Bütün dinlərə qarşılıqlı
hörmət xalqımızın
həyat tərzidir
Bakıda keçirilən,
sivilizasiyalararası dialoqun
möhkəmləndirilməsinə, xalqlar və dövlətlər arasında
dostluq, əməkdaşlıq
və davamlı inkişafın təşviqinə,
milli, dini və irqi ayrı-seçkiliyi,
dünyada sülh və təhlükəsizliyi
təhdid edən neqativ halların aradan qaldırılmasına
yönələn və
ümumbəşəri əhəmiyyət
kəsb edən aktual məsələlərin
müzakirə olunduğu,
mühüm problemlərin
həllinə dəstək
məqsədi daşıyan
Forumların hər biri əhəmiyyətli qlobal platformadır. Elə buna görədir ki, multikultural dəyərlərin təbliği
istiqamətində Azərbaycanın zəngin təcrübəsi həmişə
dəstəklənir, təbliğ
olunur, nümunə göstərilir.
Qədim İpək
Yolunun üstündə
yerləşən Azərbaycan
əsrlər boyu dinlər, mədəniyyətlər
və sivilizasiyaların
bir araya gəldiyi məkan olmuşdur. Odlar diyarı kimi tanınan, Şərq ilə Qərb arasında yalnız coğrafi deyil, həm də mədəniyyət
körpüsü kimi
xalqlararası əlaqələrin
yaranmasında rolu artan ölkəmizdə dini dözümlülük
və multikulturalizm bütün əsrlərdə mövcud
olmuşdur.
Leksikonumuza yeni daxil olan multikulturalizm sözünün mövcud
olmadığı keçmiş zamanlarda belə tolerantlıq ideyaları mövcud olub, inkişaf edib. Çoxmillətli və çoxkonfessiyalı ölkə
kimi müasir dövrümüzdə
daha böyük əhəmiyyətə malik
ölkəmizdə müxtəlif dinlərin və etnik qrupların
nümayəndələri sülh
və əmin-amanlıq
şəraitində yaşayıblar. Şamaxıda
743-cü ildə inşa
edilmiş məscid, qədim Qafqaz Albaniyası dövrünə
aid kilsə də sübut edir ki, islami
dəyərlərinə hər
zaman sadiq qalan xalqımız başqa xalqların dininə, adət-ənənələrinə
hörmətlə
yanaşır.
Respublikamızda məscidlər
kimi pravoslav və katolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır. “Bu bizim siyasətimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə
mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq bu sərvəti
qoruyub saxlamışdır”
söyləyən Prezident
İlham Əliyevin vurğuladığı kimi
multikulturalizm
ideyalarını əks
etdirən bu dəyərlərə sadiqlik dövlət siyasətimizin də aspektləridir. Bu dəyərlərə sadiqliyini ev sahibliyi etdiyi
Mədəniyyətlərarası Dialoq Forumunda, Bakı Beynəlxalq Humanitar Forumunda, Dünya Dini Liderlərinin zirvə toplantısında, BMT-nin Sivilizasiyalar Alyansının
VII Qlobal Forumuna etdiyi çıxışlarında
diqqətə çatdıran
cənab İlham Əliyevin bildirdiyi kimi etnik və ya
dini zəmində baş verən qarşıdurma və toqquşmalar, separatizm müasir dövrümüz
üçün çox
təhlükəli meyillərdir.
İslam Əməkdaşlıq Təşkilatının, Avropa
Şurasının üzvü
olan Azərbaycanda Birinci Avropa, IV İslam Həmrəyliyi Oyunlarının dostluq, qarşılıqlı anlaşma,
şəraitində keçirilməsi
ölkəmizə artan
marağın nümunəsidir.
İnsanlıq, mərhəmət,
həmrəylik və
sülhü təbliğ
edən İslami dəyərlərin
qorunması istiqamətində
görülən işləri
əks etdirən bu kimi nümunələr
də təsdiqləyir
ki, birgə yaşayış
həyat tərzimizin bir nümunəsidir. Eyni zamanda təsdiqləndi
ki, islami dəyərləri özündə ehtiva edən multikulturalizmin təhlükəli
alternativləri olan ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik, diskriminasiya, nifrət münaqişələri yaradan
meyillərdir.
