Min bir dərdin dərmanı

olan sirli su – “Sirab

 

SirabRusiya, İraq, Türkiyə, Çin Baltikyanı ölkələrdə çoxsaylı alıcı kütləsi qazanıb

 

Havaların isti keçdiyi bu günlərdə insan orqanizminin suya olan tələbatı daha da artır. Belə günlərdə susuzluğumuzu yatırmaq məqsədilə bol-bol maye qəbul edirik. Müşahidə aparsaq görərik ki, bu günlərdə daha çox istifadə olunan mineral sulardan biri Naxçıvan Muxtar Respublikasında istehsal olunanSirab”dır. Bu gün həmin mineral müalicəvi süfrə suyunun şöhrəti ölkəmizdən çox-çox uzaqlara yayılıb.

 

Sirab” mineral su yatağı XX əsrin 50-ci

illərindən sənaye məqsədilə istifadə olunur

 

AZƏRTAC-ın müxbiri süfrələrimizin bəzəyi olanSirabsuyu haqqında məlumat almaq, onun istehsalı ilə yaxından tanış olmaq üçün muxtar respublikanın Babək rayonunun Sirab kəndində yerləşən BabəkSirabAçıq Səhmdar Cəmiyyətində olub. Cəmiyyətin icraçı direktoru Zülfü Hüseynov ilə söhbət zamanı bildirdi ki, “Sirab” mineral su yatağından sənaye məqsədilə XX əsrin 50-ci illərindən istifadəyə başlanılıb. Yatağın su ehtiyatları hesablanıb 1968-ci ildə Moskva Dövlət Ehtiyatları Komissiyasında təsdiq edilib. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilib. 2003-cü ildəSirab” Mineral Sular Zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Cəmiyyət bir sıra Avropa, Rusiya Türkiyə firmaları ilə əlaqə yaradaraq müasir avadanlıqlar alıb.

 

21 çeşiddə məhsul

 

Bu gün 100-dən çox insanın çalışdığıSirab” Mineral Sular Zavodunda 7 texnoloji xətt quraşdırılmış 4 sex fəaliyyət göstərir. Bu xətlərdə qazlı qazsızSirabtəbii mineral müalicəvi süfrə suyu müxtəlif həcmli plastik şüşə butulkalara doldurulur. Hazırda zavodda 21 çeşiddə məhsul istehsal olunur. Qablaşdırmada istifadə edilən xammal isə Türkiyə Gürcüstandan, eləcə muxtar respublikada fəaliyyət göstərənGəmiqaya Holdinq”dən alınır.

Sirab” mineral su yatağı Babək rayonunun Sirab kəndi ərazisində, Naxçıvan şəhərindən 14,6 kilometr şimal-şərqdə dağ ətəyində yerləşir. Qədim zamanlardan indiyədəkSirab”dan həm müalicə məqsədləri üçün istifadə edilib. Məhz insanlara şəfa verdiyi üçün bu suSirabadlandırılıb, mənasısirli sudeməkdir. Belə ki, karbon qazlıSirab” mineral suyu güclü ödqovucu təsirə malikdir. Sirab”dan mütəmadi olaraq istifadə etməklə mədədəki qastrit xəstəliyinin qarşısını almaq olar. Bundan əlavə, maddələr mübadiləsinin pozulması, qaraciyər, mədə-bağırsaq, tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən, allergik rinit xəstəliyinə tutulmuş insanlaraSirabiçmək məsləhət görülür. Yəni bu mineral su min bir dərdin dərmanıdır.

 

Sirab”ın istehsalında ən müasir

texnologiyalar tətbiq edilib

 

