2016-cı illərdə həyata keçirilib. “Qafqaz Tufandağ Mountain Resort”da sahəsi 1692 kvadratmetr olan terras yaradılıb, xizək ləvazimatlarının kirayəsi satışı mağazası açılıb, xizək yolu eskalatoru qurulub təlimlər üçün otaqlar inşa edilib. Bu da qış mövsümündə hoteldə dincələn qonaqların xidmətlərdən yüksək səviyyədə istifadə etmələrinə geniş imkanlar açır.

Hazırda QəbələdəŞinkar Holdinq” MMC tərəfindən aparılan layihələndirmə tikinti işləri çərçivəsində 2,5 hektar ərazidə 226 nömrədən ibarət yeniQafqaz Akva Ləndhotelinin inşası həyata keçirilir. Tikintisi davam etdirilən infrastruktur layihələrindən biri Qafqaz Daymond Akvapark”dır.

 

Təbii ki, ölkəmizin turizm sektorunda reallaşdırılan önəmli işlər digər bölgələrimizdə həyata keçirilir. Axı Azərbaycanın dörd bir tərəfi turizm bölgəsi kimi tanınır. Masallı, Lerik Lənkərandan tutmuş Şamaxı, İsmayıllı, Quba, Qusar Xaçmaz rayonlarınadək hər yeri turizm zonası adlandırmaq olar. Bu bölgələrdə həm dövlət, həm ayrı-ayrı sahibkarlar tərəfindən lazımi infrastruktur layihələri həyata keçirilir. Deməli, kifayət qədər turizm potensialı olan Azərbaycan bu sahədə dünyanın aparıcı ölkələri ilə rəqabətə girə öz imkanlarını nümayiş etdirə bilər.Ötən həftə Mədəniyyət Turizm Nazirliyinin KİV üçün açıqlamasında bildirilib ki, 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 2 milyon nəfərdən çox olub. Artan turizm potensialımızı nəzərə alsaq demək olar ki, 2017-c ildə ölkəmizə gələn turistləri sayı ötən ildəkindən xeyli artıq olacaq.

 

Elçin Zaman

İki sahil.- 2017.- 8 avqust.-  S.14.