BİZƏ BARIŞ GƏRƏKDİR

 

Mənim taleyim elə gətirib ki, uzun illər doğma vətənim naminə vətəndən uzaqlarda işləməli olmuşam. Yarım əsrlik diplomatik fəaliyyətim dövründə  Əfqanstanda, İranda, Mərakeşdə, Türkiyədə, Türkmənistanda məsul vəzifələrdə çalışmışam. Diplomatların işi çoxşaxəlidir.  Heç kəs diplomat doğulmur,  mürəkkəb  gərgin rejimimdə çalışmaqla püxtəlşir, yetişir.

Diplomatdan tələb  olunan əsas keyfiyyət istənilən halda dövlətinə sədaqətli qalmaq,  xalqının milli maraqlarını qorumaqdır. Vəzifəsindən asılı olmayaraq  hər bir əməkdaş  həmişə təmkinli, soyuqqanlı davranmağı, öz üzərində çalışmağı, dünya görüşünü artırmağı bacarmalıdır. Mən uzun illər ərzində çox əhəmiyyətli rəsmi qeyri-rəsmi görüşlərdə, beynalxalq tədbirlərdə, hökumət­lərararası danışıqlarda iştirak etmişəm.  Dövlət başçıları, görkəmli içtimai-siyasi xadimlər, elm, sənət adamları ilə görüşmüşəm, söhbət etmişəm. Onların arasında indinin özündə belə,  daim  əlaqə saxladığım dostlarım var. Boş vaxtlarımda şəxsi arxivimdəki foto albomlara baxanda, bir növ keçmişə qayıdıram. Gözlərim önündə xəyalən canlanan hadisələri, sanki yenidən yaşayıram. Ömrümün ən  xoş anların­dan birini özündə əbədiləşdirən fotoşəkli bu yazımla birlikdə ilk dəfə oxuculara təqdim edirəm. Şöhrəti vətəndaşı olduğu ölkənin hüdudlarını çoxdan aşan, sənəti ölümündən sonra da onu yaşadan Barış Mançonu kim tanımır?!

SSRİ-nin İstanbul Baş konsulluğunda çalışan vaxtlarım idi. Barış Mançonun  şərqiləri radio televziya verilişlərində tez-tez səslənərdi. Mən onun bir neçə albomunu İstiqlal caddəsindəki kasetçilərdən alıb maşın sürəndə həvəslə dinləyirdim. Barışı mənə sevdirən təkcə oxuduğu  mahnıları melodyası deyil, həm mənalı sözləri, hikməti fikirləri, fərqli ifa tərzi,  istər səhnədə, istərsə efirdə yaddaqalan təqdimat şəkli olub. O zaman Türkiyədə indiki qədər tele-radio kanalı mövcud deyildi. Yalnız TRT vardı. O da səhər 7-də açılar, gecəyarı bağlanardı. Efir vaxtı məhdud, tələblər yüksək olduğundan sənətçi bolluğunda ancaq seçmə ifaçıları ekrana çıxarardılar. 1988-ci ilin yeni televiziya mövsümündə Barış Manço tamaşaçıların görüşünə yeni proqramla gəldi. Adı da qəribəydi: “7-dən 77-yə”. Yəni bu proqram­da məmləkətdə yaşı 7-dən 77-yə qədər olan hər kəsə deməyə sözü olacaqdı. Verilişin günü, vaxtı da uğurlu seçilmişdi. Hər bazar günorta saatlarında hamı evində televizorun başına toplaşıb səbrsizliklə Barış Mançonu gözləyərdi. Barış bu görüşlərə əliboş gəlməzdi. Müxtəlif ölkələri gəzib-dolaşıb gördüyü ən maraqlı varsa, lentə alıb çoxsaylı izləyicilərinə ərmağan edərdi. Proqramın “Adam olacaq cocuqlar”, “İkinci qəhfəaltıkimi fərqli bölümləri vardı. O Arada onu müşayiət edənQurtulan ekspresqrupu ilə bir-birindən gözəl şərqilər ifa edərdi. Televiziya fəaliyyəti ilə Barış qısa müddətdə könülləri fəth etməyi bacardı. Onun silsilə proqramları böyüməkdə olan yeni nəşlə vətəndaşlıq məktəbi idi.

Baş konsulluqda vaxtaşırı diplomat ailələri üçün Türkiyənin tanınmış sənət adamları ilə görüşlər təşkil olunardı. Növbəti tədbirlərdən birinə Barış Mançonu dəvət etmişdik. Barış istənilən audito­riyanı asanlıqla əla almağı bacaran ustad idi. Salona tolplaşanlara qonağı təqdim edib, onun yaradıcılığı haqqında danışdım. Görüş iştirakçıları Barışa müxtəlif suallar verdilər. O, böyük məmnuniyyətlə bütün sualları cavablandırdı. Arada başına gələn maraqlı əhvalatlardan danışır, öz səmimiyyəti, təbiiliyi ilə görüşə gələnlərdə xoş əhval-ruhiyyə yaradardı. Barış Manço yeni çıxan kasetlərindən bir xeyli hədiyyə dağıtdı. Hamı, elə Barış bəyin özü   görüşdən məmnun qaldı. 

