Təbiət möcüzələrlə zəngindir

 

Elmin, texnologiyanın inkişaf etmədiyi zamanlarda  bitkilər vasitəsilə bir çox xəstəliklərin müalicəsini tapıblar. Təbiətin bizə bəxş etdiyi saysız möcüzələrdən biri məhz qoz meyvəsidir. Qozun faydalarını saymaqla bitməz. Qozun meyvəsi kimi, yarpağının da inanılmaz faydaları var. Ondan  bir çox xəstəliklərin müalicəsində istifadə edilir.

Qoz yarpağının faydaları          

- Qüvvətləndirici (tonik) təsir

- Bağırsaq qurdlarını soxulcanlarını tökücü (antihelmintik) təsir

Qoz ağacının yarpağından dəmlənən yarpaq çayı həzm sistemi üçün olduqca faydalıdır. Həzm pozulan zaman, qəbizliyə, iştahsızlığa qarşı olduqca təsirli olan bu çay, qan təmizləyici vəzifəsini icra etməkdədir. Sarılıq müalicəsində , qoz yarpağı çayından istifadə edilir. Bəhs edilən yarpaq çayı iştahı da açır eyni zamanda qanda şəkərin miqdarını aşağı salır. Bədənin müqavimət qabiliyyətini qüvvətləndirir. Qoz yarpağının çayı dəri xəstəliklərində antiseptik olaraq xaricdən istifadə edilir. Qoz yarpağının qaynadılması ilə əldə edilən duş qatqısı, demək olar ki, bütün sifilis, ekzema, uçuq raşitik xəstəliklərinin müalicəsində istifadə edilir. Sümük çürüməsinə, sümük aşınmasına bunlara əlavə olaraq iltihablı əl ayaq dırnaqlarına qarşı istifadə edilən bu qatqı olduqca təsirlidir. Bunlardan əlavə, favus qotur  xəstəliklərində orqanizmin xəstə nahiyələrinin təzə qoz yarpağının qaynamış suyu ilə yuyulması nəticəsində bu nahiyələrdə sağalma baş verir. Qaynamış qoz yarpağının suyu ilə edilən yuma  yetişmiş sızanaqlarına, iltihablı ekzema xəstəliklərinə, olduqca yaxşı təsir göstərir. Qoz yarpağının suyu ilə ağız boşluğunun iltihabı, diş əti çətinlikləri, boğaz qırtlaq xəstəlikləri zamanı qarqara da edilə bilər.

Qoz yarpağının qaynama suyunu sürətlə tökülən saçlara ovaraq tətbiq etdikdə nəticəsi inanılmaz dərəcədə olur. Bu yolla hətta saça düşən biti təmizləmək olar.

Qoz yarpağının çayı

Yarım ya bir çay qaşığı incə qıyılmış yarpaq bir stəkan suda qaynadılır, 4-5 dəqiqə ərzində dəmlənir süzülür. Gün ərzində bir ya iki stəkan içilir.

 

Röya Şahbazi,

 

İki sahil.- 2017.- 7 fevral.- S.16.