Qocaman neftçi
Kamil Akimovun 90 illik yubileyi qeyd olundu
SOCAR-ın
Heydər Əliyev adına Neft
Emalı Zavodunda (NEZ) Azərbaycan SSR-nin neft emali sənayesi
naziri vəzifəsində
çalışmış, Əməkdar mühəndis
Kamil Akimovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Yubiley tədbirində SOCAR-ın birinci
vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə,
Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) prezidenti, akademik
Akif Əlizadə,
SOCAR-ın vitse-prezidentləri David Məmmədov, Xalik Məmmədov, Bədəl
Bədəlov, AMEA-nın
akademik Yusif Məmmədəliyev adına
Neft-Kimya Prosesləri İnstitutunun direktoru,
AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasov, Dövlət Neft Şirkətinin idarə və müəssisə rəhbərləri və
digər qonaqlar iştirak edirdilər.
Tədbir
iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev adına
Neft Emalı Zavodundakı büstünü
ziyarət edərək
önünə gül
dəstələri düzdülər.
SOCAR-ın
emal üzrə vitse-prezidenti David Məmmədov
tədbiri açaraq Əməkdar mühəndis
Kamil Akimovla bağlı xoş təəssüratlarını bölüşdü, yubilyardan
çox şey öyrəndiklərini vurğuladı:
“Neftin emalı sahəsində zəngin təcrübəyə malik
olan Kamil Akimov öz həyat və istehsalat təcrübəsini
gənclərə öyrətməkdən
zövq alır. O, gənclərlə tez-tez görüşür, onlara
öz təcrübəsini
həvəslə öyrədir,
yeni texnika və texnologiyaların istehsalata tətbiqi barədə öz dəyərli təkliflərini
verir. Kamil Akimova cansağlığı,
yaşayıb-yaratmaq arzu
edirəm. Çünki gənc nəsil onun həyat və istehsalat təcrübəsindən hələ
çox bəhrələnəcək.”
Daha sonra K.Akimov haqqında film nümayiş etdirildi.
Kamil Akimov 1927-ci
il iyulun
11-də Sabirabadda doğulub.
O, Bakı Neft Texnikumunu və Azərbaycan Sənaye İnstitutunu bitirib. Bakı Neft Emalı Zavodunun direktoru, Azərbaycan SSR neft emalı sənayesi nazirinin birinci müavini, Azərbaycan SSR
neft emalı sənayesi naziri vəzifələrində çalışıb.
K.Akimov hazırda SOCAR-ın “Ekol Mühəndislik Xidmətləri”
QSC-nin baş direktorunun məsləhətçisidir.
O, “Oktyabr İnqilabı”,
“Qırmızı Əmək
Bayrağı”, “Şərəf
Nişanı” ordenləri
ilə təltif edilib, 2 çağırış
Azərbaycan SSR Ali Sovetinin
deputatı seçilib.
Alimin
10-dan artıq ixtirası,
30-a qədər təklifi
neft emalı sənayesində istifadə
edilir.
AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına
Neft-Kimya Prosesləri İnstitutunun direktoru, kimya elmləri doktoru, professor Vaqif Abbasov fədakar insan, təcrübəli neft emalçısı, yüksək təşkilatçılıq
bacarığı, xeyirxahlığı,
sadəliyi və ziyalılığı ilə
hər kəsə nümunə ola biləcək şərəfli
bir ömür yaşamış Kamil Akimovun həyat və fəaliyyətindən
fəxrlə danışdı.
