Cocuq Mərcanlı kəndinin bərpası
Ermənistana ciddi
mesajdır...
Müsahibimiz Milli Məclisin
deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı İcması” İctimai
Birliyinin üzvü Elman Məmmədovdur
- Yanvarın 24-də ölkə
Prezidenti İlham Əliyev “İşğaldan azad edilmiş Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə
bağlı” Sərəncam imzaladı. Artıq kəndin
sakinləri öz əzəli torpaqlarında yaşamaq
üçün müraciət ediblər. Bu barədə
fikirlərinizi bilmək istərdik...
-
İşğal olunmuş torpaqlara qayıdış məsələsi
ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən
sonra baş verdi. Xatırladım ki, Cocuq Mərcanlı kəndi
1993-cü ildə işğal olunsa da, 1994-cü ildə həyata
keçirilən “Horadiz əməliyyatı” nəticəsində
erməni işğalından azad edilib. İndiyə qədər
kənddə yalnız bir ailə yaşayır. 2016-cı ilin
aprel savaşında Lələtəpə yüksəkliyi erməni
işğalından azad ediləndən sonra Cocuq Mərcanlıya
təhlükə də aradan qalxdı. Prezident İlham
Əliyev əksər çıxışlarında dəfələrlə
işğal altındakı torpaqlarımızın azad ediləcəyini,
qaçqın və məcburi köçkünlərimizin
doğma yurdlarına qayıdacaqlarını ifadə edib.
Hazırda dövlət başçısı tərəfindən
atılan addımlar, verilən qərarlar həmin
dövrün başlandığına işarə edir.
Qaçqın və məcburi köçkünlərin
sosial müdafiəsinin gücləndirilməsi hər zaman
Ümummilli Liderin apardığı siyasətin əsas xətlərindən
biri idi. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin
daxili və xarici siyasətini uğurla, yüksək səviyyədə
davam etdirir. Bu günlərdə qaçqın və məcburi
köçkünlərin sosial müdafiəsi ilə bağlı
cənab Prezident tərəfindən imzalanmış sərəncamları
bunun bariz nümunəsidir. Cəbrayıl rayonunun
işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində
50 yaşayış evinin tikilməsi, infrastrukturun bərpa
olunması, orada yaşayış üçün lazım
olan tədbirlərin görülməsi haqqında imzalanan Sərəncam
bir daha göstərir ki, Azərbaycan ərazi
bütövlüyünün bərpası işində hər
zaman maraqlıdır. Bunun üçün bütün
lazımi tədbirlər görülür və görüləcəkdir.
- Deyə bilərikmi,
işğaldan azad olunmuş torpaqlarda təmir bərpa işlərinin
aparılmasına gedən yol aprel döyüşlərindən
başladı?
-Əlbəttə.
Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum
hərbi əməliyyatı nəticəsində Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz
yaşaması artıq mümkün olub. Bununla da tarixən
burada yaşamış dinc əhalinin öz doğma
yurdlarına qayıtması üçün Azərbaycan
Silahlı Qüvvələrinin tam nəzarətinə
keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma
işlərinin başlanmasına şərait yaranıb.
Çünki əvvəllər bu kənd üçün
mövcud olan təhlükə artıq sovuşub. Bu gün məcburi
köçkünlərimiz də öz ata-baba torpaqlarında
sərbəst yaşaya biləcəklər. Ora elə bir
strateji mövqedir ki, bunun nəticəsində bu gün Azərbaycan
Ordusu neçə min hektarlarla ərazini nəzarətdə
saxlaya bilir. Uzun illərdir Cocuq Mərcanlıda yüksək vətənpərvərlik
hissləri olan Həziyevlər ailəsi yaşayırdı.
Artıq həmin ərazidə yaşamaq tam təhlükəsiz
olduğuna görə cənab Prezidentimiz müvafiq Sərəncam
imzaladı və əhalimizin həmin ərazilərə
qayıdışı təmin edildi. İşğaldan əvvəl
kənddə 400 ailə yaşayıb və artıq 190 ailə
kəndə köçmək üçün ərizə
ilə müraciət edib. Müraciət edən 190 ailənin
50-si yaxın zamanlarda öz yurd-yuvalarına köçürüləcək.
