Vətənin tərənnümü
- “Mən azərbaycanlıyam”
rəsm sərgisində
Tanınmış rəssam Rafiq Quliyev “Mən azərbaycanlıyam” adlı
fərdi sərgisini Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününə
həsr edib.
AZƏRTAC xəbər
verir ki, dekabrın 5-də tanınmış
elm və mədəniyyət xadimləri
rəssamın 60 illik
yaradıcılıq hesabatı
kimi dəyərləndirilən
sərgisinə baxmaq üçün Azərbaycan
Rəssamlar İttifaqının
V.Səmədova adına
sərgi salonuna gəliblər.
Tədbirdə çıxış edən
ittifaqın katibi, Xalq Rəssamı Ağəli İbrahimov rəssamın həyat yolundan və yaradıcılığından söz açıb.
Bildirilib ki,
Rafiq Quliyev təsviri sənətin həm nəzəriyyəsinə,
həm də praktikasına mükəmməl
şəkildə yiyələnmiş
sənət adamlarındandır.
Doğulub boya-boşa
çatdığı Cəbrayıl
rayonunun Quyçaq kəndində hələ
orta məktəbdə
təhsil alarkən onda rəssamlığa boyum maraq olub.
Bu gün təsviri sənət məkanında rəngkar və heykəltəraş
kimi tanınan Rafiq Quliyev ixtisas
təhsilini “Əzimzadə
məktəbi”ndə alıb.
Rafiq Quliyev gənc mütəxəssis
kimi təyinat üzrə Mədəniyyət
və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki
Mərkəzində əmək
fəaliyyətinə başlayıb.
Bu gün də həmin müəssisədə elmi
araşdırmalar şöbəsinin
müdiri kimi fəaliyyətini davam etdirir.
Rəssamın təsviri incəsənətin
rəngkarlıq, qrafika,
dekorativ-tətbiqi sənət
və heykəltəraşlıq
əsərləri beynəlxalq
sərgilərdə nümayiş
etdirilib. Rafiq Quliyev beynəlxalq
festivalların laureatı
adına və bir çox media mükafatlarına layiq görülüb. Öz üzərində daim işləyən və yeni-yeni əsərlər yaradan Rafiq Quliyev təhsilini
də davam etdirib və Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetini
müvəffəqiyyətlə
bitirib.
Tədbirdə çıxış edən Mədəniyyət
və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov, Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki
Mərkəzinin direktoru
Asif Usubəliyev, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Arif Fərzəliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, professorlar Asif Rüstəmli, Vidadi Xəlilov və başqaları rəssamı təbrik edib, ona yeni
yaradıcılıq uğurları
arzulayıblar.
Bildirilib ki,
Rafiq Quliyev tədqiqatçı-yazıçı kimi də fəaliyyət
göstərir. Azərbaycan
tətbiqi sənətinin
tədqiqinə həsr
olunmuş dörd elmi kitabı nəşr edilib. Onun kitablarında çoxəsirlik tarixə
malik olan incəsənətimiz ənənə
və müasirlik kontekstində təhlil olunmaqla, dünya incəsənətinə verdiyi
bədii töhfələr
obyektiv dəyərləndirilib.
R.Quliyevin yazdığı
kitablar məktəb və universitetlərdə
dərs vəsaiti kimi istifadə olunur.
Rəssamın heykəltəraşlıq işlərindən
danışan natiqlər
onun ümummilli lider Heydər Əliyevə həsr etdiyi və müxtəlif materiallarla işlənən heykəllərini
xüsusi qeyd ediblər.
Diqqətə çatdırılıb ki, indiyə qədər 100-dən artıq
Qarabağ müharibəsi
şəhidinin, o cümlədən
25-dən çox Azərbaycanın
Milli Qəhrəmanının
büstlərinin hazırlanması
heykəltəraş rəssamın
vətəndaşlıq borcunu
layiqincə yerinə yetirməsindən irəli gəlir.
Tədbirin təşkilatçılarına
və iştirakçılarına
minnətdarlığını bildirən Rafiq Quliyev bundan sonra da Azərbaycan
təsviri sənətinin
inkişafı naminə
yorulmadan fəaliyyət
göstərəcəyini bildirib.
Sonra iştirakçılar
rəssamın əsərləri
ilə tanış olublar. Bir həftə
davam edəcək sərgidə rəssamın
80-ə yaxın əsərləri
nümayiş olunur.
İki
sahil.- 2017.- 6 dekabr.- S.14.