Fövqəladə hallar uşaqların
gözü ilə” VII Ümumrespublika
uşaq yaradıcılıq
müsabiqəsinin qalibləri
mükafatlandırılıb
Dekabrın 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında FHN-in təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Fövqəladə
hallar uşaqların gözü ilə” mövzusunda məktəblilər
arasında keçirilmiş
VI Ümumrespublika uşaq
yaradıcılıq müsabiqəsi
qaliblərinin sərgisi
və onların mükafatlandırılması
mərasimi olub.
AZƏRTAC xəbər
verir ki, tədbirdə fövqəladə
hallar naziri, general-polkovnik Kəmaləddin
Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin
müavini İsmayıl
İsmayılov, FHN-in
müvafiq strukturlarının
rəhbərləri, KİV-lərin və ictimaiyyətin nümayəndələri,
valideynlər iştirak ediblər.
Əvvəlcə məktəblilər ulu öndər Heydər Əliyevin FHN-in Akademiyasının həyətindəki
abidəsi önünə
gül dəstələri
qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları müsabiqəyə
qatılmış məktəblilərin
əl işlərindən
ibarət sərgi ilə tanış olublar.
Tədbirdə əvvəlcə Azərbaycan
Respublikasının dövlət
himni səsləndirilib.
Mərasimdə bildirilib ki,
oktyabrın 18-dən dekabrın
14-dək keçirilmiş müsabiqənin məqsədi
uşaqlara təhlükəsiz
həyat fəaliyyətinin
əsaslarının öyrədilməsi
və mədəniyyətinin
formalaşdırılması, istedadlı uşaqların
üzə çıxarılması
və onlara dəstək verilməsi,
yetişməkdə olan
gənc nəslin vətənpərvərlik ruhunda
tərbiyəsi, fövqəladə
hal probleminə ictimaiyyətin diqqətinin
yönəldilməsi olub.
Ölkənin bütün şəhər
və rayonlarının
ümumtəhsil məktəblərinin
iştirak etdiyi respublika uşaq yaradıcılıq müsabiqəsi
rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının
modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib.
Rayon və
şəhər müsabiqələrinin
yekunları üzrə
təşkilat komitəsinə
498 rəsm, 250 plakat,
222 əl işi, 215 yanğın və qəza-xilasetmə texnikasının
modeli və 149 yumşaq oyuncaq təqdim olunub. Bu işlər təşkilat
komitəsi tərəfindən
qiymətləndirilib və
qaliblər müəyyənləşdirilib.
Ümumilikdə, 40 rəsm,
38 plakat, 33 əl işi, 20 yanğın və qəza-xilasetmə texnikasının modeli və 13 yumşaq oyuncaq mükafata layiq bilinib.
Sonra müsabiqədə
ilk üç yeri tutmuş uşaqlara fəxri fərmanlar və qiymətli hədiyyələr
təqdim olunub. Həmçinin bütün
iştirakçılara həvəsləndirici
mükafatlar verilib.
Mükafatları fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov,
təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və digərləri təqdim ediblər.
Tədbir bədii
hissə ilə davam edib.
Iki sahil.- 207.- 15 dekabr.- S.7.