İslam həmrəyliyi ilidünyaya mühüm bir çağırışdır

 

   Müsahibimiz YAP İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyevanın www.yap.org.az saytına müsahibəsi

 

- Nurlana xanım, bu gün dünyada multikultural dəyərlərin təbliğində mühüm rol oynayan Azərbaycan tolerantlıq nümunəsi kimi tanınmaqla yanaşı, həm də İslam həmrəyliyinə fundamental töhfələr verir. Ölkəmizdə “Multikulturalizm ili”ndən sonra 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsini necə dəyərləndirirsiniz?

- Azərbaycan bu gün dünyada dinlər, mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviqində, həmçinin multikultural dəyərlərin təbliğ olunmasında mühüm rola malik olan ölkələrdən biri, bəlkə də, birincisidir. Şərqlə Qərbin qovuşuğunda yerləşən - müxtəlif xalqların mədəni, mənəvi inkişafında müstəsna rol oynayan Azərbaycanın tolerantlıq nümunəsi kimi tanınması təsadüfi xarakter daşımır. Azərbaycan bu zamana qədər bəşəriyyətin inkişafının müxtəlif mərhələlərində xalqların bir-biri ilə sülh və əmin-amanlıq şəraitində yaşamasının, bir-birinin dəyərlərinə hörmətlə yanaşmasının zəruriliyini dünyaya nümayiş etdirib. Ümumiyyətlə, hazırkı beynəlxalq şərait – ayrı-ayrı xalqların durumu, mövqe və yanaşması deməyə əsas verir ki, qarşılıqlı hörmətə, sülhə əsaslanan və mehriban münasibətləri özündə ehtiva edən multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir. Eyni zamanda, bununla xalqlar öz mədəniyyətləri və mənəvi dəyərlərini inteqrasiya etdirir, mövcud mədəni sərvətlər müasir dəyərlərlə sintez olunmuş formada dünya xalqlarına yeni dəyərlər kimi təqdim olunur. Müasir dövrdə multikulturalizmin əksinə olaraq özünütəcrid mövqeyi seçən xalqlar və dövlətlər nəinki inteqrasiya prosesindən kənarda qalırlar, eyni zamanda, bəşəri dəyər və normalardan təcrid olunurlar.

Məhz 2016-cı ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Multikulturalizm ilielan edilməsi də dünyaya mühüm bir mesaj oldu. Bu, bir tərəfdən, Azərbaycan xalqının multikultural dəyərlərin daşıyıcısı olduğunu - tərəqqipərvər və humanist dünyagörüşünə sahib olduğunu göstərməklə yanaşı, həm də ölkəmizin, xalqımızın bəşəriyyətin sülh, əmin-amanlıq şəraitində inkişafının tərəfdarı kimi çıxış etdiyini nümayiş etdirdi. Ümumiyyətlə, tolerantlıq və multikulturalizm Azərbaycan xalqının ibtidai tərbiyəsində, mədəni-mental dəyərlərində mövcuddur. Xalqımız əsrlər boyu öz milli mədəniyyətinin tərkib hissəsi olan tolerantlığı, multikultural dəyərləri yaşadıb, qeyd etdiyim kimi, müxtəlif xalqların mədəni-mənəvi inkişafında əhəmiyyətli rol oynayıb. Multikulturalizmin, digər xalqlara hörmətlə yanaşma fəlsəfəsinin Azərbaycan xalqının həyat tərzi olduğunu göstərən ən bariz nümunələrdən biribunun xalq yaradıcılığında – şairlərin, yazıçıların bədii əsərlərində yer almasıdır. XVIII əsrə qədər biz bunun bariz nümunələrinə bir çox bədii əsərlərdə rast gəlmişik. XVIII əsrdən indiyə qədər ortaya çıxan yaradıcılıq nümunələrində isə sistemli şəkildə multikultural dəyərlərin təbliği öz əksini tapıb. Məsələn, bir nümunəni diqqətə çatdırmaq istəyirəm. Böyük dramaturq Mirzə Fətəli Axundzadə 1837-ci ildə qələmə aldığı “Şərq poeması”nda qeyri-xalqlara, xüsusilə rus ədəbiyyatı və mədəniyyətinə dərin hörmət və ehtiramını ifadə edib. Sonrakı dövrlərdə də ortaya çıxan bədii əsərlərdə qeyri-xalqlara dərin hörmət və məhəbbət izhar olunub.

