Los Anceles din xadimləri: Azərbaycan multikulturalizmi bütün
dünyaya örnəkdir
Kaliforniyanın Los Anceles şəhərinin ən böyük və ən qədim kilsələrindən
olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində
5 dekabr 2017-ci ildə Azərbaycanın multikulturalizm,
müxtəliflik və
tolerantlıq ənənələrinə
həsr olunmuş geniş tədbir keçirilib.
Kult.az xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun sözügedən
Kilsə ilə birgə keçirdiyi tədbiri giriş nitqi ilə açan Kilsənin ictimai əlaqələr üzrə direktoru Mət Bol (Matt Ball) və Ziyarətçilər
Mərkəzinin rəhbəri
Lif Erikson (Lief Erickson)
qonaqları salamlayaraq,
bu cür mühüm tədbirə
evsahibliyi etdiklərindən
məmnun olduqlarını
bildiriblər. Son illərdə
Los Ancelesdə keçirilən
tədbirlər vasitəsilə
Azərbaycan multikulturalizmi
ilə yaxından tanış olduqlarını bildirən
natiqlər, dünyada
mədəniyyətlərarası dialoqa və tolerantlığa böyük
ehtiyacın olduğu bir dövrdə Azərbaycan nümunəsinin
yüksək önəm
daşıdığını qeyd ediblər.
Sonra çıxış
edən Azərbaycanın
Los Ancelesdəki baş
konsulu Nəsimi Ağayev Azərbaycanın
tarixi tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq,
bu ənənələrin
artıq ölkəmizdə
dövlət siyasəti
səviyyəsinə yüksəldildiyini
vurğulayıb. Diplomat Azərbaycanda
uzun əsrlərdən
bəri dini və etnik mənsubiyyətindən
asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə
yaşadığını diqqətə çatdırıb.
Baş konsul, Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizm
ənənələrinin qorunub
saxlanılaraq, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunmasına xüsusi diqqət yetirdiyini qeyd edib. N.Ağayev bildirib ki, Azərbaycan
“Expo 2025” Ümumdünya Sərgisinin
keçirilməsi üçün
Bakının namizədliyini
irəli sürüb və bu yaxınlarda
Azərbaycanın Birinci
Vitse-Prezidenti Mehriban Əliyevanın rəhbərliyi
altında Parisdə müvafiq təqdimat uğurla keçirilib. Baş konsul öz unikal multikulturalizmi ilə seçilən Azərbaycanın müxtəlifliyin
və mədəniyyətlərarası
əməkdaşlığın sərgilənməsi üçün
bir platforma olan “Expo 2025” üçün
ən uyğun məkan olduğunu bildirib.
Daha sonra Los Anceles Dinlərarası Şurasının
həmsədri, Kaliforniyanın
ən nüfuzlu xristian din xadimlərindən
olan Yepiskop Xuan Karlos Mendez (Juan Carlos
Mendez), Kaliforniya Zərdüştlük
Assosiasiyasının din xadimi,
Şimali Amerika Zərdüştlük Assosiasiyaları
Federasiyasının üzvü
Mobed Zarrir Bhandara, Los Anceles Bəhailərinin Dini Assambleyasının katibi,
Kaliforniya Regional Bəhai
Şurasının üzvü
Randolf Dobs (Randolph
Dobbs) və Los Ancelesdə
fəaliyyət göstərən
tanınmış Simon Vizental
Mərkəzinin sədr
müavini ravvin Abraham
Kuper öz çıxışlarında hazırda
dünyanın bir çox yerlərində milli və dini
ayrıseçkiliyin, həmçinin
irqçiliyin yayıldığı
bir dövrdə Azərbaycanın öz multikulturalizm və tolerantlıq ənənələri
ilə bütün dünyaya gözəl bir örnək olduğunu vurğulayıblar.
Sonra Heydər
Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin
çəkdiyi və
Arzu Əliyevanın icraçı prodüseri
olduğu, Azərbaycanda
yaşayan müxtəlif
mədəniyyət, adət-ənənə,
fərqli dil və dini etiqada
sahib olan etnik qrupların həyatından
bəhs edən “Bir Günəş Altında” sənədli filmi nümayiş etdirilib. Bu, 2016-cı ildə çəkilmiş filmin
ABŞ-da ilk nümayişi olub. Film tamaşaçılar
tərəfindən böyük
maraq və sürəkli alqışlarla
qarşılanıb.
Nümayişdən sonra amerikalı pianoçunun ifasında Azərbaycan klassik musiqisinin nümunələri
tamaşaçılara təqdim
olunub.
“Azərbaycan multikulturalizmi
bütün dünyaya
örnəkdir”
Iki sahil.- 2017.- 9 dekabr.- S.11.