Kiş-Alban məbədində

Azərbaycan multikulturalizmi

 

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilənMultikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbi fevralın 14-də Şəkidə öz işini davam etdirib.

BBMM-dən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan multikulturalizmifənnini İtaliyanın Sapienza Universitetində tədris edən İrina Kunina Çexiyanın Karlov Universitetinin müəllimi Roza ŞəfiyevaAzərbaycançılıq Azərbaycan multikulturalizmi fənninin xaricdə tədrisimövzusunda mühazirə oxuyublar. İrina Kunina Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya dərs proqramının müəllifi olduğuAzərbaycan multikulturalizmifənninin xarici yerli universitetlərdə tədrisi layihəsinin önəmini vurğulayıb. O, bu layihə vasitəsilə beynəlxalq ictimaiyyətin ölkəmizin multietnik çoxkonfessiyalı durumu haqqında geniş məlumat əldə etmək imkanı olduğunu qeyd edərək deyib: “Bu fənn ölkəmizin 40, dünyanın 15 nüfuzlu universitetində tədris edilir. Fənnin tədrisində məqsəd beynəlxalq ictimaiyyəti xalqımızın çoxəsrlik tolerantlıq ənənələri, multikultural dəyərləri ilə tanış etməkdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham Əliyevin Azərbaycan multikulturalizm modelini dünyada tanıtmaq istiqamətində müəyyənləşdirdiyi hədəflərin reallaşması istiqamətində ardıcıl səylər göstərir. Bu layihə çərçivəsində Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu xarici ölkə universitetlərinin yerli ali təhsil ocaqlarının sayı getdikcə çoxalır inanırıq ki, gələcəkdə bu rəqəm daha da artacaq”.

Roza Şəfiyeva bildirib ki, sözügedən fənnin dinləyiciləri Azərbaycanın multikulturalizm siyasəti sahəsindəki əsrlərlə yaşı olan təcrübəni öyrənməkdə çox maraqlıdırlar. Pedaqoq qeyd edib ki, dərs prosesində tələbələr Azərbaycanın etnik dini palitrası, ölkəmizdə min illər boyu birgə yaşayan müxtəlif etnik qruplar, eləcə ölkəmizdə qardaşcasına yanaşı yaşayan konfessiyalarla bağlı suallar ünvanlayırlar.

Mühazirədə Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Portuqaliya Polşadan olan tələbələrin Azərbaycan multikulturalizmi modeli ilə bağlı sualları cavablandırılıb.

Qış məktəbinin iştirakçıları tədris vaxtından sonra yerli gənclərlə birgə əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi hesab olunan, nəinki Qafqazın, eləcə bütün xristian aləminin ən qədim kilsələrindən sayılan Kişdəki Alban məbədini ziyarət ediblər.

Tələbələr Qafqaz Albaniyası abidələrinin sərgisi ilə tanış olublar.

Günün ikinci yarısında Şəkinin tarixi yerlərinə - Xan sarayı kompleksinə, Karvansaraya gəzinti təşkil olunub. Ekskursiya zamanı Şəkinin tarixi tikililəri, Azərbaycan mədəniyyəti incilərindən sayılan şəbəkə memarlığı nümunələri, şəkili ustaların hazırladıqları məişət və bəzək əşyaları, Şəki ipəyindən hazırlanmış əl işləri, eləcə də ləziz Şəki mətbəxi tələbələrdə böyük maraq doğurub.

Gəzintidən sonra tələbələrə Şəki şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə konsert proqramı təqdim edilib.

 

İki sahil.- 2017.- 15 fevral.- S.24.