Təbii ki, proses sonra da davam etdiriləcək.
- Hesab edirsiniz ki, işğaldan
azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin
bərpası Ermənistana çox ciddi bir mesajdır?
-
Əlbəttə, bununla Ermənistana bir daha açıq
şəkildə bəyan edilir ki, Azərbaycan işğal
altında olan torpaqlarının azad edilməsi mövqeyindən
heç bir zaman geri çəkilməyəcək. Azərbaycan
bundan sonra da bütün səylərini torpaqlarının erməni
işğalından azad olunmasına, həmin ərazilərdə
əhalisinin məskunlaşmasına və vətəndaşlarının
təhlükəsizliyinin təmininə yönəldəcək.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə
bağlı tədbirlər haqqında imzaladığı Sərəncam
son dərəcə mühüm tarixi bir sənəddir. Bu Sərəncamla
Azərbaycan işğaldakı torpaqlarını azad etmək
uğrunda əzmini göstərir. Torpaqlar işğaldan azad
edildikdən sonra həmin ərazilərin infrastrukturunun yenilənəcəyi,
vətəndaşlarımız üçün evlərin
tikiləcəyi, normal yaşayışın təmin ediləcəyi
ilə bağlı hər zaman deyilmiş fikirlər artıq
öz təsdiqini tapır. Bu, ilk növbədə Azərbaycan
dövlətinin inkişafının, ölkə rəhbərliyinin
xalq qarşısında götürdüyü öhdəlikləri
məsuliyyətlə yerinə yetirməsinin nəticəsidir.
Azad olunmuş kəndlərimizdə əhalinin məskunlaşması,
iş yerlərinin yaradılması, Azərbaycan bazarında kənd
təsərrüfatı məhsullarının daha da
çoxalması, ölkə əhalisinin sosial vəziyyətinin
yaxşılaşdırılması üçün
atılan addımdır.
- Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
real vəziyyət bizə nə vəd edir?
-Burada bir neçə
məqam var. Birincisi, Azərbaycan 90-cı illərin
Azərbaycanı deyil.
Azərbaycan regionun lider
dövlətidir. Bu gün dünyada güclü ordular sırasında özünəməxsus
yeri var. Düşmən
Ermənistan və havadarları yaxşı bilirlər ki, Azərbaycan öz torpasqlarını hərbi
yolla azad etmək iqtidarındadır.
İkinci tərəfdən, işğalçının himayədarları
hər an Azərbvaycanı
hərb yolu tətbiq etməkdən çəkindirməyə çalışırlar.
Onlar bildirirlər ki, bu, ancaq sülh
yolu ilə həll olunmalıdır.
Azərbaycan buna etiraz etmir. Biz də
məsələnin sülh
yolu ilə həll olunmasının tərəfdarıyıq. Beynəlxalq təşkilatlardan da istəyimiz budur. Amma bu günə qədər hər hansı bir beynəlxalq təşkilat
tərəfindən Ermənistana
sanskiyalar tətbiq olunduğunu görməmişik.
Əksinə, Ermənistana silah,
sursat, pul yardımı edirlər.
Dünya
artıq beynəlxalq hüquq normaları ilə idarə olunmur. Bizim ordumuz bu gün Ermənistandan da güclüdür.
Onda gərək Ermənistan ərazisini işğal edək. Azərbaycanı buna təhrik
edirlər.
- Xocalı soyqrımının beynəlxlaq
aləmdə tanıdılması
istiqamətində görülən
işlər hansı səviyyədədir?
