Səlim Müslümov Kürdəmirdə
7 rayonun sakinlərini fərdi qaydada qəbul edib
Azərbaycan Respublikasının əmək
və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Kürdəmir
rayonunda həmin rayonun və Ucar, Zərdab, İmişli, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinlərini
fərdi qaydada qəbul edib.
Azərbaycan İnformasiya Mərkəzi
xəbər verir ki, qəbul zamanı vətəndaşların
nazirliyin səlahiyyət
dairəsinə aid məsələlərə dair
müraciətləri dinlənilib.
Sosial təminat növlərinə
hüququn müəyyən
olunması, pensiya, sosial sığorta münasibətlərinə dair
müraciətlər əsasən
sorğu xarakteri daşıyıb və həmin məsələlərlə
bağlı qanunvericiliyin
müvafiq maddələri
vətəndaşlara aydın
şəkildə izah
olunub. Məşğulluqla bağlı müraciət
edən şəxslərə
isə elə qəbul zamanı ixtisaslarına, əmək
vərdişlərinə uyğun
vakant iş yerləri təklif olunub və seçdikləri vakant yerlərə göndərişlər
verilib. İşsiz və işaxtaran şəxslərdən bir
qismi yeni peşələrə yiyələnmək istədiklərini
bildiriblər və onlar peşə hazırlığına cəlb
olunmaları üçün
qeydiyyata alınıblar.
Səlim Müslümov
Kürdəmirdə 7 rayonun sakinlərini fərdi qaydada qəbul edib
S.Müslümov vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası ölkəmizin regionlarının
həyatında da uğurlu nəticələrini
verir. Xüsusən aqrar sahənin
inkişafı, torpaqlardan
səmərəli istifadənin
təmin edilməsi bölgələrdə, o cümlədən
Kürdəmir, Ucar, Zərdab, İmişli, Beyləqan, Füzuli, Xocavənd rayonlarında sosial-iqtisadi canlanmaya, pambıqçılıq, baramaçılıq,
heyvandarlıq və digər sahələrdə əhalinin məşğulluq imkanlarının
xeyli artmasına şərait yaradıb: “Əgər nəzər salsaq görərik ki, cari ilin
11 ayında bu 7 rayon üzrə məşğulluq orqanlarına
iş üçün
müraciət edənlərin
sayı da 43 faiz azalıb. Həmçinin aktiv məşğulluq
tədbirlərinin davamı
olaraq, bu ilin yanvar-noyabr aylarında nazirliyin məşğulluq orqanlarının
xətti ilə həmin rayonlar üzrə 2 210 nəfər
münasib iş yerləri ilə təmin olunub, 183 nəfər ödənişli
ictimai işlərə,
68 nəfər əmək
bazarının tələblərinə
uyğun peşə hazırlığı və
əlavə təhsil
kurslarına cəlb edilib. Digər tərəfdən, cari ildə Kürdəmir, Ucar, Zərdab, İmişli, Beyləqan, Füzuli, Xocavənd rayonlarında da 94 aztəminatlı ailənin
özünüməşğulluq proqramı çərçivəsində
aktivlərlə (mal və materiallarla) təminatı həyata keçirilib. Bu aktivlər hesabına onlar ailə əməyinə əsaslanan
təsərrüfatlarını yaradıblar”.
İmtiyazlı kateqoriyalardan olan
şəxslərin dövlət
büdcəsi hesabına
mənzillə təmin
olunması ilə bağlı müraciətləri
cavablandıran nazir bildirib ki, dövlət
başçısının 2014-cü il 20 iyun tarixli
Sərəncamının icrası
olaraq, ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Kürdəmir, Ucar, Zərdab, İmişli, Beyləqan, Füzuli rayonları üzrə 52 nəfər
Qarabağ müharibəsi
əlili və şəhid ailəsi üçün fərdi yaşayış evləri
tikilərək onların
istifadəsinə verilib,
daha 4 fərdi ev də inşa
olunur. Həmçinin ötən ilin
may ayında Beyləqan rayonunda yeni inşa olunmuş 6 mərtəbəli
54 mənzilli yaşayış
binası respublikamızın
ərazi bütövlüyünün,
müstəqilliyinin və
konstitusiya quruluşunun
müdafiəsi ilə
bağlı əlil olmuş şəxslərə
və şəhid ailələrinə təqdim olunub. Hazırda İmişli rayonunda Qarabağ müharibəsi əlilləri
və şəhid ailələri üçün
6 mərtəbəli 54 mənzilli
yaşayış binası
da inşa olunur və yaxın vaxtlarda binanın tikintisi başa çatdırılacaq”.
Səlim Müslümov
Kürdəmirdə 7 rayonun sakinlərini fərdi qaydada qəbul edib
Qəbul zamanı əmək
hüquqlarının müdafiəsi,
reabilitasiya xidmətləri
ilə təmin edilmə və s. məsələlərlə bağlı
müraciətlər də
nazirliyin aidiyyəti struktur bölmələrinin
rəhbər vəzifəli
şəxslərinin iştirakı
ilə araşdırılaraq
cavablandırılıb.
Ayrı-ayrı şəxslərin
bərpa müalicəsi
üçün nazirliyin
reabilitasiya müəssisələrində
qəbul edilmələri,
reabilitasiya vasitələri
ilə təmin olunmaları, özünüməşğulluq
proqramına cəlb edilmələri üçün
tapşırıqlar verilib.
Bir nəfər vətəndaşın müraciətinə
uyğun olaraq, onun sağlamlıq imkanları məhdud uşağına əlil arabası təqdim olunub.
Vətəndaşlar sosial problemlərin
həlli, bölgələrin
sosial-iqtisadi inkişafının
təmin edilməsi, məşğulluq imkanlarının
artırılması, sosial
cəhətdən həssas
qruplardan olan insanların diqqət və qayğı ilə əhatə olunması istiqamətində
aparılan ardıcıl
və məqsədyönlü işlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə
ediblər.
Qəbul zamanı
nazirliyin səlahiyyət
dairəsinə aid olmayan məsələlərə
dair müraciətlər
aidiyyəti qurumlara çatdırılmaq üçün
qeydiyyata alınıb.
İki
sahil.- 2017.- 9 noyabr.- S.19.