Azərbaycan ilə Özbəkistan
arasında ədəbi-mədəni
əməkdaşlığa dair üçtərəfli
memorandum imzalanıb
Dekabrın
8-də Azərbaycan Milli
Elmlər Akademiyasının
(AMEA) Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunda “Əzəli
dostluq riştələri:
Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri”
mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbir iştirakçıları
əvvəlcə Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
layihəsi çərçivəsində
Daşkənddə son
zamanlar özbək dilində nəşr edilmiş kitabların sərgisi ilə tanış olublar.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan
ilə Özbəkistan
arasında mədəni-ədəbi
əlaqələrin tarixindən,
ümumi dil, din, mədəniyyətlərin
oxşarlığından danışıb.
Bildirilib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin
yüksək səviyyəyə
çatmasında xalqımızın
ümummilli lideri Heydər Əliyevin və Özbəkistanın
sabiq Prezidenti İslam Kərimovun böyük xidmətləri
olub. Tarixi İpək Yolunun
üzərində yerləşən
Azərbaycanın və
Özbəkistanın sıx
əlaqələrindən söhbət
açılıb, Nizami
Gəncəvi, Əlişir
Nəvai, Məhəmməd
Füzuli, Babur, Nəsimi, Əmir Teymur, Qafur Qulam,
Səməd Vurğun
və başqalarının
bu əlaqələrdəki rolu vurğulanıb. Hər iki ölkənin ədəbiyyatı və
mədəniyyətinin bir-biri
ilə qarşılıqlı
vəhdətdə zənginləşdiyi
və inkişaf etdiyi diqqətə çatdırılıb.
Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev ölkələrimiz
arasında bütün
sahələrdə, o cümlədən
mədəni-humanitar istiqamətdə
əlaqələrin durmadan
inkişaf etdiyini bildirib. Özbəkistanda Azərbaycan mədəniyyətinə
və ədəbiyyatına
böyük maraq olduğu qeyd edilib.
Tədbirdə “Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri:
həyata keçirilən
layihələr, perspektivlər”,
“Özbəkistandakı Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin layihəsi
ilə son iki ildə Daşkənddə
özbək dilində
çap olunan kitablar haqqında” və digər mövzularda məruzələr
dinlənilıb. Həmçinin
“Əzəli dostluq riştələri” sənədli
filmi nümayiş olunub.
Konfrans çərçivəsində
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
Əlişir Nəvai
adına Daşkənd
Dövlət Özbək
dili və Ədəbiyyatı Universiteti,
Özbəkistandakı Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzi arasında
əməkdaşlığa dair üçtərəfli
memorandum imzalanıb.
İki
sahil.- 2017.- 9 dekabr.- S.15.