Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olub.
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 10-da Talassemiya Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, səhiyyə
naziri Oqtay Şirəliyev Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Mərkəzdə bu günədək aparılan
müalicələr barədə
məlumat verib. Bildirilib ki, 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzi bu xəstəliyə düçar
olanlara həm tibbi, həm də mənəvi cəhətdən dəstək
baxımından əhəmiyyətli
səhiyyə ocağıdır.
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva Mərkəzdə
müalicə olunan uşaqlarla söhbət edərək onların müalicəsinin gedişi
ilə maraqlandı. Həmçinin osteoporoz xəstəliyi olan uşaqlara Heydər Əliyev Fondu adından dərman preparatları təqdim olundu.
Leyla Əliyeva
Mərkəzin gələcək
fəaliyyəti üçün
zəruri məqamlarla
maraqlandı və Fondun səhiyyə, xüsusilə uşaqların
sağlamlığı ilə
bağlı məsələlərə
daim önəm verdiyini bildirdi.
Talassemiya Mərkəzinin istifadəyə
verilməsi ilə Azərbaycanda ixtisaslaşdırılmış
tibb ocağının
və qan bankının yaradılmasına,
talassemiyadan əziyyət
çəkən uşaqların
təhlükəsiz və
keyfiyyətli qanla təminatı üçün
könüllü donor
xidmətinin inkişaf
etdirilməsinə, talassemiyanın
yayılmasının
qarşısını almaqdan
ötrü əhalinin
maarifləndirilməsi və
talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə
əməkdaşlığın genişləndirilməsinə nail
olunub.
Bu ilin aprelinə qədər Talassemiya Mərkəzində
2959 nəfər dispanser
qeydiyyatına alınıb
və onlar xəstəlik dərəcəsinə
uyğun olaraq müalicə edilir, dərman preparatları ilə təmin olunur. Mərkəzin gündüz stasionarında
976 xəstəyə mütəmadi
olaraq eritrosit kütləsi köçürülür.
Cari ilin birinci rübündə Respublika Talassemiya Mərkəzinə 6273 müraciət
daxil olub və onlardan 603 nəfəri ilkin müraciət edənlərdir.
Onlardan 72 nəfər
dispanser qeydiyyatına
götürülüb. İlin
üç ayı ərzində 105 xəstə
stasionar müalicə
alıb. İl ərzində 51 xəstə
üzərində sümük
iliyi transplantasiyası
aparılıb.
Qeydiyyatda olan
xəstələrin heç
də hamısında
qan uyğunluğu olmur və indi
mərkəzdə qeydiyyatda
olanların yalnız
300-400 nəfərində belə
uyğunluq var. Həm də xəstələrin
bir çoxuna uzun müddət qan köçürülməsi
nəticəsində daxili
orqanlarda müəyyən
problemlər yaranır
və onların bir müddət müalicə olunandan sonra sümük əməliyyatı aparılıb-aparılmaması
barədə qərar
verilir. Xəstələrin müayinəsi, əməliyyatqabağı
və əməliyyatsonrası
prosedurların hamısının
maliyyə vəsaiti dövlət hesabına ödənilir. İki ilə yaxındır ki, yeni ailə
həyatı qurmağa
hazırlaşan cütlüklərin
nikahqabağı müayinə
edilməsi ilə talassemiya daşıyıcıları
əvvəlcədən
aşkarlanır və
bu yolla xəstə körpələrin
dünyaya gəlməsinin
qarşısı alınır.
İki
sahil.- 2017.- 1 iyul.- S.3.