Kənd təsərrüfatının

inkişafı prioritet elan edilib

 

Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixliMilli iqtisadiyyat iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqındaFərmanında çox mühüm istiqamətlərdən biri kənd təsərrüfatıdır. Qeyri-neft sektorunun əhəmiyyətli sahələrindən olan kənd təsərrüfatının inkişafında məqsəd məhsul bolluğu yaratmaq, ölkəyə valyuta gətirəcək ixrac məhsullarını artırmaqdır. Eyni zamanda, kənd təsərrüfatının inkişafı Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyini təmin edəcək prioritet istiqamətdir. 

Strateji Yol Xəritəsi”ndə mühüm amillər məhsul istehsalında tələbatın nəzərə alınması, ənənəvi bazarlarla yanaşı, yenilərinin axtarışına istiqamət götürülməsi, hər bir regionun iqlim torpağı, eləcə ənənəsi nəzərə alınmaqla məhsulların yetişdirilməsi ixracın stimullaşdırılması ilə bağlıdır.

Xəritədə kənd təsərrüfatı məhsullarının istehsalında perspektivli sahələr daha dəqiq müəyyən edilir, fermerlər daxili xarici bazarlarda daha yüksək tələbat olan məhsulların yetişdirilməsinə həvəsləndirilir. Xüsusən  kəndlilər biləcəklər ki, onların istehsal etdikləri məhsulun istehlakçıya birbaşa çatdırılması üçün dövlət tərəfindən yeni satış şəbəkəsi yaradılır, xarici bazara məhsul çıxaran fermerlərə ciddi yardımlar edilir, xüsusi imtiyazlar tətbiq olunur.

qızılhesab edilən pambıqçılığın inkişafına təkan verilməsi, pambıq sahələrinin 18 dəfədən çox artırılması da xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Prezident İlham Əliyevin pambıqçılığın, baramaçılığın, çayçılığın və tütünçülüyün inkişafının təmin edilməsində məqsədi həm əhalini yeni iş yerləri ilə təmin etmək, həm də ölkəyə daxil olan xarici valyutanın həcmini artırmaqdır. Xüsusən bu gün dünya bazarında keyfiyyətli pambıq mahlıcının qiyməti 1000 dollardan artıqdır.

2016-cı ildə Azərbaycan dövləti kənd təsərrüfatına ayrılan subsidiyaların miqdarını da artırıb. 2017-ci ildə də bu istiqamətdə aqrar sektora dövlət dəstəyi genişlənib. Xüsusən fermerlərə az faizlə  uzun müddətə verilən subsidiyalar fermerə verilən ən böyük dövlət dəstəyidir. Eyni zamanda, lizinq subsidiyaları mövcuddur ki, burada dövlətin bütün növ kənd təsərrüfatı texnikasından güzəştli istifadə mümkündür.

Strateji Yol Xəritəsi”ndə kənd təsərrüfatının inkişaf etdirilməsinə dair digər əhəmiyyətli məqam, lizinq müqaviləsinin obyekti olan əksər maşın və texniki vasitələr, o cümlədən traktorlar, suvarma qurğuları, kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşın və mexanizmlər, otbiçənlər, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması, südün emalı və təkrar emalı üçün avadanlıqların və s. idxalı zamanı idxal rüsumundan və əlavə dəyər vergisindən azad olunmasıdır.

Qeyd edək ki, son bir neçə il ərzində kənd təsərrüfatında çalışan sahibkarlara xeyli vergi güzəştləri də tətbiq edilib. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, 2014-cü il yanvarın 1-dən fermerlər 5 il müddətinə torpaq vergisi istisna olmaqla, digər vergiləri ödəməkdən azaddırlar.

Burada bir önəmli məqama da diqqət yetirmək lazımdır ki, əgər 2016-cı ildə 1900-dək pambıqyığan kombaynlar, çiyid səpən və kultivasiya edən kənd təsərrüfatı texnikaları alınaraq lizinq yolu ilə fermerlərə paylanılıbsa, 2017-ci ildə də kənd təsərrüfatının başqa sahələri üzrə yüzlərlə texnikanın alınması  planlaşdırılır. Məhz buna görə də  2017-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı texnikasının alınması, torpaqların əkinə yararlı vəziyyətə gətirilməsinə 12 faizdən çox vəsait ayrılıb.   

Güman edirik ki, “Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan çox əhəmiyyətli vəzifələrin reallaşması nəticəsində yaxın gələcəkdə kənd təsərrüfatı məhsullarının nəinki bolluğunu yaradacağıq, eyni zamanda, onun dünyada şöhrət tapmasına nail olacağıq. Xüsusən bu sahədə dünya bazarlarına yüksək keyfiyyətli beynəlxalq standartlara cavab verən “Made in Azerbaycanbrendini təklif edə biləcəyik.

 

Elçin Zaman

 

İki sahil.- 2017.- 15 fevral.- S.18.