İpəkçilik
öz şöhrətini bərpa
edir
Ölkəmizin iqtisadi inkişaf prioritetləri sırasında
qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi,
iqtisadiyyatın şaxələndirilməsi
mühüm hədəflərdəndir.
Kənd təsərrüfatının hərtərəfli
inkişafının təmin
edilməsi, fermerlərə
subsidiyaların verilməsi,
sahibkarlığın inkişaf
etdirilməsi, ilk növbədə, kiçik
va orta biznesin
fəaliyyətinin səmərəliliyinin
artırılması milli
iqtisadiyyatımızın prioritetidir.
Prezident İlham
Əliyevin Azərbaycanda
ipəkçiliyin maddi-texniki
bazasının yaxşılaşdırılması
ilə bağlı əlavə tədbirlər
haqqında sərəncamı
bunun bariz nümunəsidir. Sərəncama əsasən, ölkəmizdə
kənd təsərrüfatının
ənənəvi sahələrindən
olan ipəkçiliyin
maddi-texniki bazasının
yaxşılaşdırılması, barama istehsalçılarının
məhsuldar tut ipəkqurdunun cins və hibrid toxumları ilə təmin edilməsi və bu sahədə
seleksiya-damazlıq işlərinin təşkili məqsədilə
Qax Damazlıq İpəkçilik Stansiyasının
bərpası, əlavə
istehsal sahələrinin
yaradılması və
müasir avadanlıqlarla
təchiz olunması üçün Azərbaycan
Respublikasının 2017-ci il
dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Prezidentinin
ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə
4,5 milyon manat ayrılıb.
Qətiyyətlə demək olar ki, ölkəmizdə qədim və zəngin ənənələri
olan ipəkçilik öz şöhrətini bərpa edir. Hələ ötən əsrin 70-80-ci
illərində
ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda aqrar sahədə əldə edilən böyük nailiyyətlərdən ipəkçilik
sahəsinə də böyük pay düşürdü. Məhz
o illərdə ölkəmizdə,
eləcə də ipəkçiliyin qədim
mərkəzlərindən olan Şəkidə
bu sahənin inkişafına xüsusilə
diqqət artırılmışdı.
Qeyd etdiyimiz dövrdə respublikamızda
ildə 5-6 min ton yaş barama
və ondan 350-400 ton xam ipək
istehsal olunur, on milyonlarla kvadratmetr müxtəlif çeşidli ipək parça toxunurdu. İpək qurdunun bəslənməsi və barama istehsalı ilə 150 mindən artıq kəndli ailəsi məşğul olurdu. O illərdə ölkəmizin
ipək sənayesində
14 min nəfərdən
çox, o cümlədən
Şəki İpək
Kombinatında 7 min nəfərə yaxın daimi işçi çalışırdı. Şəki
ipəyindən hazırlanan
parçalar Yaponiya, İsveçrə, İtaliya
və digər xarici ölkələrə
ixrac olunurdu. Balakən, Göyçay, Zaqatala, Qəbələ və Bərdə rayonları baramaçılıq sahəsində
böyük uğurlar
əldə edirdilər.
Ulu öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə
qayıdışından sonra
90-cı illərin əvvəllərində
tənəzzül edən
bu sahəyə xüsusi diqqət göstərilmiş, Ümummilli
Liderin 2001-ci ildə imzaladığı müvafiq
sərəncamla Şəki
İpək
Kombinatının fəaliyyətinin
bərpasına kömək
məqsədilə dövlət
büdcəsindən xeyli
miqdarda vəsait ayrılmışdı. 2008-ci ildə
isə müəssisənin
baramaaçan istehsalatında
yenidənqurma işləri
aparılıb, sexdə
Çin Xalq Respublikasında istehsal olunmuş 4 ədəd baramaaçan, 4 ədəd
barama sarıyan, barama buğa verən yeni dəzgahlar, vakuum aparatı quraşdırılıb.
Məlumdur ki,
ipəkçiliyin inkişafında
yem mənbəyi kimi istifadə olunan tut ağacı
mühüm rol oynayır. Çünki barama qurdu tut
ağacının yarpağı
ilə qidalanır. Ona görə də tutçuluğun inkişaf etdirilməsi, yeni tut bağlarının
salınması baramaçılıqda
yeni nailiyyətlər
əldə etmək üçün əsas şərtlərdən biridir.
Prezident İlham
Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclasındakı
nitqində respublikamızda ipəkçiliyin
dirçəldilməsinin prioritet
olduğunu bildirərək
onun əsas yem bazası olan tut bağlarının
dirçəldilməsini də vurğulamışdır:
“Biz artıq bir kiloqram baramaya
verilən məbləği
də, demək olar ki, üç
dəfə artırmışıq.
Əgər əvvəllər
bir kiloqrama 3 manat verilirdisə, indi 8 manat verilir.
Tut tinglərinin əkilməsi prosesi sürətlə aparılmalıdır.
Mən maraqlanmışam
və verilən məlumata görə, Azərbaycanda 354 min tut ağacı var. Amma bizim
planlarımıza görə
payız mövsümündə
1 milyon 600 min tut tingi əkilməlidir.
Bu, nəticə etibarilə, barama istehsalını 2019-cu ildə
1300 tona qaldıracaq. Əgər bu il 45 gündə insanlar 560 min manat pul alıblarsa,
2019-cu ildə 10 milyon
manat pul alacaqlar”.
Göründüyü kimi, postneft
dövründə ölkəmizdə qədim və zəngin ənənələri olan
ipəkçiliyin inkişaf
etdirilməsi üçün
bundan sonra da bu sahəyə
dövlət dəstəyi
artırılacaq, bunun
sayəsində də
respublikamıza valyuta
axını güclənəcək,
yeni iş yerləri açılacaq, əhalinin
məşğulluq səviyyəsi
yüksələcəkdir.
Rza Zahid
İki
sahil.- 2017.- 6 iyul.- S.14