Azərbaycan elminin yeni inkişaf mərhələsi
ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Rəyasət Heyətində
ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü
münasibətilə tədbir
keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə müstəqil Azərbaycanın
qurulmasında, inkişafında
və dünyaya tanıdılmasında ümummilli
lider Heydər Əliyevin tarixi xidmətlərindən, respublikamız
dövlət müstəqilliyini
bərpa etdikdən sonra Ulu Öndərin
ölkəmizdə
elmin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb.
Akademik A.Əlizadə ulu
öndər Heydər
Əliyevin XX əsrin
Azərbaycana, xalqımıza,
dünyaya bəxş
etdiyi ən böyük vətəndaş,
dahi şəxsiyyət,
müdrik siyasi xadim, əbədi lider olduğunu vurğulayıb, Ümummilli
Liderin respublikamızın
gələcəyi naminə
göstərdiyi böyük
fəaliyyətin
nəticələrinin zaman
keçdikcə daha aydın göründüyünü
söyləyib. Qeyd edilib ki, bu
fəaliyyət xalqın
gələcəyi üçün
uzaqgörənliklə düşünülüb,
ən yüksək dəyərlər səviyyəsində
qiymətləndirilib və
milli inkişafın strateji proqramı kimi qəbul olunub. Hazırda Ulu Öndərin milli quruculuq proqramı zamana və şəraitə uyğun olaraq uğurla həyata keçir.
AMEA-nın rəhbəri tarixə ekskursiya edərək ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin avqust plenumundakı çıxışını xatırladıb: “Ümummilli
lider Heydər Əliyevin plenumda qaldırdığı məsələlər,
çıxışı zamanı
söylədiyi fikirlər
onun strategiyasını,
uzaqgörənliyini o vaxtdan müəyyənləşdirdi.
Həmin plenumda Azərbaycanın bugünkü
inkişafının təməli
qoyuldu”.
Ümummilli lider Heydər
Əliyevin iştirak etdiyi, neftlə bağlı iclaslara Geologiya İnstitutunun direktoru kimi qatıldığını deyən
akademik A.Əlizadə
hələ o zamanlar Ulu Öndər tərəfindən Azərbaycan
neftinin idarəedilməsinə
dair səsləndirilən
fikirlərin düşünülmüş
addım olduğunu bildirib.
AMEA-nın rəhbəri Ulu Öndərin hər zaman ölkəmizdə elmin, təhsilin, akademiyanın inkişafına
göstərdiyi diqqət
və qayğıdan söz açıb, görkəmli dövlət
xadiminin daim alimlərimizin, ziyalılarımızın
əməyini yüksək
qiymətləndirdiyini söyləyib.
Qeyd edilib ki, Azərbaycan elminin yeni inkişaf
mərhələsi ümummilli
lider Heydər Əliyevin adı ilə bağlıdır.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik
etdiyi hər iki dövrdə bütün sahələrdə
müdrik və məqsədyönlü siyasətindən,
respublikamızın sürətli
inkişafında həyata
keçirdiyi islahatlardan
söz açıb.
Ulu Öndərin
elmi-ideoloji mühitlə
bağlı gördüyü
işlərdən danışan
akademik İ.Həbibbəyli
azərbaycançılıq ideologiyasının, bu konseptual vəzifənin məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Azərbaycançılığın
milli ideyadan dövlət ideologiyası
səviyyəsinə qaldırılmasında
Ulu Öndərin əvəzsiz xidmətlərinin
olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycanın
çoxəsrlik tarixində
ilk dəfə azərbaycançılıq müstəqil
Azərbaycan dövlətinin
ideologiyası səviyyəsinə
qaldırılıb. Ölkəmiz
bütün sahələrdə
sürətli inkişafa
məhz bu müdrik siyasi xadimin böyük səyləri sayəsində müvəffəq olub. Dahi şəxsiyyətin Azərbaycanın dövlətçilik
tarixində müstəsna
yeri olduğunu söyləyən İ.Həbibbəyli
azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi
ulu öndər Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi
və tarixi uzaqgörənliyi sayəsində
milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsi,
müasir Azərbaycan
dövlətinin qurulması
və xalqımızın
müstəqillik arzusuna
çatmasına nail olduğunu söyləyib.