Azərbaycan bu zamana qədər sivilizasiyalarası dialoq məkanı kimi çıxış etdiyini sübuta yetirib. Bu, həm də ölkəmizin müxtəlif beynəlxalq tədbirtlərə uğurla ev sahibliyi etməsində də özünü göstərir. Ayrı-ayrı dövlətlərin nümayəndələri Azərbaycanda xalqların bir-biri ilə mehribansülh şəraitində yaşadığını əyani şəkildə görürlər, multukulturalizmin xalqımızın həyat tərzi olduğunu müşahidə edirlər. Üstəlik, bir çox nüfuzlu beynəlxalq mədəniyyət və idman müsabiqələrinin, tədbirlərinin respublikamızda keçirilməsi də həm ölkəmizin inkişafından, həm də dünyaya açıq olmasından xəbər verir. Bütün bunlarla əlaqədar olaraq, ölkəmiz dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır. Dünyada “sivilizasiyaların toqquşması” prosesinin cərəyan etdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində dini, etnik zəmində konfliktlərin yaşandığı bir vaxtda ölkəmiz sabittolerant mühiti ilə diqqət çəkir. 

Belə bir şəraitdə 2017-ci ilinİslam həmrəyliyi ilielan olunması olduqca qanunauyğun haldır. Başqa sözlə, Azərbaycanda “İslam həmrəyliyi ilinin elan olunması dünyaya mühüm bir çağırışdır. Azərbaycan xalqı multikultural və zəngin mədəni dəyərlərə sahib olmaqla yanaşı, ölkəmiz İslam dünyasında – müsəlman coğrafiyasında nüfuzlu dövlət kimi tanınır, müsəlman həmrəyliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğuPrezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə, reallıqlarına uyğun davaminkişaf etdirilən siyasət məhz inkişafa – tərəqqiyə, sabitliyə və həmrəyliyə xidmət edir. Bu, təkcə ölkədaxili ilə məhdudlaşmır, eyni zamanda, regionubütöv bir islam coğrafiyasını əhatə edir. Bu mənada, Azərbaycan İslam məkanında sabitlik və həmrəyliyə böyük önəm verir.

Bu gün İslam dünyasında sabitliyə, tərəqqiyə, həmrəyliyə böyük ehtiyac var. Sivilizasiyaların toqquşmasının müşahidə edildiyi indiki şəraitdə müsəlman ölkələrində sabitliyin pozulmasında maraqlı olan bir sıra dairələr İslam ölkələrinə qarşı total hücum təşkil edirlər, müəyyən neqativ halların ortaya çıxmasına səbəb olurlar. Hətta İslam dini məqsədli şəkildə terrorizm və radikallıqla eyniləşdirilir. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır: Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri “Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdirfaşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb”.

Bir məqamı da diqqətə çatdırmaq məqsədəmüvafiqdir. Almaniya kansleri Angela Merkelin Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında “islamçı terror” ifadəsini işlətməsinə qardaş ölkənin prezidentinin reaksiyasını da qeyd etmək istəyirəm.  Rəcəb Təyyib Ərdoğan belə bir ifadədən istifadə olunmasının doğru olmadığını deyərək qeyd edib ki, İslamla terror bir araya gələ bilməz. İslam sözünün mənası sülhdür.

Bütövlükdə reallıq budur ki, dünyanin bor çox məkanlarında sabitliyin pozulmasına, qeyri-humanist mənzərənin ortaya çıxmasına səbəb olanlar müsəlman ölkələri deyil.  Əksinə, qeyd etdiyim kimi, bir sıra qüvvələr İslam coğrafiyasında sabitliyin pozulması, inkişafın əldə edilməməsi tərəfdarı kimi çıxış edirlər.

Belə olan halda, müsəlman ölkələri həmrəylik amilinə böyük diqqət göstərməlidirlər. Bu mənada, Azərbaycanın tərəqqipərvər və humanizmə, həmrəyliyə söykənən mövqeyi olduqca təqdirəlayiqdir. Bu gün Azərbaycanla müsəlman ölkələri arasındakı münasibətlər bütün sahələrdə dinamik inkişaf tempinə malikdir. Qarşılıqlı əlaqə və təmasların sıxlaşdığı bir dövrdə Azərbaycanla digər müsəlman ölkələri arasındakı münasibətlər, qarşılıqlı dəstək və işbirliyi meyilləri daim inkişaf etdirilməkdədir. Ölkələr arasında ikitərəfli və çoxtərəfli formatda mövcud olan yüksək səviyyəli təmasların fonunda siyasi, iqtisadi, mədəni, elmi, dini, humanitar və digər sahələrdə möhkəm həmrəyliyin formalaşdırılması yönündə mühüm addımlar atılmaqdadır. Bu da, nəticə etibarilə, ölkəmizi müsəlman ölkələrinin etibarlı tərəfdaşına, İslam həmrəyliyinə müstəsna töhfələr verən dövlətə çevirib.

