Heydər Əliyev Fondu uşaqlar üçün
ənənəvi bayram
şənliyi təşkil
edib
Dekabrın 29-da Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramları
ərəfəsində “Buta”
sarayında uşaqlar
üçün ənənəvi
şənlik təşkil
edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, nəvəsi, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak
ediblər.
Uşaqlar şənliyin
keçirildiyi əyləncə
məkanına onlar üçün ayrılmış
avtobuslarla gətirildilər.
Xüsusi zövqlə bəzədilən
və balacaların ixtiyarına verilən bu məkanda uşaqları sevindirmək
üçün nağıllar
aləmindəki kimi ab-hava yaradılmışdı.
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə hər il Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramı
ərəfəsində uşaq
evlərinin, internat məktəblərinin sakinləri
və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik
təşkil edilir. Bu il də
istisna olmadı.
Bayram şənliyi
ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşlərindən,
gənc nəslə diqqət və qayğısından bəhs
edən videoçarxın
nümayişi ilə
başladı.
Hər il
olduğu kimi, bu il də
şənlik iştirakçılarına
yeni tərtibatda hazırlanan proqram təqdim edildi. Bu proqram, sarayda qurulan və əsl bayram əhval-ruhiyyəsi bəxş
edən dekorasiyalar uşaqların sevincini daha da artırdı.
Bərbəzəkli sarayda
rəqslərə qoşulan,
mahnılar ifa edən, məharətlərini
göstərən, möcüzələrdən
heyrətlənən uşaqların
sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və
bu şənlikdə tanınmış sənətçilərin,
sevimli nağıl və cizgi filmləri
qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz
onlara ünvanlanmışdı.
Bayram şənliyində
uşaqların təbəssümü
bu hədiyyəni onlara bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə
verilən ən yüksək qiymət idi. Hər il
olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı,
Mehriban Əliyevanın
ətrafına toplaşdılar.
Azərbaycanın Birinci
vitse-prezidenti uşaqların
sevinc və fərəhini bölüşdü,
onlarla səmimi söhbət etdi.
Bayram şənliyi
üçün hazırlanan
musiqili kompozisiyada peşəkar incəsənət
ustaları ilə yanaşı, uşaq kollektivləri də maraqlı proqramla çıxış etdilər.
Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran
personajlar şənlik
iştirakçılarında gözəl həyəcan
hissləri doğurdu.
Səhnəciklər, oynaq,
şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng etdi.
Qış nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində sevimli
qəhrəmanların əhatəsində
oldular, onlarla birlikdə şənləndilər.Heydər
Əliyev Fondu yarandığı gündən
nəcib, xeyirxah və humanist insani dəyərlərə
əsaslanaraq, başlıca
fəaliyyət istiqamətlərindən
biri kimi cəmiyyətdə xeyriyyəçilik institutunun
inkişafını seçib.
Fondun bu istiqamətdə dövlətin
fəaliyyətinə hərtərəfli
dəstəyə əsaslanan
dəyərli layihələri
digər qurumlar üçün nümunə
sayıla bilər. Fondun xeyriyyəçilik fəaliyyətinin əsas
motivini insanlara sevgi və təmənnasız
olaraq xeyirxah əməllər təşkil
edir. Azərbaycanın
Birinci vitse-prezidenti çıxışlarında bu
fikri dəfələrlə
vurğulayıb: “Uşaqlar
Azərbaycanın sabahıdır,
gəlin, onların problemlərinə biganə
qalmayaq”. Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin
həllinə xüsusi
diqqət yetirir. Fondun “Uşaq evlərinin və internat məktəblərinin
inkişafı” proqramı
çərçivəsində ölkəmizdəki uşaq
müəssisələri əsaslı
təmir olunur, yeni avadanlıqlarla təchiz edilir. Cəmiyyətdə nəcibliyin, mərhəmət
və xeyirxahlığın
ali ünvanına çevrilməklə, ümumxalq
mənafeləri baxımından
bir sıra strateji layihələri qısa müddətdə
uğurla gerçəkləşdirən
Heydər Əliyev Fondunun 13 illik çoxşaxəli fəaliyyəti
də məhz bu nəcib dəyərlərə söykənir.
Bayram şənliyində
çıxış edən
Birinci vitse-prezident Mehriban ƏLİYEVA dedi:
- Hörmətli müəllimlər, hörmətli
valideynlər, əziz
uşaqlar. Artıq on ildən çoxdur
ki, biz başa
çatan ili birgə yola salırıq və qarşıdan gələn
ilə “Salam” deyirik. Mən çox şadam ki, bu il
biz yenə də birlikdəyik.
