“Azərbaycan
tarixi nəsrində Naxçıvan” və “Cəlil Məmmədquluzadənin
şeir yaradıcılığı”
adlı nəşrlərin
təqdimatı olub.
AMEA Naxçıvan
Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun
ədəbiyyatşünaslıq şöbəsinin əməkdaşları,
filologiya üzrə fəlsəfə doktorları
Əli Həşimovun
“Azərbaycan tarixi nəsrində Naxçıvan”
və Aygün Orucovanın “Cəlil Məmmədquluzadənin şeir
yaradıcılığı” adlı monoqrafiyalarının
təqdimatı olub.
Bölmənin informasiya şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
tədbirdə institutun
direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev ictimaiyyətə təqdim
olunan yeni nəşrlərin əhəmiyyətindən
danışıb. Qeyd
edib ki, “Azərbaycan tarixi nəsrində Naxçıvan”
monoqrafiyasında Azərbaycan
ədəbiyyatında nəsrin
tarixi inkişaf yolu əks etdirilir.
Xüsusilə Naxçıvana
aid əsərlər diqqət mərkəzinə
çəkilir, tarixi
dövr, müasir gerçəklik və yazıçı mövqeyindən
bəhs olunur.
“Cəlil Məmmədquluzadənin şeir
yaradıcılığı” monoqrafiyası barədə
məlumat verən Əbülfəz Quliyev bildirib ki, əsərdə
XIX əsrin sonlarında
Naxçıvan ədəbi
mühitinin yetirməsi
olan yazıçı-dramaturq,
“Molla Nəsrəddin”
satirik məcmuəsinin
və eyniadlı ədəbi məktəbin
yaradıcısı Cəlil
Məmmədquluzadənin zəngin
və çoxcəhətli
yaradıcılığının nisbətən az araşdırılan bir sahəsi tədqiqata cəlb olunub. Monoqrafiyada mollanəsrəddinçi
satirik şeirin ideya estetik, dil və ifadə
xüsusiyyətlərinin formalaşdırılmasında
Cəlil Məmmədquluzadənin
rolundan bəhs edilir.
Daha sonra bölmənin
İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutunun folklorşünaslıq
şöbəsinin müdiri,
filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovun “Naxçıvanı öyrənən
dəyərli tədqiqat
əsəri”, ədəbiyyatşünaslıq
şöbəsinin müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Mirzəcəlilşünaslıqda
dəyərli mənbə”
mövzusunda məruzələri
dinlənilib.
İki
sahil.- 2017.- 19 dekabr.- S.10.