Bu günSirab”ın istehsalında ən müasir texnologiyalardan istifadə olunur. Su 114 millimetrlik paslanmayan boru ilə mənbədən zavoda gətirilir. İlkin mərhələdə suda olan iri hissəcikləri ayırmaq üçün mexaniki filtrdən keçirilərək 50 tonluq çənlərə doldurulur. Sonra 25 mikron qum filtrindən süzülərək emallı ehtiyat su çənlərinə ötürülür. Bu proses istehsala verilən mineral suyun davamlılığını təmin etmək onun bir neçə saat ərzində olsa da, dincə qoyulması üçündür. İstehsal prosesi ehtiyat su anbarından mineral suyun soyuducu qurğulara ötürülməsi ilə başlayır. Burada su 4-8 dərəcədə soyudulur, sonra istehsal sexlərinə verilir. Bu sexlərdə mineral su qablaşdırılmadan öncə bir neçə vacib mərhələdən keçir. Belə ki, ilkin olaraq 1 mikron filtrlərdən süzülür. Doldurulmadan öncə mineral su karbon dioksidlə qazlaşdırılır. Məhz mineral su karbon dioksid qazını rahat lazımi miqdarda qəbul etsin deyə 4-6 dərəcəyədək soyudulur. Bu prosesdə məqsəd qablaşdırılan məhsulun saxlama müddətinin artırılması mineral duzların çökmə ehtimalının qarşısını almaqdır. Bütün bu proseslərdən sonra mineral su lazımi çeşidlərdə qablaşdırılaraq paketlənib satış bazarlarına çıxarılır.

 

Körfəz ölkələrinə ixrac olunacaq

 

Zülfü Hüseynov məhsulun ixrac edildiyi ölkələr haqqında da danışaraq dedi: Bu gün süfrələrimizin bəzəyi olanSirab” mineral suyunun sorağı dünyanın bir çox ölkələrindən gəlir. Belə ki, minerallarla zəngin olanSirabAzərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Rusiya, İraq, Türkiyə, Çin Baltikyanı ölkələrdə çoxsaylı alıcı kütləsi qazanıb. Bundan əlavə, Körfəz ölkələrində Sirab”la əlaqədar qeydiyyat işləri artıq başa çatıb yaxın zamanda həmin ölkələrə ixracatı nəzərdə tutulur. Qazandığımız uğurlara əsaslanaraq əminliklə deyə bilərik ki, “Sirab” mineral suyu gələcəkdə Avropa bazarında da layiqli yerini tutacaqdır.

 

İSO standartlarına uyğunluğu

təsdiq olunaraq sertifikatlaşdırılıb

 

Öyrəndik ki, BabəkSirabAçıq Səhmdar Cəmiyyətində istehsal prosesi İSO standartlarında keyfiyyətli idarəetmə sisteminin tələblərinə uyğun şəkildə idarə edildiyi üçün müəssisə Almaniyanın “İQNET” “DQS” sertifikatlaşdırma təşkilatı tərəfindən İSO 9001-2015 İSO 22000-2005 standartlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılıb. Bu daSirabsuyunun yüksəkkeyfiyyətli istehsalının göstəricisi olmaqla yanaşı, həm onun Avropa bazarına girişini təmin edir.

 

... qazanılan mükafatlar

 

Dünya standartlarına cavab verənSirab” mineral suyu bir çox xarici ölkələrdə yüksək nailiyyətlər qazanıb. 2005-ci ildə CenevrədəBiznesdə yüksək keyfiyyətə görəsərgisində, 2009-cu ildə Ukraynada keçirilənQida məhsulları içkilərin XII forumu”nda qızıl, 2010-cu ildə Moskvada keçirilən XVII Beynəlxalq “PRODEXPO 2010” sərgisində gümüş, 2011-ci ildə Moskvada keçirilən XVIII Beynəlxalq “PRODEXPO 2011”sərgisində 2011-ci ildə Qazaxıstanda keçirilən Beynəlxalq Yeyinti Sənaye sərgisində qızıl medallar qazanıb. Bununla yanaşı, 2009-cu 2012-ci illərdəAzərbaycanda İlin BrendiBirinci Milli Mükafatına layiq görülüb. 2012-ci ildəBiznesdə uğur”, 2015-ci ildə “Brussels İTQİ – Beynəlxalq Ləzzət Keyfiyyətİnstitutu tərəfindənMükəmməl ləzzətmükafatlarını alıb.

Bu əvəzsiz təbii sərvət həm muxtar respublikamızın tanıtımında əsaslı rol oynayır. ÇünkiSirabbütün müalicəvi keyfiyyətləri ilə qədim Naxçıvan torpağını dünyada tanıda biləcək sərvətdir. Yerli istehsalımız olan brendlərimizin yaranması isə həm iqtisadi inkişafımızın göstəricisidir.

 

İki sahil.- 2017.- 10 avqust.- S.8.