İlin birinci yarısında
Qəbələyə 52 mindən
çox xarici turist gəlib
Bu il Qəbələyə keçən
ildəkindən daha çox, 200 minə yaxın turistin səfər edəcəyi
gözlənilir
Son illər Qəbələ
rayonunda turizmin inkişafı üçün
görülən işlər,
inşa edilən yeni otel, istirahət
və əyləncə
mərkəzləri, yaradılan
müasir infrastruktur, beynəlxalq mədəniyyət
və idman tədbirləri rayona gələn turistlərin sayının ildən-ilə artmasına səbəb olur. Rayonun əsrarəngiz təbiəti və göstərilən yüksək
xidmət də turistləri cəlb edən vacib amillərdir.
Qəbələ Turizm İnformasiya
Mərkəzinin direktoru
Anar Məhərrəmov
AZƏRTAC-a bildirib ki,
rayon gözəl təbiətinə, sıx
meşələrinə, soyuq
bulaqlarına, mənzərəli
guşələrinə, çay
və göllərinə,
paytaxta yaxın olmasına və burada yaradılan müasir turizm infrastrukturuna görə turistlər üçün daha cəlbedicidir. Otellərdən
verilən məlumata görə, bu il yanvarın 1-dən iyulun 1-dək Qəbələyə
95 min 827 nəfər turist gəlib ki, bunun da
52 min 132-si əcnəbi
olub.
Xarici turistlər
əsasən müsəlman
ölkələrinin vətəndaşlarıdır.
Hesablamalara görə,
Qəbələyə ötən
6 ayda 40 mindən çox ərəb turist gəlib.
Turistlərin istirahətinin mənalı
təşkili üçün
rayonda yüksək şərait yaradılıb.
Hazırda demək olar ki, rayonun
bütün otelləri,
istirahət və əyləncə mərkəzləri
turistlərlə doludur.
Qəbələyə gələn
turistlərin əksəriyyəti
Rusiya, Türkiyə, Ukrayna, Latviya, İran, Birləşmiş
Ərəb Əmirlikləri,
Gürcüstan, Səudiyyə
Ərəbistanı, Pakistan,
Misir, İraq, Qətərdəndir. Qonaqlar
Qəbələnin müasir
otelləri ilə yanaşı, həm də çay və meşə kənarında yerləşən
və sərfəli qiymətə kirayə verilən yüksək şəraitə malik kənd evlərində, kotteclərdə də dincəlirlər. Müxtəlif
turizm şirkətləri
Bakıdan Qəbələyə
endirimli qiymətlərlə
tur-aksiyalar keçirirlər.
Onlar rahat nəqliyyat vasitələri ilə Qəbələyə gələrək
sifariş etdikləri
otellərdə yerləşir,
sonra turizm şirkətinin nümayəndələri
tərəfindən Qəbələnin
tarixi abidələrinə,
müasir istirahət və əyləncə mərkəzlərinə, mənzərəli
yerlərinə tanışlıq səfərləri
təşkil edilir.
Qeyd edək
ki, hazırda rayonda irili-xırdalı
100-ə yaxın turizm-istirahət
obyekti fəaliyyət
göstərir. Həmin
obyektlərdən 20-si beş,
dörd və üçulduzlu otel və müasir istirahət mərkəzləridir.
Bu turizm obyektlərində gün ərzində 3000 qonağı qarşılamaq,
onlara yüksək səviyyədə xidmət
göstərmək mümkündür.
2016-cı ildə Qəbələ
rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub, bunun da
32 min 600 nəfəri
xarici turistlərdir.
Bu il rayona
200 minə yaxın turistin gələcəyi gözlənilir. Rayonda turizmin inkişaf dinamikasına nəzər
salsaq görərik ki, Qəbələyə turist axını hər il yüksələn
templə davam edir. Məsələn,
2008-ci ildə Qəbələyə
14 min 630 turist gəldiyi halda, 2013-cü ildə bu rəqəm
45 mini keçib.
2015-ci ildə Qəbələ
rayonuna gələn xarici və yerli turistlərin sayı 50 min 200 nəfər olub.
İki
sahil.- 2017.- 15 iyul.- S.19.