Azərbaycan gənci müstəqil
dövlətimizin fəal qurucusu
olmalıdır
Gənclər Günü MDB məkanında və Şərqi
Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd
olunub
Bu gün Azərbaycan gəncliyi
ictimai həyatın bütün sahələrində öz
intellekti və fəallığı
ilə seçilir. Respublikada bütün istiqamətlər
üzrə fəaliyyət göstərən gənc nəslin
inkişafı üçün
yaradılan geniş imkanlar
onları hal-hazırda cəmiyyətin aparıcı qüvvəsinə
çevirib. Ötən əsrlə
müqayisədə gənclərimizin beynəlxalq aləmə
inteqrasiyasında nəzərəçarpan dönüş
yaranıb. Əlbəttə, bu inkişaf dövlətimizin gəncliyə
göstərdiyi diqqət və qayğının nəticəsidir.
Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Bu inkişafın, tərəqqinin
təməlində ulu
öndər Heydər
Əliyevin düzgün
müəyyənləşdirdiyi siyasət və bu xəttin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi dayanır.
Hər bir tarixi gün keçilən yola bir
baxış keçirməyi zərurət kimi ortaya qoyur.
1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı
digər istiqamətlər
kimi gənclərə
diqqət və qayğı sahəsində
də yeni bir mərhələnin əsasını qoydu.
Müstəqil Azərbaycan
dövlətinin qurucusu
ulu öndər Heydər Əliyev gəncləri Azərbaycanın
gələcəyi kimi
dəyərləndirərək bildirirdi
ki, cəmiyyətin gələcək
tərəqqisi bir çox cəhətdən
indi gənclərimizə
nəyi və necə öyrətməyimizdən asılı
olacaq. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ictimai
həyatın bütün
sferalarında
aktiv fəaliyyəti
ilə seçilir, cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Təbii ki, dövlət gənclər
siyasəti dedikdə də gənclərin
öz bilik və bacarıqlarını
ortaya qoymaları, cəmiyyətdə
layiqli yer tutmaları üçün
dövlət tərəfindən həyata keçirilən tədbirlər
sistemi nəzərdə
tutulur. «Gənclər
siyasəti haqqında»
qanunda da bu məqsədlər öz
əksini tapıb. Kompleks tədbirlər gənclərin hərtərəfli
inkişafını yüksək
səviyyədə təmin
edir, gələcəyə
daha inamla baxmaları üçün stimulverici
amil rolunu oynayır.
Bu fakt inkaredilməzdir
ki, Azərbaycan dövlətinin
gənclər siyasətinin
formalaşmasında və
gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında
Ulu Öndərin təşəbbüsü və
iştirakı ilə
keçirilən
gənclərin I Forumunun
xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də keçirilən
bu forum ümummilli
lider Heydər Əliyevin gəncliklə
bağlı strategiyasının
ilk təntənəsi kimi
dəyərləndirildi. 1997-ci
ildə ümummilli lider Heydər Əliyevin sərəncamı
əsasında I Forumun
keçirildiyi tarix - yəni 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Sonrakı illərdə Azərbaycan
gənclərinin forumlarının
keçirilməsi gənclərimizin
fəaliyyət istiqamətlərinin
genişləndirilməsində əhəmiyyətli rol oynadı.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
gənclər siyasəti
bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Azərbaycanda dövlət
gənclər siyasətini
daha da inkişaf
etdirmək, gəncləri
dövlət idarəciliyində
irəli çəkmək
və s. kimi məsələlərə
xüsusi önəm verən Prezident İlham Əliyevin imzaladığı
fərman və sərəncamlar gəncliyin
inkişafına böyük
dəstəkdir. İmzalanan Dövlət Proqramlarında da məqsəd gənc nəsildə vətənpərvərlik hissinin
artırılması, istedadlı
gənclərin aşkar
edilməsi,
gənclərin sahibkarlıq
fəaliyyətinin dəstəklənməsi,
bazar iqtisadiyyatının
əsaslarına dair biliklərə yiyələnməsi,
peşə hazırlığının
yüksəldilməsi və
məşğulluğunun təmin
edilməsi, sosial müdafiəyə ehtiyacı
olan gənclərin, o
cümlədən gənc
ailələrin problemlərinin
həllinə köməklik
göstərilməsi, gənclərin
sağlamlığının qorunması, gənclərin
beynəlxalq əməkdaşlığı
sahəsində layihələrin
həyata keçirilməsi
və s.-dir.
