Müalicəvi vasitə - zəncəfil

 

Zəncəfil həm müalicəvi vasitə, həm qidada istifadə olunan ədviyyatdır. Zəncəfil kökü bir sıra xəstəliklərin müalicəsində - soyuqdəymə, qrip, həzm problemi əzələ ağrılarında ən mükəmməl vasitə hesab olunur.

İki sahil” healthymuslim.com saytına istinadən xəbər verir ki, zəncəfil əsrlər boyu xalq təbabətində mədə ağrısı, ishal, artrit, baş ağrısı, ürək bulantısı s. xəstəliklərlə mübarizədə istifadə olunub. Ənənəvi tibbdə zəncəfil soyuqdəymə, qrip həzm sistemi xəstəliklərində istifadə olunan ən vacib ədviyyatdır. Zəncəfil, həmçinin sakitləşdirici mülayim spazmoltik təsir göstərərək mədə- bağırsaq traktını sakitləşdirə bilir. O, həmçinin karminativ ağrikəsici effektlərə malikdir.

İllahiyyatçı alim, təfsir fiqh elmlərinin mahir bilicisi İbn əl-QayyimTibb-i nebeviadlı vəsaitində zəncəfilin faydalarını qeyd etmişdir . Burada zəncəfilin göz xəstəlikləri yaddaş problemləri , ağciyər mədə xəstəliklərinin müalicəsində rolunun böyük olduğunu bildirib. Bugünkü dövrümüzdə aparılan araşdırmalar zəncəfilin antioksidant tərkibli, iltihab yaradan komponentlərin formalaşmasına mane olan terapevtik xüsusiyyətlərə malik ədviyyat olduğunu sübut edir. Qeyd edək ki, zəncəfilgingerols”, “shogaolszingeroneskimi güclü antioksidantlarla zəngindir. Bu antioksidantlar insan orqanizminin zərərli toksinlərdən azad olunmasına kömək edir. Məhz bu antiseptik tərkib qrip , soyuqdəymə bronxial infeksiyalar ilə mübarizədə insana yardımcı olur. Sözügedən bu qida iltihab əleyhinə güclü vasitə olmaqla yanaşı, xərçəng hüceyrələri ilə mübarizə apara bilir.

Çalışın təzə zəncəfili isti şorbalarda, kartof qızartmalarında istifadə edəsiniz.

 

İki sahil.- 2017.- 10 fevral.- S.16.