Ümumiyyətlə, müsəlman ailəsinin bir üzvü olan Azərbaycan xalqının milli, mədəni dəyərlərinin formalaşmasında İslam dəyərlərinin, digər müsəlman cəmiyyətləri ilə tarixi-mədəni əlaqələrin rolu böyükdür. Şərq və Qərb sivilizasiyalarının, eləcə də, milli mədəniyyətin harmonik şəkildə qovuşduğu bir zamanda Azərbaycanda müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən, İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur. Bir sözlə, Azərbaycan həm İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsində önəmli rol oynayır, həm də ölkə ərazisində və dünyada İslam irsinin qorunması istiqamətində fəal işlər görür.

Əlbəttə, Azərbaycanda 2017-ci ilinİslam həmrəyliyi ilielan edilməsi təsadüfi xarakter daşımır və çox ciddi əsaslara söykənir. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Dövətimizin başçısı 2017-ci ilinİslam həmrəyliyi ilielan edilməsinin əhəmiyyətinə toxunaraq deyib ki, bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq.

- Şübhəsiz ki, “İslam həmrəyliyi ili”ndə görüləcək tədbirlər həm də gənclərə dinimizin mahiyyətinin düzgün çatdırılması, onların radikal ideologiyalardan – zərərli ideoloji təsirlərdən qorunması baxımından müstəsna əhəmiyyət kəsb edəcək. Bu barədə nə düşünürsünüz?

- Təəssüf ki, bu gün dünyanın müxtəlif ölkələrində gənclərin radikalizm və digər zərərli ideologiyaların təsirinə düşməsini müşahidə edirik. Bu, bir tərəfdən, bir çox cəmiyyətlərdə sabitlik və təhlükəsizliyin pozulmasında maraqlı olan müəyyən qüvvələrin fəaliyyəti ilə bağlıdırsa, digər tərəfdən, cəmiyyətdaxili mühitburada ciddi rol oynayır. Gənclər o zaman zərərli ideologiyaların təsirinə düşürlər ki, onlar cəmiyyətdə öz arzu və istəklərinə, potensiallarına uyğun şərait və təminatlar tapa bilmirlər.

Azərbaycanda isə bəhs olunan istiqamətdə mövcud olan durum bu barədə nikbin danışmağa, gələcəyə optimist baxmağa imkan verir. Ölkəmizdə mütərəqqi gənclər siyasəti həyata keçirilir, gənclər üçün hər cür şərait və təminat yaradılıb. Digər tərəfdən, yeniyetmələrin və gənclərin zərərli təsirlərdən qorunması, onlarda vətənpərvərlik hissinin gücləndirilməsi istiqamətində keçirilən tədbirlər müxtəlif layihələr çərçivəsində davam etdirilir. Ölkəmizin tarixinin, mədəniyyətinin, adətnənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 67 şəhər və rayondan 14 minə yaxın IX-XI sinif şagirdini əhatə edəcək "Ölkəmizi tanıyaq" devizi ilə maarifləndirici tur-aksiyaların keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Bütövlükdə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət Azərbaycanda sağlam təfəkkürlü, milli-mənəvi dəyərləri mənimsəmiş, Vətəninə, xalqına bağlı, sədaqətli gənclər ordusunun yetişməsini təmin edib. Azərbaycan gəncliyi mütərəqqi dəyərləri mənimsəyib, milli maraqlara, həmçinin milli-mədəni dəyərlərə uyğun möhkəm əqidəyə sahibdir. Biz bunun örnəyini bir çox nümunələrin timsalında göstərə bilərik. Heç uzağa getməyək, aprel döyüşləri zamanı Azərbaycan gəncliyinin nümayəndələri də böyük cəsarət və rəşadət nümunəsi ortaya qoydular. Azərbaycan gəncliyinin vətənpərvərlik ruhu mənfur qonşularımıza, həmçinin bütün dünyaya bir daha bəlli oldu. Əlbəttə, bu nümunələrin sayını istənilən qədər artırmaq olar, amma təkcə bu örnək deyilənləri sübuta yetirir.

