Erməni faşizminin qurbanları unudulmayacaq!

 

İnsanların kütləvi qətliamı ilə nəticələnən  soyqırımlar çox olub.  Belarus üçün  Xatın,  çexiyalı üçün Lidşte,  polyak üçün Treblinka dərəcədə  unudulmazdırsa  Xocalı  soyqırımı da  50 milyondan artıq azərbaycanlı üçün  tariximizin qanla yazılan səhifəsidir. Kütləvi insan qırğını ilə nəticələnən  Xirosima, Naqasaki, Ruanda, Nigeriya... Siyahını artırmaq da olar.  Bir neçə on il əvvələ təsadüf edən,  bəşər sivilizasiyasının kədərlə xatırladığı,  insan qanını donduran bu hadisələr müxtəlif  zamanlara  təsadüf etsə   məntiqi nəticəsi birdir. Amma onların içərisində Xocalı  soyqırımı xarakteri   qəddarlığı ilə  fərqlənir.

...İdeoloji, “soyuq müharibə”nin davam etdiyi dövrdə sovet imperiyasının dağıdılması üçün  zəif həlqə axtaran,  kommunizmi utopiya hesab edən Qərb  millətlərarası ziddiyyətlərdən yararlanmaqla sosialist üsul- idarəsini tarixin arxivinə göndərmək planını   erməni kartındanistifadə etməklə reallaşdırdı.   Tarixən güclü dövlətlərin əlində oyuncağa çevrilən ermənilərin daha sıx yaşadıqları bölgələrdə  millətlərarası nifaq  yaratmaq planları hazırlandı. Erməni ideoloqları Aqanbekyan, Silva Kaputikyan, Zori Balayan kimi  daşnak tör-töküntülərinin təbliğat maşını işə salındı.   Dağlıq Qarabağ münaqişəsi  imperiyanın süqutu  üçün ən zəif həlqə kimi müəyyənləşdirildi.

Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün Kremlin, SSRİ DTK-sının xeyir-duasını alan  ermənilərin  başçılığı ilə  Sumqayıtda  təxribat törədildi.  Hadisəni törədənlər ermənilər olsa da  maddi,  mənəvi zərər çəkən, cinayət məsuliyyətinə cəlb edilən azərbaycanlılar hesab edildilər.

Xocalı faciəsiniSumqayıt hadisələri”nə cavab kimi təqdim edən daşnakların illərdən bəri hazırladıqları planlara uyğun ssenariləri reallaşdırmaq üçün Dağlıq Qarabağ münaqişəsi  açar oldu.

Xankəndidə başlanan   daşnak siyasətinə, ideyalarına xidmət edən, Vardenisdə, Qukarkda, Qacaranda, Qafanda, Gorusda,  Alaverdidə törədilmiş qanlı aksiyalar 250 mindən artıq soydaşımızın doğma yurdu olan Qərbi Azərbaycanı son nəfərinə qədər  tərk etməsi ilə nəticələndi.

Xalqların müstəqillik uğrunda mübarizəsini silah gücü ilə yatırmaqda zəngin təcrübəyə malik imperiya tarixi vərdişlərini təkrarlayaraq bir daha erməni xəyanətindən yararlandığı kimi, ermənilər   yaranan imkandan bacarıqla istifadə etdilər. Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ, ona yaxın ərazidə yerləşən 7 rayon  işğal edildi. Bir  milyondan artıq soydaşımız  evlərindən didərgin, qaçqın düşdü. Hadisələr zamanı minlərlə  soydaşımız  qətlə yetirildi, 10 minlərlə günahsız azərbaycanlı  şikəst oldu, yaralandı. İnsanlara dövlətə xeyli  maddi-mənəvi   zərər vuruldu.  Dağlıq Qarabağda, həmçinin Ağdamda,  Kəlbəcərdə,  Laçında, Füzulidə, Cəbrayılda, Qubadlıda,  Zəngilanda qətlə yetirilən soydaşlarımızın sayı artdıqca havadarlarına arxayınlaşan ermənilərin  qana hərisliyi   şiddətləndi. Keçmiş SSRİ-nin 366-cı alayı ilə birgə keçirdikləri  hərbi əməliyyatlar nəticəsində  Xocalını yerlə-yeksan edən ermənilər tarixdə görünməyən vəhşiliyə imza atdılar.

26 fevral 1992-ci ildə  yer üzündən silinən bu şəhərin  106 nəfəri qadın, 63 nəfəri uşaq,  70 nəfəri  ahıl olmaqla 613 sakini  qətlə  yetirildi, 487 nəfər şikəst oldu, 1275 nəfər ermənilər tərəfindən əsir götürüldü, təhqirlərə məruz qaldılar. Onların 150 nəfərinin taleyi barədə  bu günədək  xəbər yoxdur. 24 uşaq hər iki valideynini itirmiş, 130 körpə isə bir valideynindən məhrum olmuşdur.  Soyqırımı qurbanlarından 56 nəfəri  amansız  vəhşiliklə qətlə yetirilmişlər.

