Qəhvənin insan orqanizminə
faydaları
Tropik isti iqlimlərdə yetişən qəhvə
ağacı əkildikdən
3 il sonra
meyvə verməyə
başlayır və
30 il fasiləsiz meyvə verir. Dünyada qəhvə istehsalında
Braziliya öndə olsa da, onun
ardından Vietnam və
Kolumbiya gəlir.
Bu gün artıq
qəhvə dünyada
neftdən sonra ən böyük ticarət qolunu təşkil edir.
Qəhvənin sağlamlığa faydaları
Bir stəkan qəhvə baş ağrısına ,qaraciyər və mədə narahatlıqlarına yaxşı
təsir edir. Tərkibində olan antioksid
maddələrlə xərçəng
hüceyrələrinin yayılmasının
qarşısını alır.
Sinir sistemini xəbərdar edərək bədənə
qüvvət və enerji verir. Öd daşlarının əmələ
gəlməsini böyük
nisbətdə əngəlləyir.
Son araşdırmalar nəticəsində qəhvənin
selüloitləri aradan
qaldırdığı ortaya
çıxmışdır. Hamiləlik dövründə isə
300 mq-dan çox qəhvə içmək
ana bətnindəki körpəyə zərər
verdiyi mövzusunda mütəxəssislər həmfikirdir.
Zehinə faydaları:
Qəhvə zehnin oyaq qalmasını
təmin edir. Zehnin müqavimətli
və oyanıq olmasına köməkçi
olur. Eyni zamanda, hər
səhər içilən
bir fincan qəhvə günə daha gümrah və enerjili başlamaq imkanı verir. Stresi yox edir və qan təzyiqini
yüksəldir.
Arıqlamağa kömək edir:
Qəhvənin tərkibindəki kafein artıq yağların əriməsi üçün
ideal bir maddədir. Mövzu ilə
bağlı aparılan
araşdırmalar nəticəsində
qəhvənin maddələr
mübadiləsini sürətləndirdiyi
məlum olmuşdur.
Fiziki performansı artırır:
Qəhvədə olan kafein bədəndəki yağ hüceyrələrini
hərəkətə gətirir.
Bu proses bədənin
müxtəlif yerlərinə
siqnallar göndərir
və nəticədə
qanda adrenalinin səviyyəsi artır. Bu vəziyyət sıx
fiziki efor üçün bədəni
hazır hala gətirmək üçün
faydalıdır. Bu xüsusiyyətinə
görə, idmançılar
məşqə başlamazdan
əvvəl qəhvədən
istifadə edirlər.
Alzheymer xəstəliyinin qarşısını
alır:
Alzheymer xəstəliyi dünyada ən çox yayılmış xəstəliklərdən
biridir. Bu xəstəlik
ümumiyyətlə 65 yaşdan
yuxarı insanlarda müşahidə edilir.
Təəssüf ki, bir müalicə metodu yoxdur. Ancaq bəlli başlanğıc
mərhələsindən təsbit
edilməsi nəticəsində
bəzi tədbirlər
görülə bilər.
Aparılan araşdırmalar
nəticəsində məlum
olub ki, qəhvə, sağlam qidalanma və idman kimi bəzi tədbirlər xəstəliyin qarşısını
alır.
Parkinson xəstəliyinə
tutulma riskini azaldır:
Parkinson xəstəliyi Alzheymerdən sonra dünya səviyyəsində
ən çox yayılan ikinci xəstəlikdir. Bu xəstəliyə
beynin dopamin istehsal edən neytronların ölümü
səbəb olur.
Alzheymer xəstəliyində
olduğu kimi bu xəstəliyin
də bəlli bir müalicəsi yoxdur. Bu xəstəlik
üzərində aparılan
araşdırmalar qəhvənin
ehtiva etdiyi kafeinin xəstəliyə
tutulma riskini azaltdığını göstərir.
Bəzi araşdırmalar
nəticəsində qəhvə
istifadə edən insanların, etməyənlərə
60% nisbətində Parkinson xəstəliyinə daha az tutulduğu
məlum olmuşdur.
Qaraciyərin sağlamlığını qoruyur:
Qaraciyər insan bədənində
ən əhəmiyyətli
orqanlardandır. Qaraciyər xəstəlikləri
arasında xüsusilə
keçmişdə müalicəsi
çətin olan serroz xəstəliyinə
çox tez-tez rast gəlirik.
Bununla əlaqəli aparılan araşdırmalar gündə
4 fincan qəhvə içənlərin qaraciyər
xəstəliklərinə, xüsusilə serroz xəstəliyinə
tutulma riskinin azaldığını göstərir.
Depressiya ilə mübarizəyə
kömək edir:
Depressiya həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə
azalmasına səbəb
olan ciddi bir ruhi pozuntulardır. ABŞ-da aparılan elmi araşdırmalar gündə 3-4 stəkan qəhvə istehlakının
depressiya ilə mübarizədə ciddi əhəmiyyət kəsb
etdiyini isbat etmişdir. Mütəmadi olaraq qəhvə
istehlakı depressiyaya
uğrama riskini 50% nisbətində azalda bilər.
Xərçəng xəstəliyindən qoruya bilər:
Qəhvə qaraciyər xərçəngi,
kolorektal xərçəngə
qarşı qoruyucu olaraq göstərilir. Elmi araşdırmalar qəhvə
içən insanların qaraciyər
xərçənginə tutulma
riskini 40% nisbətində
azaltdığını göstərir.
Kolorektal xərçənginə
tutulma riskini də 15%
nisbətində azaldır.
Ürəyin sağlamlığını qoruyur və infarkt riskini azaldır:
Ümumiyyətlə, kafeinin qan təzyiqini
artırdığı iddia
edilir. Bu, doğrudur, ancaq nizamlı
və az miqdarda qəhvə
istifadəsi buna səbəb olmaz. Lakin ciddi
qan təzyiqi problemi yaşayanlar qəhvədən istifadə etməsi
məsləhətdir. Bir çox
elmi araşdırmalar nəticəsində
məlum olub ki, qəhvə
içən insanlar, xüsusilə
qadınların ürək xəstəliklərinə tutulma riski içməyənlərlə
müqayisədə 20% azdır.
İki sahil.- 2017.- 9 fevral.- S.16.