Pambıqçılıq və tütünçülüyün

inkişafına böyük töhfə

 

Son  illər ölkəmizdə  aparılan islahatların nəticəsində əhəmiyyətli sosial-iqtisadi dəyişikliklər baş vermiş, sahibkarlıq fəaliyyəti üçün əlverişli iqtisadi mühit formalaşmışdır.  Həyata keçirilən uğurlu iqtisadi siyasətin əsas məqsədlərindən biri də əlverişli biznesinvestisiya mühiti yaratmaqla daxilixarici investisiyaların cəlb edilməsinə, qeyri-neft sektorunun inkişafına nail olmaqdan ibarətdir. Qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin edilməsinin ən zəruri şərtlərindən biri kimi sahibkarlığın inkişaf etdirilməsi, ilk növbədə, kiçik va orta biznesin fəaliyyətinin səmərəliliyinin artırılması milli iqtisadiyyatımızın əsas hədəflərindən biri kimi qəbul olunub.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası, ölkə başçısı İlham Əliyevin aqrar sektorun inkişafı ilə bağlı Fərman və Sərəncamları  bölgələrdə sosial infrastrukturun inkişafına, kənd təsərrüfatı məhsulları istehsalçılarının müvafiq istehsal vasitələri və xidmətlərlə təchizatının daha da gücləndirilməsinə, emalı müəssisələri şəbəkəsinin genişləndirilməsinə böyük töhfələr vermişdir. 

Dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən biri də ölkəmizdə zəngin tarixi ənənələri olan pambıqçılıq və tütünçülüyün inkişaf etdirilməsidir. Respublikamızda tütünçülüyün və pambıqçılığın inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahələrin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini yüksəltmək və aqrar sektorda çalışan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq üçün görülən işlər artıq öz bəhrəsini verməkdədir.  Kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaqmotor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqifiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında”  2016-cı il 22 sentyabr,  “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5 oktyabr tarixli sərəncamları pambıq və tütün istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri kimi qiymətləndirilir. Komissiyanın iclasında bildirilib ki, bu ildən başlayaraq istehsalçılara emal müəssisələrinə satdıqları xam pambığın hər 1 (bir) kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə 0,05 manat məbləğində subsidiya verilir.

Respublika Komissiyası 24 rayon (şəhər) üzrə 4145 istehsalçıya təhvil verdikləri 88728,1 min ton xam pambığa görə 8872,8 min manat və 7 rayon üzrə 197 istehsalçıya təhvil verdikləri 927,6 ton quru və 9981,1 ton yaş tütünə görə 96,3 min manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edib.

 

Zahid Rza

 

İki sahil.- 2017.- 15 fevral.- S.16.