Gülüstan türbəsi” kitabının təqdimatı olub

 

AMEA-nın Naxçıvan Bölməsində “Gülüstan türbəsi” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev müstəqilliyimizin bərpasından sonra Naxçıvan Muxtar Respublikasında bütün sahələrlə yanaşı, bu bölgənin tarixinin öyrənilməsi, qaranlıq səhifələrinin işıqlandırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, muxtar respublikada qədim yaşayış yerləri, tàriõi-memàrlıq àbidələr qeydə àlınır, mövcud olan abidələrdə tədqiqatlar aparılır, məlum olmayan abidələr üzə çıxarılaraq tədqiq edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, bütün sahələrdə uğurlu yol keçən muxtar respublikada irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri aparılıb, tarixə, mədəniyyətə, təhsilə və elmə qayğı artırılıb. “Genişmiqyaslı quruculuq tədbirləri bölgədə mövcud olan memarlıq abidələrimizi də əhatə edib” – deyən R.Məmmədov qeyd edib ki, müstəqillik illərinə qədər qorunmayan, təbliğ edilməyən tarixi abidələrimizdə son illər aparılan bərpa və təmir işləri bu sənət əsərlərinin uçub-dağılmaq təhlükəsindən xilas edib. Bu abidələr içərisində Naxçıvanın qədim memarlıq məktəbinin qiymətli abidələrindən biri olan Gülüstan türbəsi də var. Türbədə bərpa işləri aparılaraq tarixliyi saxlanılmaqla əzəli görkəmi özünə qaytarılıb.

Tədbirdə Naxçıvan Bölməsinin Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov çıxış edərək tariximizin təbliğinin vacibliyindən, ictimaiyyətə təqdim olunan nəşrin əhəmiyyətindən bəhs ediblər.

 

İki sahil.- 2017.- 11 fevral.- S.15.