Bunlarla yanaşı, gəncliyin inkişafı, onların zərərli təsirlərdən qorunması hər zaman diqqət mərkəzindədir. Əlbəttə, burada əsas məsələ gənclərin düzgün istiqamətləndirilməsi, milli maraqlar və xalqımızın ali dəyərləri əsasında onların mütərəqqi qüvvəyə çevrilməsini təmin etməkdir. Dövlət bu istiqamətdə öz üzərinə düşəni edir, cəmiyyətimiz də gənclərə yetərli diqqət, qayğı göstərir, həssaslıqla yanaşır. Amma bu, mütəmadi olmalıdır, cəmiyyətin hər bir fərdi öz nümunəsi timsalında gəncləri düzgün istiqamətləndirməlidir. Burada, xüsusilə anaların üzərinə böyük məsuliyyət düşür. Azərbaycan milli-mənəvi və mental dəyərlərinin daşıyıcısı olan analar övladlarının düzgün tərbiyə olunmasında, onların doğru istiqamətə yönləndirilməsində böyük məsuliyyət və öhdəlik daşıyırlar. Bununla yanaşı, məktəblər və universitetlər yeniyetmə və gənclərin həm düzgün tərbiyə olunmasında, həm də şəxsiyyət kimi formalaşmasında mühüm rola malikdirlər. Xüsusilə, universitetlər gənclərin yararlı kadr kimi yetişməsində əhəmiyyətli rol oynamaqla yanaşı, həm də cəmiyyətə, dövlətə faydalı kamil vətəndaş kimi formalaşmasında böyük məsuliyyət daşıyırlar.

Başqa bir məqam budur ki, gənclərin düzgün istiqamətləndirilməsi, onlarla mənəvi , ilk növbədə, milli mənəviyyata söykənməlidir. Azərbaycan milli mənəviyyatı isə ənənələri ilə İslam dini dəyərlərini özündə ehtiva edir. Yəni sülh şəraitində birgəyaşayış, mütərəqqilik, insanpərvərlik, digər xalqlara və cəmiyyət üzvlərinə hörmət kimi üstün mədəni keyfiyyətlər İslam dini dəyərlərini özündə əks etdirir. Hesab edirəm ki, “İslam həmrəyliyi ili”ndə görüləcək dövlət və ayrı-ayrı qurumlar tərəfindən tədbirlər gənclərin maarifləndirilməsi – onlara dinimizin gerçək mahiyyətinin düzgün çatdırılmasında bu amil əhəmiyyətli rol oynayacaq. Bunlarla yanaşı, gənclərin də öz üzərlərinə düşən vəzifələri yerinə yetirmələri – milli-mənəvi dəyərlər, mütərəqqi prinsiplər əsasında hərəkət etmələri, fəaliyyət göstərmələri olduqca vacibdir. Onlar mütərəqqi dəyərləri mənimsəməli, xalqımızın və dövlətimizin inkişafına, milli-mədəni dəyərlərinimizin zənginləşməsinə xidmət edən mövqe tutmalıdırlar. Bu isə, ilk növbədə, elm və təhsil sahəsində uğurlu və davamlı inkişaf sayəsində mümkün olur...

- Nurlana xanım, elm və təhsildən bəhs etmişkən, rəhbərlik etdiyiniz Bakı Slavyan Universitetiİslam həmrəyliyi ili”ndə xüsusilə də gənclərin maarifləndirilməsi istiqamətində hansı tədbirlər həyata keçirməyi planlaşdırır?

- Bakı Slavyan Universiteti olaraq tərəfimizdən “Multikulturalizm ili” çərçivəsində mühüm maarifləndirici tədbirlər keçirilib. Ötən il Universitetdə “Azərbaycan və Avropa: Multikulturalizm, tolerantlıq və birgəyaşayışın problemləri və perspektivləri” mövzusunda Respublika Elmi-Praktik Konfransı keçirilib. Konfransda respublikanın 11 ali məktəbi və 4 orta ümumtəhsil müəssisəsini təmsil edən 211 tələbə, magistrantşagird iştirak edib. Bununla yanaşı, gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsinə, onlara milli-mənəvi, multikultural dəyərlərin aşılanmasına xidmət edən bir sıra tədbirlər keçirmişik. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Prezident yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş - 2016” adlı beynəlxalq multikulturalizm qış məktəbi Quba, Xaçmaz kimi rayonlarda öz işini davam etdirib.

