"İşığı tutmaq olmur"

 

Fevralın 5-də Deweer qalereyası istedadlı Azərbaycan rəssamı Aida Mahmudovanın Belçikada ilk böyük miqyaslı fərdi sərgisini təqdim edib.

Nümayiş olunmuş yeni rəsmlər toplusu sərgini ziyarət edən həvəskar peşəkar seyrçilər tərəfindən böyük maraqla qarşılanıb.

Ekspozisiyaya daxil olan əsasən abstraktlaşdırılmış mənzərələrdən ibarət iyirmidən çox əsər rəssam Aida Mahmudovanın təcrübəsində yeni olan aydınlıq, konsentrasiya dolğunluğu ifadə edir. Əsərlər əsas fikri - rəssam, kətan çəkmək üçün istifadə olunan material arasındakı əlaqəyə yönəldir.

2015-ci ildə Bakı Müasir İncəsənət Muzeyində keçirilmiş "Elysium" adlı sərgidəki rəsmlərdən fərqli olaraq, bu əsərlərdə materiala yanaşma artıq qarşılıqlı müqavimət şəklində deyil, maraq kəşfetmə hissi ilə ifadə olunur. Rəssam rənglərin kətan üzərində azad hərəkət etməsinə imkan verir nəticədə yaranan kompozisiyalar orqanik sərbəst olur.Hər bir əsərdə xəyallarda canlandırılan mənzərələrin kətan üzərində istifadə olunan materialların arasında sanki bir zərif oyun aşkara çıxarılır. Bütün tablolarda akril, yapışqan, gümüşü folqa, yağlı boya, kömür, sement gips kimi çoxlu sayda müxtəlif materiallardan bacarıqla istifadə olunmuşdur.Nəticədə, ərsəyə gələn əsərlər xüsusi zaman təəssüratı yaradır özəl rəngkarlıq texnikası sayəsində yaradılır. Bundan başqa, bu heç intellektual fəaliyyətin nəticəsi kimi baş vermir, bu doğru zamanında lazımi miqdarda yeni, gözlənilməz "inqrediyentlər" əlavə edilmiş düşüncə forması kimi ortaya çıxır.

Bu üsul müəllifin həmin rəsm əsərində əks etdirdiyi özəl emosional hissləri vurğulayaraq, işığın, rənglərin materialın bir oyununu yaradır. Bütün bunlar kətanın emosionallıqla yüklənməsinə, intuitiv orijinal olmasına səbəb olur.

Sərgi martın 12-dək davam edəcək.

Qeyd edək ki, Aida Mahmudova 1982-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində dünyaya gəlib. Hal-hazırda Bakıda yaşayıb-yaradır. O, 2006-cı ildə Londonda Sent-Martin İncəsənət Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Bu gün onun əsərləri beynəlxalq səviyyədə sərgilənir. Rəssamın fərdi sərgiləri: "Umwelt" (YAY Qalereyası, Bakı, 2016), "Elysium" (MİM, Bakı, 2015) "Ötüb keçərkən..." (Leila Heller Gallery, Nyu-York, ABŞ, 2015), "Daxili sakitlik" (Barbarian Art Gallery, Sürix, İsveçrə, 2013). Aida Mahmudova həmçinin bir sıra qrup sərgilərinin iştirakçısıdır, o cümlədən: "Vita Vitale", 56-cı Venesiya Biennalesi, Azərbaycan pavilyonu (2015), "Konfet dağlar, neft sahillər", PERMM Muzeyi, Perm, Rusiya (2015), "Burada... Bugün", London (2014), "Love Me, Love Me Not", 55-ci Venesiya Biennalesi (2013),"Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" (Vyana, Roma, Moskva, Berlin, Paris, London (2012-2013). Aida Mahmudova 2011-ci ildə əsası qoyulan YARAT Müasir İncəsənət Məkanının təsisçisi bədii rəhbəridir. YARAT Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması, milli incəsənətimizin ölkə daxilində beynəlxalq səviyyədə təbliği ilə məşğuldur.

1979-cu ildə əsası qoyulmuş Deweer qalereyası (Otegen şəhəri, Belçika) son dövrlərdə tarixinin ikinci böyük səhifəsinə başlamışdır. Bənzərsiz fərdi sərgilərdən əlavə, qalereya zəngin tarixinin vacib mərhələlərini göz önünə gətirən tematik qrup sərgiləri nümayiş etdirir. Hazırda Deweer qalereyası tarixi motivasiyasına davam edərək durmadan yenilik innovasiyaya can atır.

 

İki sahil.- 2017.- 10 fevral.- S. 5.