Azərbaycanlı alim Birləşmiş Oksford
Akademiyasının fəxri
professoru seçilib
Beynəlxalq Ekoenergetika Akademiyasının
prezidenti, texnika elmləri doktoru, professor Fəqan Əliyev Birləşmiş
Oksford Akademiyasının
fəxri professoru adına layiq görülüb.
F.Əliyev AZƏRTAC-a bildirib ki, dekabrın
19-20-də Oksford sarayında
liderlərin sammiti keçiriləcək. Tədbirdə
elm, biznes iqtisadiyyat və tibb adamlarına fəxri adlar veriləcək. İki min nəfərin arasından seçiləcək
bu adamların arasında professor F.Əliyev də var. Azərbaycanlı alimə fəxri professor diplomunu təqdim etmək üçün onu Londona, Birləşmiş
Oksford Akademiyasına dəvət ediblər.
Professor F.Əliyev
Rusiya Dövlət Memarlıq və İnşaat Elmləri Akademiyasının üzvüdür.
Yüksək təşkilatçılıq
bacarığına malik
olan alim 1990-cı ildə “Günəş” Elmi-İstehsalat Birliyini,
1994-cü ildə Beynəlxalq
Ekoenergetika Akademiyasını
təsis edib. Elmi və təşkilati
fəaliyyətinə görə
Rusiyanın V.Boqoslavski
adına qızıl medalı ilə təltif olunub. O, eyni zamanda, akademik
Yusif Məmmədəliyev
adına qızıl medala layiq görülüb.
Azərbaycan, rus və ingilis
dilində çoxlu sayda kitab və
elmi məqalənin müəllifi olan F.Əliyev Beynəlxalq Ekoenergetika Akademiyasının
prezidenti kimi respublikamızda 25 il ərzində 14 konqres və konfransın təşkilatçısı və
sədri olub. Müxtəlif ölkələrdə,
o cümlədən bir
sıra Avropa ölkələrində, Amerika,
Rusiya və Yaponiyada beynəlxalq konfranslarda məruzələrlə
çıxış edib.
Alim hazırda
Azərbaycan Memarlıq
və İnşaat Universitetinin ekologiya kafedrasının müdiridir.
O, binalarda səmərəli
enerji və bərpa olunan enerji texnologiyalarının
tətbiqi, ekoloji təhlükənin qiymətləndirilməsi
və radiasiya təhlükəsizliyi kimi
mövzularda mühazirələr
və inkişaf kursları təşkil edir. F.Əliyev Avropa İttifaqı, UNIDO,
UNDP, UNEP, USAID, Dünya Bankı
və digər fondların dəstəyi ilə həyata keçirilən bir sıra beynəlxalq layihələrə rəhbərlik
edib. O, BMT-nin Avropa İqtisadi Komissiyasında “Rusiya Federasiyasının və
MDB ölkələrində bərpa olunan enerji sektorunun inkişafı: regionlararası
əməkdaşlığın perspektivləri” adlı layihədə milli ekspert kimi iştirak
edib. Rusiya Memarlıq və İnşaat Akademiyasının,
Beynəlxalq “AVOK” Assosiasiyasının
üzvü, İslam Azad Universitetinin fəxri professoru və Beynəlxalq Hidrogen Enerji Assosiasiyasının müşaviridir.
Professor F.Əliyev Türkiyə, ABŞ, Böyük Britaniya, Fransa, Finlandiya, Danimarka, İran, Pakistan, Rusiya və MDB ölkələrində keçirilən beynəlxalq elmi forumlarda iştirak edib və mühazirələr oxuyub. Azərbaycanlı və xarici alimlərin iştirakı ilə "Enerji, Ekologiya, İqtisadiyyat" adlı 10 beynəlxalq Bakı Konqresi keçirilib və bu beynəlxalq forumların ingilis dilində nəşr olunan 15 cildlik materiallarının baş redaktorluğunu F.Əliyev edib.F.Əliyev Azərbaycan, ABŞ, Finlandiya, Böyük Britaniya və Rusiyada nəşr olunan çoxlu sayda sənədlərin, ixtiraların, dərsliklərin və monoqrafiyaların müəllifi, "Enerji, Ekologiya, İqtisadiyyat" və "Kainat” elmi-populyar jurnallarının, “Ekoenergetika” elmi jurnalının təsisçisi və baş redaktoru, eyni zamanda, "Biomedicine" jurnalının redaksiya heyətinin üzvüdür.
İki
sahil.- 2017.- 27 dekabr.- S.11.