Heydər Əliyev fenomeni
- müdriklik və qətiyyət örnəyi
BSU-də
YAP qadınlar şurasının təşkilatçılığı
ilə bu məvzuda təbrik keçirilib
Dekabrın 11-də Bakı Slavyan
Universitetində (BSU) Yeni
Azərbaycan Partiyası
Qadınlar Şurasının
təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev fenomeni - müdriklik və qətiyyət örnəyi”
mövzusunda tədbir
keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir
iştirakçıları əvvəlcə Ulu Öndərin universitetin binasındakı büstü
önünə gül
dəstələri düzüblər.
Anım tədbiri
Azərbaycanın dövlət
himninin səsləndirilməsi
ilə başlayıb.
Yeni Azərbaycan Partiyası
Qadınlar Şurasının
sədri, BSU-nun rektoru Nurlana Əliyeva tədbirdə çıxış edərək
bildirib ki, Ulu Öndərin xatirəsi ona məhəbbətlə yanaşan
hər kəs tərəfindən müxtəlif
tədbirlər vasitəsilə
anılır. Müasir
müstəqil Azərbaycanın
banisi ümummilli lider Heydər Əliyev olub. Ümummilli Lider zamana qalib gələn
şəxsdir. Çünki
adətən insanlar həyatını dəyişdikcə
tədricən unudulurlar.
Amma Ulu Öndər zamana qalib gələrək, əksinə, vaxt ötdükcə insanların
yaddaşlarında daha
möhkəm qalmağı
bacarır. Onun adı gələndə gözümüzün qarşısında
müdrik, zəngin təcrübəyə malik,
dünya siyasətində
seçilən şəxsiyyət
canlanır. Ulu Öndər bütün dünyada tanınan şəxsiyyətlərdəndir. Azərbaycanın bugünkü
inkişafının təməlində
Heydər Əliyevin misilsiz xidmətləri dayanır. Ümummilli Liderin müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
Tədbirdə çıxış edən
Azərbaycan Respublikası
Prezidentinin Katibliyinin rəisi-Prezidentin köməkçisi
Dilarə Seyidzadə bildirib ki, Azərbaycan
xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi şəxsiyyəti olub. Bu gün
biz müstəqil ölkənin vətəndaşı
olaraq çox çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması
və möhkəmlənməsi
Ümummilli Liderin xidmətləri sayəsində
mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini
qorumaqla yanaşı,
inkişafı naminə
çox mühüm işlər görüb. Ulu Öndərin bizim üçün miras qoyduğu irs nəsillərdən-nəsillərə
ötürüləcək və əbədi yaşayacaq.
Ümummilli Liderlə
bağlı xatirələrini
bölüşən Dilarə
Seyidzadə deyib ki, Ulu Öndər
hər zaman bütün dünyada böyük hörmətlə
qarşılanıb. Hər
bir azərbaycanlı bunu yüksək qiymətləndirməli, onun
qoyduğu yolla getmək üçün
əlindən gələni
etməlidir. Ulu Öndər böyük məktəb, ensiklopediya idi. O, Azərbaycanla fəxr edirdi. Ümummilli Liderin siyasətini bu gün Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Azərbaycan Prezidenti ölkəmizin inkişafı
ilə bağı mühüm işlər görür.
Dövlət İmtahan Mərkəzinin
Direktorlar Şurasının
sədri Məleykə
Abbaszadə müasir müstəqil Azərbaycan
dövlətinin memarı
və qurucusu ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti
və xalqı qarşısındakı əvəzsiz
xidmətlərindən danışıb.
O bildirib ki, ümummilli lider Heydər Əliyev ölkə həyatının
bütün sahələrinə,
o cümlədən elmin,
təhsilin inkişafına
böyük diqqət
yetirirdi. Bu gün Ulu Öndərin
məqsədyönlü siyasətini
Prezident İlham Əliyev layiqincə davam etdirir və
müstəqil Azərbaycanın
daha da güclənməsi
istiqamətində mühüm
işlər görür.
Dövlətimizin başçısının
rəhbərliyi ilə
həyata keçirilən
uğurlu siyasət nəticəsində Azərbaycan
bütün sahələrdə
mühüm nailiyyətlər
qazanıb.
Azərbaycan Memarlıq və
İnşaat Universitetinin
rektoru Gülçöhrə
Məmmədova və
Azərbaycan Miniatür
Kitab Muzeyinin yaradıcısı və
təsisçisi Zərifə
Salahova Azərbaycanın
müstəqil dövlət
kimi formalaşmasında
və inkişafında
ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən
söhbət açıblar.
Bildirilib ki,
dahi şəxsiyyət
Azərbaycan xalqının
yaddaşında qurucu
və xilaskar dövlət xadimi, xalqın məhəbbətini
qazanan öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi,
siyasi və ictimai həyatında, dövlət quruculuğunda
onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Bu mənada
o, xalqımızın milli
iftixarı, ürəklərimizdə
özünə yer tapan milli liderimiz,
güvənc yerimizdir.
Qeyd edilib
ki, şəxsiyyətlərin
gücü, ağlı,
cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduqları xalqın, yaratdıqları dövlətin
həyatında əvəzedilməz
rola malikdir. Bu şəxsiyyətlər
arasında müasir müstəqil Azərbaycan
Respublikasının memarı,
dahi rəhbər Heydər Əliyevin özünəməxsus yeri
var.
İki
sahil.- 2017.- 12 dekabr.- S.11.