Sonralar ara-sıra onunla telefonla əlaqə saxlayardıq. Bir gün yenə Barış bəy zəng vurub deid ki, Leninqrada bəyaz gecələr festivalına dəvət almışıq. Vizaların alınmasında köməyinizə, ümumiyyətlə səfərlə bağlı məsləhətlərinizə ehtiyacım olacaq. Dedim, narahat olmayın, zaman istərsiz gəlin, görüşək. Əlimdən gələni əsirgəmərəm.

Qisa müddətdə onun qrup üzvlərinin sənədləri əməkdaşlarımız tərəfindən hazırlandı. Dünyanı dolaşan Barış Manço ilk dəfə SSRİ- səfər edirdi. Söhbət əsnasında ölkədəki vəziyyətlə bağlı onu maraqlandıran suallara kifayət qədər aydınlıq gətirdim. Səfərdən qa­yıdandan sorna biz yenə görüşdük. Zəngin təəssüratları ilə səxavətlə bölüşən Barış bəy  Moskvadan Bakıya gedə bilmədiyindən xeyli gileyləndi.

 

                                      * * *

 

...Yaxşı yadımdadır, 1992-ci ilin may ayının ilk həftəsində Barış Manço mənə zəng eləmişdi. Hal-əhval tutandan sonra dedi ki, “Bakıdan yenicə qayıtmışam. Ora­lar çox xoşuma getdi. Təbiəti, tarixi abidələri fövqəladə gözəldir.  Biz hər yerdə hər kəsdən çox sıcaq ilgi gördük. İlk dəfə başqa bir məmləkətdə özümü yabançı kimi hiss etmədim”. Bütün bunları onun dilindən eşidəndə, azərbaycanlı olaraq qürur hissi keçirirdim. Barış Manço sözünün davamında bunu da əlavə etdi:

-Sizə bir sürprizim var. May ayı boyunca bazar günlərində artıq yatmaq, dincəlmək yox. TRT- bizim proqramları izləmək zorundasız. Bu proqramlar Azərbaycanda çəkdiyim materiallar əsasında hazırlanıb. Sağolsun, Etibar bəy onun arkadaşları. Bizə Bakıda hər işdə yardımçı oldular.

Mən təşəkkürümü bildirib, proqramlara diqqətlə baxacağımı söylədim. Bu proqramların bizim Cumhuriyyət bayramı ərəfəsində silsilə şə­kildə göstərilmə­sinin əhəmiyyəti çox böyük idi. O vaxt Azərbaycan televiziyası peyk vasitəsi ilə yayınlanmırdı. Azərbaycan faktiki informasiya blokadsında idi. Təkcə Türkiyədə deyil, dünyanın çox ölkəsində milyonlarla tamaşaçı Barış Mançonun təqdimatında Azərbaycandan hazırlanan verilişlərin nümayiş etdirilməsi, sözün əsl mənasında böyük hadisə idi. Türkiyənin özündə belə,  bu verilişlər Azərbaycana olan marağı xeyli artırdı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra rəsmən ilk dəfə qeyd olunan Cumhuriyyət bayramı ərəfəsində belə bir mədəni aksiya beyinlərə, şüurlara güclü təsir vasitəsi idi.                                    

 

                                               * * *

 

Barış Mançoya el içində Barış Çələbi, bəzən dərviş deyənlər var. Mənim fikrimcə, Barış Manço Türk mədəniyyət  tarixində  millətlərarsı dostluğun, ortaq mədəniyyət anlayışının, bəşəri dəyərlərin, dini, irqi, milli fərqlərinə rəğmən sülh barış içində birgə yaşayışın, tolerantlığın daşığıcısı kimi  qalacaq. Onun ən yaxın azərbaycanlı dostu Etibar Babayev deyir ki, “Barış gerçək sülh carçısı idi!  O, öz missiyasını çığır-bağırla deyil, könüllərə yol tapmaqla həyata keçirirdi. Bu günonun davamçısıyam”, deyə kimsə önə çıxmasın.  Bu əbəsdir! Onun  yarımçıq qalan işlərinin gerçək davamçısı dünya musiqi salnaməsinə əmanət  etdyi şərqiləridir! Bəli, öz ifasında səslənən, sözləri   bəstəsi­ özünə aid olan qəlbinin, düşüncələrinin, həyat fəlsəfəsinin təranələri!..”                                                                                              

Həqiqətən, çox gözəl, mübaliğəsiz, səmimi dəqiq deyilib. Mən arzu edərdim ki, efirlərdə Barışın repertuarına geniş yer ayrılsın. Bugün bizim hər birimizə, bəlkə hər zaman olduğundan daha artıq, məhz  Barış gərəkdir. Sözün həm həqiqi, həm müstəqim mənasında!

 

Vəhdət Sultanzadə,

Fövqəladə səlahiyyətli səfir

 

İki sahil.- 2017.- 31 avqust.- S.13.