İslam həmrəyliyi ili”ndə də maarifləndirici xarakterli bir sıra tədbirlər həyata keçirməyi nəzərdə tutmuşuq. Müxtəlif dəyirmi masaların təşkili, bu istiqamətə aid olan əsərlərin müzakirəsi, beynəlxalq ali təhsil müəssisələri ilə telekörpülərin və digər birgə tədbirlərin təşkil olunması, müsəlman ölkələrindən olan və Universitetimizdə təhsil alan tələbələrin azərbaycanlı tələbələrlə müştərək tədbirlərinin həyata keçirilməsi və s. buraya daxildir. Konkret olaraq keçiriləcək tədbirləri diqqətə çatdırmaq istəyirəm. Cari ildə “İnsan əqidəsinə hörmət zamanın tələbidir”, “Şərq ornamentləri Qərb muzeylərində”, “Hötenin Qərb-Şərq divanında İslam poeziyası” mövzularında dəyirmi masalar, “Tolerantlıq, etnikdini dözümlülük zamanın çağırışıdır” mövzusunda elmi seminar, “Hüseyn Cavidin Şeyx Sənan əsərində dini ayrıseçkiliyin ifşası” mövzusunda isə müzakirə keçiriləcək. Daha bir müzakirə isə “Zərdüştlüyün fəlsəfəsi” kitabı ətrafında təşkil olunacaq. Eyni zamanda, “Azərbaycan dünyada dinietnik rəngarəngliyin beşiyidirmövzusunda inşa müsabiqəsi keçiriləcək, həmçinin MDB-nin tərkibində olan İslam ölkələri universitetləri ilə, eləcə də Qazaxıstanın Qumilyov Milli Avrasiya Universiteti ilə müştərək beynəlxalq konfrans təşkil olunacaq. Bununla yanaşı, Bakı Slavyan Universitetində təhsil alanİslam ölkələrindən olan əcnəbi tələbələr öz xalqları, ölkələri haqqında təqdimatlar keçirəcəklər. Universitetin professoru Rafiq Novruzovunİslami dəyərlər Lev Tolstoyun baxışlarında” kitabının müzakirəsinə həsr olunmuş telekörpünün Moskva Dövlət Linqivistik Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzi ilə birgə keçirilməsi də tədbirlər planında yer alıb. Bununla yanaşı, professor Rafiq NovruzovunElmDin” adlı dərs vəsaitinin müzakirəsinə həsr olunmuş telekörpü Kiyev Linqivistik Universiteti ilə müştərək təşkil olunacaq. Professor Əsgər Əhmədin  “XII-XIV əsrlərdə Azərbaycanın mənəvi mədəniyyəti” əsəri əsasında “İslamın teoloji potensialında multikulturaltolerant faktorlarmövzusunda elmi-nəzəri konfransın keçirilməsi də planlaşdırılıb. İlin sonunda isə keçirilmiş tədbirlərin materiallarından ibarət toplu nəşr ediləcək.

Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinə, o cümlədən qadınlara İslam dəyərlərinin aşılanmasına xidmət edən çox mühüm bir tədbir Yeni Azərbaycan Partiyası Qadınlar Şurası tərəfindən həyata keçiriləcək. “Qurani-Kərimdə qadına münasibətin elmi əsasları” adlı tədbir qadınların cəmiyyətdə mənəvi dəyərlərin qorunmasında rolunun, həmçinin İslam dinində qadınlara münasibətin çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edəcək.

Düşünürəm ki, bütün bu tədbirlər Azərbaycan xalqının multikultural dəyərlərinin, tolerantlıq ənənələrinin, həmçinin milli mədəniyyətimizin və İslam dini dəyərlərinin gənclərə, qadınlara və daha geniş bir auditoriyaya, eyni zamanda, beynəlxalq miqyasda çatdırılması baxımından mühüm elmi-nəzəri əhəmiyyətə malikdir. “İslam həmrəyliyi ili”ndə keçiriləcək sistemli, ardıcıl və məqsədyönlü tədbirlər maarifləndirici xarakter daşımaqla yanaşı, həm də millidini dəyərlərin əhəmiyyətini diqqətə çatdıracaq, yeni elmi müzakirə platformalarının ortaya çıxmasını şərtləndirəcək.

 

İki sahil.- 2017.- 9 fevral.- S. 10