AMEA-nın vitse-prezidenti dahi liderin xidmətləri və qayğısı sayəsində müxtəlif
sahələrdə yeni
məktəblərin formalaşdığını,
dünya azərbaycanlıları
anlayışının yarandığını
və eyniadlı qurultayın keçirildiyini,
Azərbaycan dilinin qorunması və təkmilləşdirilməsinə başlanıldığını, milli dövlətçiliyimizə göstərilən
qayğının bariz
nümunəsi olaraq mədəniyyət, ədəbiyyat
və incəsənət
alimlərinə, ədiblərimizə
verilən qiymətin dəyişdiyini vurğulayıb.
Sonra Azərbaycan
Respublikası Milli Məclisinin ictimai birliklər və dini qurumlar komitəsinin
sədri, Yeni Azərbaycan Partiyası
(YAP) icra katibinin müavini Siyavuş Novruzov “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası” mövzusunda məruzə ilə çıxış edib.
S.Novruzov Azərbaycan dövlətinin
həyatında həlledici
rolu olan dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısında
xidmətlərindən bəhs
edib. Ümummilli Liderin Azərbaycanın çətin dönəmlərində
bütün maneələrə
baxmayaraq xalqı bu vəziyyətdən çıxara bildiyini deyib.
Qeyd edilib ki, Azərbaycanın çoxəsrlik
dövlətçilik tarixində
özünün müstəsna
əhəmiyyəti, xalqımızın
nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi
baxımından Heydər
Əliyev epoxası bənzərsizdir. Əsl vətəndaş, tarixi şəxsiyyət və
ümummilli lider kimi Heydər Əliyev millətini, torpağını fəlakətdən
qurtarıb, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş
və inkişafa doğru yönəldib, cəmiyyətdə özünəinam
hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat
yaradıb.
S.Novruzov YAP-ın
yaranması və inkişafı tarixindən
söz açıb, ümummilli lider Heydər Əliyevin siyasi kursunun bu gün ölkəmizdə
Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki,
Ulu Öndərin əsasını qoyduğu
YAP dünənin, bu günün və gələcəyin partiyasıdır
və xalqın ali maraqlarını, üstün siyasi iradəsini ləyaqətlə
öz fəaliyyətində
əks etdirir. YAP Azərbaycan dövlətçiliyinin
qorunub saxlanması, onun ərazi bütövlüyünün qorunması,
sosial-iqtisadi inkişaf,
sosial problemlərin həlli, islahatların həyata keçirilməsi
istiqamətində xeyli
uğurlu addımlar atıb və bundan sonra da
atacaq.
Azərbaycan Respublikası Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Heydər Əliyev və İslam həmrəyliyi” mövzusunda
məruzəsində görkəmli
dövlət xadiminin dünyanın hər yerində yad edilən böyük şəxsiyyət olduğunu
bildirib. M.Qurbanlı
Ulu Öndərin xatirəsini anma gününün bir çox ölkələrdə
qeyd edildiyini bildirib. Dövlətimizin söykənəcəyi ideoloji prinsipləri əvvəlcədən müəyyənləşdirən
Ümummilli Liderin yaratdığı bu prinsiplərin əbədi
olduğunu vurğulayan
natiq dahi şəxsiyyətin Azərbaycan
xalqı üçün
çox böyük irs qoyduğunu diqqətə çatdırıb.
Komitə sədri ulu
öndər Heydər
Əliyevin zəngin həyat və fəaliyyətindən, müasir
müstəqil dövlətimizin
yaranmasında və möhkəmlənməsində tarixi xidmətlərindən
söz açıb, dahi rəhbərin siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə
davam etdirildiyini diqqətə çatdırıb.
Bildirilib ki, müasir müstəqil dövlətimizin yaranmasında
.
İki
sahil.- 2017.- 12 dekabr.- S.15.