2017-ci ilin “İslam Həmrəyliyi İli” kimi qeyd olunması
ilə bağlı sərəncam imzalayan cənab İlham Əliyevin vurğuladığı
kimi UNESCO, ISESCO, Avropa
Şurası, Ümumdünya
Turizm Təşkilatı
və digər qurumların birgə təşkilatçılığı ilə Bakıda keçirilən
Mədəniyyətlərarası Dialoq Forumları siyasətimizi, niyyətimizi
göstərir və eyni zamanda, bütün dünyaya göstərir ki, bu gün
dünyada multikulturalizmin
mərkəzi olan ölkə var, bu ölkənin adı Azərbaycandır. 2008-ci ildən davam edən “Bakı prosesi” dünya miqyasında aparıcı
istiqamət olmaqla dinlərarası münasibətlərin
birlik , həmrəylik
ruhunda yaranmasına xidmət edir. Avropada, Şərq ölkələrində
baş verən münaqişələrin, terrorların, təhlükəli
risklərin artdığı bir zamanda dinlərarası, sivilizasiyalararası münasibətlərin
güclənməsində böyük
xidmətləri olan və töhfələr verən Azərbaycan təcrübəsinin təbliği qarşılıqlı anlaşma məsələlərinin tətbiqində
də müsbət rolunu oynayır. Milli dəyərlərimizin
ayrılmaz tərkib hissəsi olan islami dəyərləri qoruyan, müasir, dünyaya açıq olan Azərbaycanda radikalizm, fundamentalizm, təhlükə mənbəyi
yoxdur. Radikalizmə qarşı ən gözəl sığorta
sosial ədalət, maddi rifah, savadlılıq,
düzgün siyasətdir.
Bu amillər olan yerdə dini ayrı-seçkilik ola bilməz. Əsas odur ki, ölkəmizdə milliyyətindən asılı
olmayaraq insanların dini etiqadına hörmətlə
yanaşılır. Paytaxtımızdakı Pravoslav Dini-Mədəni
Mərkəzin,
möhtəşəm katolik məbədinin və Gəncədə bərpa edilmiş heyranlıq doğuran İmamzadə kompleksinin, Bakıdakı möhtəşəm
Heydər məscidinin
inşa və təmirinə eyni səviyyədə
diqqət yetirilir.
Bu kimi humanist dəyərlərin
təməl prinsipləri
multikulturalizmdir. Buna görə
də ölkəmizdə
dinlərarası münaqişə
mümkün deyil.
Qazaxıstanda keçirilən İslam Əməkdaşlıq Təşkilatının
(İƏT) elm və texnologiyalar
üzrə
birinci Sammitində
iştirak edən Prezident İlham Əliyev vurğuladı ki, İslam aləminin üzvü kimi müsəlman dövlətləri
ilə əməkdaşlığa
böyük önəm
verən Azərbaycan dünyanın müxtəlif bölgələrində
baş verən islamofobiyaya qarşı mübarizədə
fəal iştirak edir. Qərəzli dairələrin bilərəkdən
yaratdığı islamofobiya
üçün heç
bir əsasın olmadığını ölkəmizdə
“İslam Həmrəyliyi İli”nin
elan olunması, IV
İslam Həmrəyliyi Oyunlarına
ev sahibliyi ilə bildirən Azərbaycan multikulturalizm və tolerantlıq nümunəsi olduğunu da təsdiqləyir.
Ötən aylarda Myanmada Rohingiya müsəlmanlarına, Suriyada,
İraqda dinc əhaliyə qarşı törədilən
terrorları, qətliamlar,
Misirdə, Əfqanıstanda
baş verən hadisələr İslama qarşı aparılan təxribatlardır.
İslam aləmi
ilə münasibətlərin
qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində
fəaliyyətə başlamış,
dövlətimiz qısa
zamanda İslam Əməkdaşlıq Təşkilatı
(İƏT), ISESCO kimi müsəlman
dünyasını birləşdirən
qurumların fəal üzvünə çevrilmişdir.
Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə
töhfə verən
İƏT Gənclər Forumu,
İƏT Əmək Mərkəzi,
İƏT-ə Üzv Dövlətlərin
Jurnalistləri Assosiasiyası
kimi yeni qurumların yaradılmasının
təşəbbüskarı olmuşdur. Azərbaycanın dinc vətəndaşlarına
qarşı
törətdikləri terrorları vəhşilik
adlandırıb, qətiyyətlə pisləməklə İƏT-in Türkiyədə keçirilən
Zirvə görüşündə
Ermənistanın Azərbaycana
qarşı
təcavüzü ilə
əlaqədar
yaradılan Təmas
Qrupunun təşkili müsəlman
ölkələrinin birlik
rəmzidir. Eləcə də ölkəmiz
müsəlman dünyası
ilə əlaqələrin
genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq
formatları qurmuş,
bu çərçivədə
həyata keçirilən
bir çox layihələr qarşılıqlı
münasibətlərin möhkəmlənməsinə yönəlmişdir. Pakistan və Səudiyyə
Ərəbistanının Ermənistanı
Azərbaycan torpaqlarını
işğal etdiyinə
görə rəsmən
tanımaqdan imtina etməsi, Türkiyənin
bu ölkə ilə əlaqəsini dayandırması,
beş müsəlman
dövlətinin Xocalı
soyqırımını rəsmən
tanıması İslam
həmrəyliyinin xəfif addımları olsa da qardaşlıq münasibətinin, real dəstəyin nümunəsidir.
Ölkəmiz 2013-cü ildə
“Qüds şəhərinin
inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün
donor konfransı”na, eləcə də “Fələstin dövlətinin
dəstəklənməsi üçün
İslam maliyyə təhlükəsizlik
şəbəkəsinin yaradılması”
adlı konfransa ev sahibliyi etmiş
və bu məqsədlər üçün
ciddi məbləğdə
ianə ayırmışdır.
Qüdsdə baş verən son hadisələr müsəlman aləminin bir üzvü olan Azərbaycan xalqını da narahat edir. Multikulturalizm
mərkəzi kimi tanınan Azərbaycan dini-mənəvi
dəyərlə sıx
bağlı olduğunu mədəni müxtəlifliyin, etnik və dini tolerantlıq
mühitinin təmin olunmasına verdiyi töhfələrlə də bildirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
müharibəsi zamanı
soydaşlarımıza amansız
işgəncələr verən erməni faşizminin bu gün də
davam etməsinə seyrçi qalan Qərbin, Avropa ölkələrinin,
beynəlxalq təşkilatların müsəlman
ölkələrinə qarşı
ikili standartlardan yanaşması təhlükələri artırır.
Ermənistanın işğalçılıq
siyasəti təkcə
Azərbaycanın dini-mədəni
sərvətlərinə qarşı
deyil, həm də ümumilikdə İslamın tarixi-mədəni
irsinə qarşı
olan hücumdur. Ermənistanın işğal
etdiyi ərazilərdə
İslam mədəniyyətinə
aid yüzlərlə
abidə, məscid, ibadətgah, qəbiristanlıq
və s. dağıdılmış,
bütün bunlar
ATƏT-in faktaraşdırıcı
missiyaları tərəfindən
təsdiq olunmuşdur.
İstanbulda İslam Əməkdaşlıq
Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının
təşəbbüsü ilə 50 ölkəni təmsil edən nümayəndənin iştirakı
ilə “Qüdslə həmrəylik
üçün birlikdə
hərəkət” devizi
altında keçirilən fövqəladə
Zirvə toplantısı da İslam ölkələrinin
birlik və həmrəyliyini göstərir.
Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə toplantısında
Prezident İlham Əliyevin də iştirakı Azərbaycanın islami dəyərlərə sadiqliyinin
nümunəsidir.
Xuraman İsmayılqızı
İki
sahil.- 2017.- 15 dekabr.- S.13.