- Xocalı soyqrımına beynəlxalq səviyyədə
qiymət verilməsi istiqamətində Azərbaycanda
çoxşaxəli işlər
görülür. Azərbaycanın yeritdiyi məqsədyönlü
siyasət nəticəsində
artıq dünya birliyi Ermənistan silahlı qüvvələrinin
Xocalıda törətdikləri
soyqırımı barədə
tam məlumatlıdır. Xocalı soyqırımının dünyaya
çatdırılması ilə əlaqədar Heydər Əliyev Fondu xüsusi layihələr həyata keçirir. Heydər
Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatı
Gənclər Forumunun
mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi
Leyla xanım Əliyevanın təşəbbüsü
ilə 2008-ci il mayın 8-dən başladılmış
“Xocalıya ədalət”
beynəlxalq kampaniyası
Xocalı soyqırımı
haqqında həqiqətin
dünyaya çatdırılması,
bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı
aktı kimi tanınması istiqamətində
atılan böyük
bir addımdır. Həmin kampaniya çərçivəsində hər il
yüzdən çox
ölkədə genişmiqyaslı
tədbirlər həyata
keçirilir. Xocalıda ermənilərin
törətdikləri soyqırımının
beynəlxalq səviyyədə
tanınması uğrunda
başladığımız kampaniya son illər bir sıra dövlətlər
tərəfindən dəstəklənib.
Eləcə də bir sıra ölkələrin
qanunverici orqanları Xocalı soyqırımını
tanıyıb. Bu dəstək bizi ədalət uğrunda mübarizəni davam etdirməyə sövq edir. ABŞ-ın
15-dən çox ştatı,
həmçinin Meksika,
Pakistan və s. kimi ölkələr dünyada
erməni diasporlarının,
erməni təbliğatının
müqaviməti qarşısında
Xocalı soyqırımını
tanıyıbsa, bu, artıq uğurdur.
- Ölkəmizdə qaçqın
və məcburi köçkünlər yüksək
dövlət qayğısı
ilə əhatə olunublar. Prezident İlham Əliyev
dövlət büdcəsindən
məcburi köçkünlərin
və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün
ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi məqsədi ilə Fərman imzaladı.
Bu barədə fikirləriniz?
- Ölkəmizdə
qaçqınların və
məcburi köçkünlərin
problemlərinin həllinə
göstərilən dövlət
dəstəyi xüsusilə
diqqətəlayiqdir. Dövlətimizin başçısının həyata
keçirdiyi sosial siyasətin əsasında
hər bir vətəndaşın layiqli
həyat şəraitinin
təmin edilməsi prinsipi dayanır. Sözügedən Fərmanla məcburi
köçkünlərə dövlət tərəfindən
ayrılan vəsait heç bir təşkilatlararası köçürmələrə,
yazışmalara getmədən
birbaşa məcburi köçkünün kartına
yüklənəcək. Bu ilin yanvarına
qədər məcburi
köçkünlərin kartına
20 manat müavinət
köçürülürdü və onlar da
nağd şəkildə
həmin pulu alırdılar. Ancaq qalan
kommunal xərcləri
təşkilatlar arasında
hesablaşırdı. Yəni, büdcədən ayrılan
vəsait Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsinin hesabına
köçürülürdü. Komitə də məcburi köçkünlərin siyahısı
üzrə həmin vəsaiti müvafiq təşkilatların, misal
üçün “Azəriqaz”,
“Azərişıq”, “Azərsu”nun
hesabına köçürürdü.
Fərmandan irəli gələrək
bu pula artıq heç kimin müdaxiləsi olmayacaq.
Məqsəd də bundan
ibarətdir ki, hər bir ailə
biləcək ki, onun büdcəsinə kommunal xərclərin ödənməsi üçün
nə qədər vəsait daxil olub, bunun müqabilində
də nə qədər kommunal xərcə yol verəcək. Fərmanın digər əhəmiyyəti
vəsaitlərin düzgün
idarə edilməsidir.
Artıq
həmin şəxslər
həmin pulu necə xərcləyəcəklərini
özləri biləcəklər.
Şəmsiyyə Əliqızı,
Şəfiqə Dadaşova
İki sahil.- 2017.- 3 fevral.- S.12.