Çiyələyin 10
inanılmaz faydası
Çiyələk
Asiya ölkələrində meyvələrin şahı hesab
olunur. Ürək formasında olan bu meyvənin öz spesifik
şirinliyi və ləzzətli dadı ilə yanaşı,
inanılmaz faydaları da var. Eyni zamanda çiyələk
enerji meyvəsi də hesab olunur. Çiyələyin 10
faydası ilə tanış olun:
1. Artıq yağları əridir
Çiyələyin
tərkibindəki antosiyanin adlı qırmızı rəngli
qarışıq maddələr insanın orqanizmindəki
artıq yağlardan azad olmasına kömək edir. “Agriculture
and Food Chemistry” jurnalında tərkibində antosiyanin maddəsi
olan qida qəbulundan sonra ağır çəkili
heyvanların çəkisində 24% azalma müşahidə
olunduğu qeyd edilib.
2. Yaddaşı gücləndirir
Çiyələyin
tərkibindəki antosiyanin, həmçinin 8 həftə ərzində
yaddaşın 100% güclənməsinə kömək edir.
3. Daha az kalori
1 fincan
çiyələkdə cəmi 54 kalori olur.
4. İltihabı azaldır
Çiyələk
qanda iltihab nəticəsində artan C-reaktiv zülalın
azalmasına kömək edir.
Qeyd edək
ki, orqanizmdə iltihabi prosesin olub-olmamasını C-reaktiv
zülalın miqdarına müvafiq olaraq təyin etmək
mümkündür. Harvard məktəbinin apardığı
araşdırmalara görə, gündə 16 və ya daha
çox çiyələk yeyən qadınların
qanında C-reaktiv zülalın 14 % azalmasına səbəb
olur.
5. Ürək-damar xəstəliklərini
azaldır
Çiyələyin
tərkibindəki rəng və dadı təşkil edən flavonidlər
ürək-damar xəstəlikləri ilə mübarizə
aparmaqla bu xəstəliyə yoluxma riskini azaldır.
6. Sümükləri möhkəmləndirir
Çiyələk
sümükləri qidalandıran kalium, K vitamini və
maqneziumla zəngindir.
7. Qida borusu xərçəngindən
qoruyur
Araşdırmalar
göstərir ki, dondurulmuş və ya qurudulmuş çiyələk
tozu qida borusu xərçəngindən qoruyur.
8. Erkən yaşlanmanın
qarşısını alır
Tərkibinin
B vitamin kompleksi ilə zəngin olması saç və
dırnaqların sağlam uzanmasına kömək edir.
Çiyələkdəki antioksidant ellagik turşu dərini
daha elastik edərək erkən yaşlanmanın
qarşısını alır.
9. Çəkini azaldır
Tərkibində
çəkinin azalmasında böyük rolu olan və qan
dövranını, oksigeni bərpa edən mürəkkəb
nitrat var.
10. Gözlərə faydalıdır
Tibbin
oftalmologiya sahəsi də sübut edir ki, gündə
çox çiyələk yemək makula degenerasiyası
riskini azaltmaqla yanaşı, zəif görmənin
qarşını alır.
Leyla Şıxəliyeva
İki sahil.- 2017.- 2 fevral.- S.16.