Azərbaycan gənclər ölkəsidir. Bir əsas məqamı da qeyd etməliyik
ki,
gənclər ulu
öndər Heydər
Əliyevin yaradıcısı
olduğu Yeni Azərbaycan Partiyasının
sıralarında da böyük çoxluq təşkil edirlər. 700 minə yaxın üzvü
olan partiyanın üzvlərinin
40 faizi gənclərdir.
Yeni Azərbaycan Partiyası gənclərin ictimai siyasi fəallığının
artırılması, asudə
vaxtlarının səmərəli
təşkili, beynəlxalq
əlaqələrin genişlənməsi,
ümumiyyətlə ayrı-ayrı
sahələr üzrə
layihələrin həyata
keçirilməsinə xüsusi
diqqət yetirir.
Gənclərə diqqət və qayğı davamlıdır.
Azərbaycan gəncliyi Dövlət
Proqramı həyata keçirilir. Bu reallıq
hər zaman önə çəkilir
ki, qloballaşmanın vüsət
aldığı
və informasiya cəmiyyətinin sürətlə
formalaşdığı hazırkı mərhələ Azərbaycanda sosial-iqtisadi, elmi-mədəni, təhsil
və digər sahələrdə gənclərin
daha fəal iştirakını təmin
etmək istiqamətində
aparılan işlərin
yeni səviyyəyə
yüksəldilməsi əsas
tələbdir.
Məhz buna görə də cəmiyyətin maraqlarının
təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə
davamlılıq qabiliyyətinin
artırılması üçün
gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır. Dövlət Proqramlarında bu vacib məqam hər zaman vurğulanır. O da məlumdur ki, ölkə Prezidentinin 19 dekabr 2011-ci il tarixli fərmanı əsasında Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradılıb, 2 iyul
2013-cü il tarixli fərmanı ilə «Gənclər üçün Prezident Mükafatı» təsis edilib. Təbii ki, məqsəd
gənclərin malik olduğu potensialdan səmərəli istifadə
etməkdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının sədri,
IDEA kampaniyasının rəhbəri
Leyla xanım Əliyevanın fəaliyyəti
gənclərimiz üçün
örnəkdir. Onun Azərbaycan həqiqətlərinin
təbliğində əhəmiyyətli
rolunu xüsusi vurğulamaq lazımdır.
RAGT Azərbaycan həqiqətlərinin Rusiya
və dünya ictimaiyyətinə çatdırılmasında
xüsusi fəaliyyət
göstərir. Təşkilatın
məqsədi Azərbaycan
mədəni irsinin Azərbaycan milli-mədəni
dəyərlərinin qorunması,
sosial, bədii, təhsil təşəbbüsləri,
Azərbaycan gənclərinin
dəstəklənməsi, Azərbaycan gənclərinin
inkişafının təbliği,
Rusiya cəmiyyətinin
mədəni həyatında
Azərbaycan gənclərinin
daha yaxşı inteqrasiyası, təhsilin
inkişaf etdirilməsi,
ailə və cəmiyyətin mənəvi
və əxlaqi əsasları qorumaq və möhkəmləndirmək,
dostluq, etimad və xalqlar arasında anlaşmanın
təşviqidir.
Ümumiyyətlə, gənclərimizin hər sahədə uğurları
diqqət çəkəndir. Beynəlxalq
yarışlarda Azərbaycanın
bayrağını yüksəklərə
qaldıran gənclərimiz
bir daha təsdiqləyirlər ki,
Azərbaycan kimi qüdrətli, zəngin ölkənin vətəndaşı
olmaqdan qürur duyur, birliyimiz, həmrəyliyimiz sarsılmazdır.
Göstərilən etimadı
qiymətləndirmək, etimada sədaqətlə
xidmət etmək gərəkdir.
Günel Eyyubova
İki sahil.- 2017.- 2 fevral.- S.6.