Əl-Fəcr”: İlham Əliyev müdrikliyi, uzaqgörənliyi sayəsində Azərbaycanı daha təhlükəsiz, sabit firavan gələcəyə doğru aparır

 

Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu auditoriyasına malik Əl-Fəcr qəzetinin 24 dekabr 2017-ci il tarixli sayında qəzetin baş redaktoru doktor Şərif Əl- Bəsilinİlham Əliyev müdrikliyi, uzaqgörənliyi xalqın maraqlarını dəqiq incələməsi sayəsində Azərbaycanı daha təhlükəsiz, sabit firavan gələcəyə doğru aparır" adlı məqalə dərc olunub. Qəzetin bütöv bir səhifəsi Azərbaycan Prezidentinə, onun ölkəsi xalqı üçün gördüyü işlərə həsr edilib.

Azərbaycanın 26 illik müstəqillik dövründə siyasi, iqtisadi, ticarət, investisiya, mədəniyyət humanitar sahələrdə geniş hərtərəfli nailiyyətlər qazandığını qeyd edən baş redaktor yazır ki, ölkə bu qısa müddət ərzində aktiv mühüm, eləcə sivil dövlətlər xəritəsində özünəməxsus yer tutub, bəşəri sivilizasiya tarixində mühüm aktorlardan birinə çevrilib regional beynəlxalq sülhün möhkəmləndirilməsində mühüm rol oynayır.Artıq çoxlarının Azərbaycanı Cənubi Qafqaz Avrasiya regionunda mühüm bir ölkə kimi tanıdığını bildirən məqalə müəllifi diqqətə çatdırır ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə həm ölkə daxilində, həm ölkə xaricində mühüm uğurlar əldə etmiş milli rəmz kimi baxır. İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarıb, əhalinin yaşayış səviyyəsini rifahını daha da yaxşılaşdırıb.Baş redaktor vurğulayır ki, xalqın İlham Əliyevə etimad inamı çox təbii olaraq dövlət resurslarının inkişaf etdirilməsi, irimiqyaslı dövlət layihələrinin icrası, yeni yerlərinin yaradılması, onun uzaqgörən siyasəti məqsədyönlü strategiyası nəticəsində formalaşıb. Bu siyasət Azərbaycan gənclərini ruhlandırır onları həyatın bütün sahələrində aktiv rol oynamağa təşviq edir. Prezident İlham Əliyevin yürütdüyü siyasət yalnız xalqın maraqlarına xidmət edir, Azərbaycan xarici siyasəti ardıcıl uğurlar qazanır. Müəllif Azərbaycanın davamlı sürətli inkişaf yolu keçdiyini, sabit iri addımlarla gələcəyə doğru ümidlə irəlilədiyini oxucularının diqqətinə çatdırır.Prezident İlham Əliyevin doğum günündə hər bir azərbaycanlının fərəh hissi keçirdiyini bu günü böyük iftixarla qeyd etdiyini bildirən müəllif İlham Əliyevin tək Azərbaycan xalqının deyil, eyni zamanda beynəlxalq müstəvidə böyük nüfuza malik olduğunu bildirir. Xatırladır ki, İlham Əliyev xarici dövlətlərin nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı orden medallarına - “Kral Əbdüləzizordeninə, KüveytinMübarək əl-Kəbir”, FransanınŞərəf Legionu”, RumıniyanınUlduz”, GürcüstanınŞərəfordenlərinə, həmçininTürkdilli respublikalarda onilliyin ən uğurlu dövlət xadimimükafatına, “Balkanların ləyaqətli dostubeynəlxalq mükafatına layiq görülüb.Prezident İlham Əliyevin şəxsi peşəkar həyatına nəzər salan jurnalist onun 1961-ci il dekabrın 24-də ziyalı ailəsində anadan olduğunu, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetini bitirdiyini, tarix elmləri doktoru olduğunu, oxuduğu Universitetdə müəllimlik fəaliyyəti ilə məşğul olduğunu qeyd edir. Məqalədə vurğulanır ki, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidli çağırışı ilə hakimiyyəti öz üzərinə götürüb, ölkənin yaranmış xaosdan qoruyub. Ulu Öndərdən sonra hakimiyyətə gələn İlham Əliyev atasının siyasi kursunu uğurla davam etdirir.İlham Əliyevin həyat yoluna siyasi karyerasına nəzər salan müəllif onun Yeni Azərbaycan Partiyası sədrinin müavini, sonra isə birinci müavini seçildiyi, 2001-2003-cü illərdə Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik etdiyi, 2003-cü ilin yanvar ayında AŞPA sədrinin müavini büro üzvü seçildiyi, 2003-cü il avqustun 4-də Baş nazir vəzifəsinə təyin olunduğu barədə məlumat verir. Həmçinin diqqətə çatdırır ki, İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən şəffaf prezident seçkilərində ümumi səslərin 79.46 toplayaraq qalib gəlib.Azərbaycan Prezidentinin oktyabrın 31-də baş tutan andiçmə mərasimindəki çıxışının konseptual məqamlarını oxucuların diqqətinə çatdıran doktor Şərif Əl- Bəsilİlham Əliyevin hakimiyyəti illərində yoxsulluğun işsizliyin kəskin azaldığını, yeni yerlərinin açıldığını, valyuta ehtiyatlarının, ÜDM-in artdığını, irimiqyaslı layihələrin icrasına başlanıldığını diqqətə çatdırır. Bu sırada Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin işə salınması, “Cənub Qaz Dəhlizilayihəsi, “Şahdəniz-2” layihəsi, TANAP TAP layihələri qeyd olunur, bununla da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu vurğulanır.Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından yazan müəllif onun Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi adlandıraraq bildirir ki, bu dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır. Bununla da Orta Asiya ölkələrinin, həmçinin, Əfqanıstanın Avropa dünya bazarlarına çıxışını asanlaşacaq, bu yol ildə 3 milyon sərnişin 17 milyon ton yük daşınmasına imkan yaradacaq regionda turizmin inkişafına da güclü təsir göstərəcək.Dünya bazarında qara qızılın qiymətinin kəskin şəkildə düşməsi ilə bəzi neft ixrac edən ölkələrin iqtisadi böhranla üzləşdiyinə diqqət çəkən müəllif qeyd edir ki, Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan iqtisadiyyatı qlobal iqtisadi böhrandan əziyyət çəkməyib. Ölkədə qeyri-neft sektorunun inkişafına təkan verilib neftdən asılılığın azaldılmasına dair konkret tədbirlər paketi icra olunub.