Dünya siyasətinin  gündəmində  illərdən bəri aktuallığını saxlayan Suriya,  İraq hadisələri ilə bağlı Londonda,  Astanada  müzakirələr aparıb prosesləri  öz maraqlarına uyğun dəyərləndirən qüdrətli dövlətlər o zaman Azərbaycanın haqq səsini eşitmədilər.  Soyqırıma məruz qalan Azərbaycanın  deyil, Ermənistanın yanında oldular.

Dünyanı idarə edən güclər susur,  bir gecədə  dağıdılan Xocalıda baş verənlərə biganəlik göstərirdilər. O dövrdə  hakimiyyətdə olan, Kremlin əmrlərini sözsüz yerinə yetirən  iqtidar isə   Xocalıda  cəmi  2 nəfər öldürülübkimi məlumatlar verərək xalqı aldatdı. Halbuki  o günlərdə  Xocalıda  ermənilər tərəfindən qətlə yetirilmiş, tanınmaz hala salınmış,  cəsədləri təhqir  olunmuş insanların qana bələnmiş meyitləri  maşınlarla yaxın ərazilərə daşınırdı.

Xocalı faciəsinin  soyqırımı kimi tanınması yalnız ümummilli lider Heydər Əliyevin xidmətləri sayəsində mümkün oldu.

Ötən əsrdə ermənilərin  azərbaycanlılara qarşı yönəlmiş soyqırımına ilk siyasi qiyməti 26 mart 1998-ci ildə (1918-ci il  mart hadisələrinin 80-ci ildönümü ərəfəsində) imzaladığı Fərmanla verən ümummilli lider Heydər Əliyev daha bir tarixi missiyanı yerinə yetirdi. Xocalı  soyqırımına ilk dəfə siyasi hüquqi qiymət verən, bu qətliamın bəşəriyyətə qarşı törədilən cinayət olduğunu  vurğulayan ümummilli lider Heydər Əliyev  bildirirdi ki,  ermənilər təkcə  Azərbaycanın torpaqlarına göz dikməmiş, xalqımıza qarşı soyqırımı törətmişlər.

Prezident İlham Əliyevin səyi, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində artıq dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın idarə olunan siyasətinin əsasında  terrorçuluq   işğalçılıq siyasəti dayanır.  Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə  beynəlxalq səviyyədə aparılan ideoloji təbliğatın əsas prioritetləri Dağlıq Qarabağ haqqında həqiqətləri, Xocalı soyqırımının dəhşətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.

57 ölkənin  gənclər təşkilatlarını birləşdirən  İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İdarə Heyətinin sessiyasında qurumun mədəniyyətlərarası   sivilizasiyalararası dialoq məsələləri üzrə  Baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış, bütün dünya birliyi tərəfindən dəstəklənən  Xocalıya  ədalət  kampaniyasını genişləndirməkdə məqsəd  ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə həqiqətləri  dünya ictimaiyyətinə çatdırmaqdır.

 Xocalı soyqırımının ildönümü münasibətilə Avropa Qərb dövlətlərində keçirilən aksiyaların, faciəni tanıyan dövlətlərin sayının artması,  Xocalı faciəsinin İsveçdə yaradılmış virtual aləmdə geniş təbliğ olunanBeynəlxalq  Müharibə Qurbanları Memorialı”na daxil olunması da  Azərbaycana dəstək kampaniyasının nümunəsidir.  Ötən illərdə İstanbulun Taksim meydanında  Xocalı qurbanlarının  xatirəsinə  həsr olunmuş aksiyalarda  1 milyondan artıq  insanın iştirakı, evin rəsmi internet səhifəsinin  “Biz xalqıqbölməsində yerləşdirilənXocalı soyqırımının tanınması  Dağlıq Qarabağ münaqişəsi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalının tanınmasıilə bağlı  yerləşdirilən petisiyada tələb olunan imzaların toplanması  Azərbaycanla həmrəylik nümunəsi olmaqla  insanlığa  qarşı törədilən bütün qətliamların pislənilməsi demək idi. Xocalı qətliamını  BMT-nin Soyqırımı Cinayətlərinin Qarşısının Alınması Cəzalandırılması haqqında Konvensiyası ilə birlikdə bir çox beynəlxalq təşkilatların Nizamnamə  bəyannamələri təsdiq edir.

 

Xuraman İsmayılqızı,

 

İki sahil. - 2017.- 8 fevral.- S.12.