Yeni il bayramı
insanların ən sevdiyi bayramlardan biridir. Adətən, insanlar bu bayramı ailə üzvləri, doğmaları,
ən yaxınları
ilə qeyd edirlər. Biz də bu gün Yeni
il bayramını
böyük doğma ailə kimi bərabər qeyd edirik.
Ümidvaram ki, 2017-ci il sizin hər biriniz üçün, bütün
Azərbaycan xalqı üçün uğurlu
oldu. Ölkəmizdə abadlıq, quruculuq
işləri davam edir, şəhərlərimiz,
kəndlərimiz, regionlarımız
gözəlləşir, inkişaf
gedir. Bildiyiniz kimi, 2017-ci il
ölkəmizdə “İslam Həmrəyliyi İli” elan
olunmuşdu. Azərbaycan İslam aləminin ayrılmaz hissəsidir.
Biz öz dinimizə,
tariximizə, mədəniyyətimizə
böyük hörmətlə,
böyük diqqətlə
yanaşırıq. Eyni zamanda,
biz dünyaya açıq
ölkəyik. Biz digər dövlətlərlə
əməkdaşlığımızı
qardaşlıq və
qarşılıqlı hörmət
əsasında qurmaq istəyirik. Bildiyiniz
kimi, bu il paytaxtımızda
IV İslam Həmrəyliyi Oyunları böyük uğurla keçdi, idmançılarımız bizi
dəfələrlə sevindirdilər,
bizim bayrağımız
ucaldı, himnimiz səsləndi. Eyni zamanda, bu Oyunlar bütün
İslam ölkələrinin nümayəndələrini bir
araya gətirərək
əsl həmrəylik
bayramı oldu, əsl dostluq və qardaşlıq təntənəsinə çevrildi.
2017-ci ildə təkcə
Azərbaycan üçün
yox, bütün region
üçün çox
vacib irimiqyaslı layihələr həyata keçirildi. Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmir
yolu istifadəyə verildi, “Əsrin kontraktı”nın 2050-ci
ilə qədər davam edəcək ikinci mərhələsinə
imza atıldı. Digər sahələrdə işlər
davam edir. Biz qarşımızdakı məsələləri
ardıcıl olaraq həll edirik, problemləri aradan
qaldırırıq. Ölkəmizdə yeni məktəblərin,
uşaq bağçalarının tikintisi və təmiri
davam edir, uşaqların ən yüksək səviyyədə
təhsil alması üçün bütün şəraitlər
yaradılıb. Bakı şəhərimiz gündən-günə
gözəlləşir. Regionlarımız gözəlləşir,
yeni yollar salınır, ölkəmiz abadlaşır.
Mən
ümidvaram ki, 2017-ci il sizin həyatınızda xoş
anlarla, sevinc dolu hadisələrlə qalacaq. Ümidvaram ki, bu
il sizin üçün uğurlu il idi. Mən sizin hər
birinizə 2018-ci ildə möhkəm
cansağlığı, uğurlar, xoşbəxtlik
arzulayıram. Arzulayıram ki, bizim balalarımız
savadlı, bilikli, tərbiyəli böyüsün.
Arzulayıram ki, onlar öz dostları, yaxınları, ətraflarındakı
insanlar ilə xoş niyyətlə, hörmətlə
davransınlar. Qoy, sizin yolunuz açıq, ürəyiniz
işıqla dolu olsun! Mən sizin hər birinizi
qarşıdan gələn Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibətilə
ürəkdən təbrik edirəm.
Əziz
uşaqlar, onu da bilməlisiniz ki, bu bayram şənliyinin
hazırlanmasında bir çox insanın əməyi var.
Artıq 10 ildən çoxdur ki, bizim məşhur sənət
adamlarımız, musiqiçilərimiz, artistlərimiz, sizinlə
bərabər burada, bu gözəl “Buta” sarayında Yeni ili
qeyd edirlər, sizin üçün çox gözəl,
şən ab-hava yaradırlar. Gəlin bu gözəl,
qayğıkeş insanları birlikdə alqışlayaq və
onlara öz minnətdarlığımızı bildirək.
Sizin hər
birinizi bir daha ürəkdən təbrik edirəm, sizə
cansağlığı, xoşbəxtlik, ölkəmizə əmin-amanlıq
və sülh arzulayıram. Qoy, Allah hər birinizi və
ölkəmizi hər zaman qorusun! Çox sağ olun.
Iki sahil.- 2017