Ölkəmizin hərbi vəziyyətinə toxunan baş redaktor bu gün Azərbaycan ordusunun hazırlıq, döyüş qabiliyyəti, texnikası silah sursat baxımından regionuna ən güclü ordularından biri olduğunu, hər hansı təcavüzün qarşısını almağa tam hazır olduğunu vurğulayır.

 

Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyevin uğurla davam etdirdiyini qeyd edən baş redaktor yazır ki, Azərbaycan bu gün Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlıq əməkdaşlıq əlaqələri qurub, 2012-2013-cü illərdə 155 səslə BMT TŞ-nin qeyri-daimi üzvü seçilib, bir sıra beynəlxalq təşkilatlarla yanaşı, Qoşulmama Hərəkatı, Afrika Birliyi kimi qurumlara da üzv olub.Məqalədə, həmçinin qeyd olunur ki, Azərbaycan müxtəlif sivilizasiyalar mədəniyyətlərin qovşağında yerləşən unikal bir dövlətdir, İslam Avropa təşkilatlarının üzvü kimi hər iki sivilizasiyaların dəyərlərini özündə ehtiva etməklə həmin sivilizasiyalar arasında təbii körpü rolunu oynayır, bir sıra beynəlxalq forum dialoqlara ev sahibliyi edir. Müəllif Prezident İlham Əliyevin rəhbərliyi UNESCO, BMT Sivilizasiyalar alyansı, Avropa Şurası ISESCO digər mötəbər təşkilatların iştirakı ilə 2017-ci ilin mayında Bakıda 4-cü Mədəniyyətlərarası Dünya Forumunun keçirildiyini xatırladır.

Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını da diqqətə çatdıran Şərif Əl-Bəsil son illərdə ölkəmizin ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, Formula-1 kimi mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini, bu yaxınlarda Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini bildirir.

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın bir çox beynəlxalq mədəni, humanitar, iqtisadi idman tədbirlərini uğurla həyata keçirərək, bu sahədə böyük nüfuz qazandığını qeyd edən müəllif bu tədbirlərin yüksək səviyyədə təşkilində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük danılmaz rolu olduğunu vurğulayır. Diqqətə çatdırır ki, Azərbaycan EXPO 2025 beynəlxalq sərgisinin keçirilməsi üçün namizəd ölkədir öz təşkilatçılıq qabiliyyəti ilə fərqlənən Mehriban Əliyevanın rəhbərliyi ilə bu tədbir yüksək göstəricilərlə tarixdə iz salacaq.

Müəllif Ekspo 2025-ə ev sahibliyi etmək niyyətində olan Azərbaycanın Dubayda keçiriləcək Ekspo 2020 sərgisinə xüsusi diqqət yetirdiyini, bu sərgidə iştirakını təsdiqləmiş ilk ölkə olduğunu bildirib.

 

 

Asya Hacızadə

Iki sahil.- 2017.- 26 dekabr.- S.9.