Səmərqənddə Qarabağ geyimlərinın dəb sərgisi
Daşkənddəki Heydər Əliyev
adına Azərbaycan Mədəniyyət Mərkəzinin
(AMM) layihəsi və
təşkilatçılığı ilə Səmərqənddə
keçirilən Azərbaycan
mədəniyyəti günləri
çərçivəsində şəhərin Mərkəzi
park-bulvarında “Azərbaycan
milli libasları - Qarabağ geyimləri”nin
dəb sərgisi keçirilib.
AMM-nin direktoru
Samir Abbasov təkrarsız və zəngin mədəniyyətimiz
haqqında danışıb,
Azərbaycan mədəniyyətinin
beşiyi Qarabağda azərbaycanlıların yaratdığı
zəngin mədəni
irs barədə məlumat verib.
“Qarabağ” şikəstəsinin sədaları
altında AMM-nin milli geyimlər kolleksiyasına aid Qarabağın qadın və kişi libaslarını podiumda Ə.Nəvai adına Səmərqənd Dövlət
Universitetinin gənc modelyer qızları nümayiş etdirib, bu geyimlərin özünəməxsusluğu haqqında geniş məlumat verilib.
Geyimlərdə əsasən Qarabağ xanlarının dövrünə
aid zəngin qadınların libasları,
şənlik geyimləri,
gənc Qarabağ bəylərinin mərasim
geyimləri, habelə
toy libasları nümayiş etdirilib.
Milli ornamentlərlə,
daş-qaşlarla bəzədilmiş
Qarabağ zadəgan geyimləri, habelə Azərbaycan milli kəlağayıları dəb
sərgisinə xüsusi
rəng qatıb.
Sərgidə nümayiş etdirilən hər bir geyim
haqqında aparıcı
xüsusi məlumat verib, onun xüsusiyyətlərini,
xalqımızın mədəniyyətini,
tarixini özündə
əks etdirməsinə
dair faktları qeyd edib.
İştirakçılara dəb sərgisi
çərçivəsində Azərbaycanın ayrılmaz
tərkib hissəsi olan Qarabağda xalqımızın yaratdığı
zəngin mədəniyyət,
mədəni irs təqdim edilib, milli geyimlərin hər bir xalqın
qədim tarixini, zəngin mədəniyyətinin
göstəricisi olduğu vurğulanıb.
Qeyd edək
ki, sərginin sonunda Daşkənddəki
Qlier adına İxtisaslaşmış Akademik
Musiqi Liseyinin tələbə və şagirdləri Qarabağa
həsr olunmuş musiqilər ifa ediblər.
Sərgidə AMM-nin nəzdindəki “Azərbaycan qızları”
rəqs ansamblı milli rəqslərimizi ifa edib, çıxışlar
alqışlarla qarşılanıb.
Tədbirə Səmərqənd şəhər
Hakimiyyəti, Səmərqənd
Dövlət Universiteti,
Özbəkistandakı səfirliyimiz
və bu ölkədəki Azərbaycan
Diaspor Təşkilatı
dəstək göstərib.
Sərgiyə maraq böyük olub, Özbəkistanın
mətbuatı, Səmərqənd
şəhərinin yerli
televiziya kanalları dəb sərgisindən reportajlar hazırlayıb.
İki
sahil.- 2017.- 2 dekabr.- S.22.