V.Abbasov yubilyarın neft emalı sənayesi naziri işlədiyi illərdə
bu sahəyə verdiyi töhfələri,
xüsusilə 1970-1980-ci illərdə
ulu öndər Heydər Əliyevin dəstəyi ilə NEZ-də həyata keçirdiyi yenidənqurma
işlərini xüsusilə
vurğuladı: “1970-ci ildə
Azərbaycan Respublikasının
neftayırma sənayesi
naziri vəzifəsinə
təyin olunan Kamil Akimov ulu
öndər Heydər
Əliyevin bilavasitə
rəhbərliyi ilə
neftayırma zavodlarında
yenidənqurma işlərinə
başlayır. Keçmiş
İttifaqın Neft Emalı Sənayesi Nazirliyi üzrə 6 ədəd yüksək məhsuldarlığa malik
ELOU- AVT-6 markalı qurğuların
alınması və onun ikisinin Azərbaycana
verilməsi, dünya neftayırma sənayesi sahəsində yeni texnologiyaya malik 5 katalitik reforminq qurğusunun altıncısının
Azərbaycanda - Bakı
Neftayırma Zavodunda tikilməsi məhz şəxsən ulu öndər Heydər Əliyevin köməkliyi
ilə mümkün olmuşdur. Heydər Əliyevin köməkliyi
və təşəbbüsü
ilə görülən
bu işləri və qazanılan nailiyyətləri, həqiqətən,
Azərbaycanın neft
sənayesi üçün
bir inqilab hesab etmək olar.”
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,
akademik Akif Əlizadə Kamil Akimovun həyat və fəaliyyətindən
söhbət açdı. Bildirdi ki, neft emalı
sənayesində müstəsna
xidmətləri olan bu şəxsiyyət
haqqında günlərlə
danışmaq olar: “Onun həyat tarixçəsi özünün
müəllifi olduğu
“Qara qızılın
Kamillik dövrü” kitabında daha dolğun ifadə olunmuşdur. 90 yaşının
olmasına baxmayaraq, gümrah, ürəyi yaşayıb-yaratmaq həvəsi
ilə çırpınan,
zəngin təcrübəyə
malik olan Kamil Akimov bu
gün də öz qayğıkeşliyi
və işgüzarlığı
ilə seçilir.”
Akademik A.Əlizadə bildirdi ki, ömrün kəşməkəşli yollarında
əzmlə çətinliklərə
sinə gərmiş K.Akimov öz nümunəvi əməyi
sayəsində sənətinin
ən yüksək pilləsinə gəlib çatıb.
SOCAR-ın
birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Kamil Akimovla tələbəlik
illərindən tanış olduğunu
diqqətə çatdırdı.
Akademik X.Yusifzadə təcrübəli mütəxəssis,
neft emalçısı
Kamil Akimovun ayrı-ayrı illərdə
neft-kimya sənayesinin
hazırkı vəziyyəti
və gələcək
perspektivləri ilə
əlaqədar bir çox xarici ölkələrdə - ABŞ, İngiltərə, Fransa,
Yaponiya, Belçika, Bolqarıstan, Macarıstan,
Polşa, İsrail, Türkiyə, İraq, Kuba
və digər dövlətlərdə yaşadığını,
işlədiyini, bir sıra beynəlxalq tədbirlərdə yaxından
iştirak edərək
Azərbaycan Respublikasını
layiqincə təmsil etdiyini vurğuladı.
SOCAR-ın birinci vitse-prezidenti
bildirdi ki, bu
təcrübəli, müdrik
insanın arzu və istəyinin əsasını Vətənə
layiqli xidmət etmək amalı təşkil edir.
Sonra akademik X.Yusifzadə SOCAR-ın Fəxri
fərmanını və
qiymətli hədiyyələri
Kamil Akimova təqdim etdi.
Daha sonra “Ekol Mühəndislik
Xidmətləri” QSC-nin
baş direktoru Ramil Əliyev, Müharibə, Əmək
və Silahlı Qüvvələr Veteranları
Təşkilatının sədr
müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov və digər natiqlər yubilyarla bağlı fikirlərini bölüşdülər. Vurğulandı ki, K.Akimov bu
gün də ən çətin məsələnin həllində,
ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində öz bilik və təcrübəsini
gənclərə həvəslə
öyrədir.
Tədbirin sonunda yubilyar Kamil Akimov tədbirin
təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını bildirdi.
Orxan Vahidoğl
İki sahil.- 2017.- 12 iyul.- S.5.