Milix Yevdayev: Azərbaycanda
hökm sürən tolerantlıq mühiti Avropanın heç yerində yoxdur
Müsahibimiz Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayevdir
- Uğurlarımızın
miqyası baxımından
diqqət çəkən
Azərbaycana xaricdən
baxış keçirəndə
sizdə hansı təəssürat yaranır?
- Azərbaycan ərazisinə, əhalisinin
sayına görə böyük dövlətlər
içərisində kiçik
görünə bilər.
Amma kiçik olmasına baxmayaraq əldə olunan uğurlar çox böyükdür. Bu gün Azərbaycan böyük dövlətlər
içərisində öz
müstəqil siyasəti,
dinamik inkişafı ilə seçilən respublikalardandır.
Hazırkı çağdaş, müstəqil
Azərbaycan dövlətinin
banisi ulu öndər Heydər Əliyevdir. Məhz Ümummilli Liderin
qoyduğu təməl
üzərində Azərbaycan
bugünkü inkişaf
vüsətinə çatmışdır.
25 illik müstəqilliyimiz
ərzində ölkəmiz
hər cəhətdən inkişaf edərək dünya dövlətləri içərisində
öz sözünü
deyə bilən nəhəng dövlətə
çevrilmişdir. Bu
da ölkədə hökm sürən tolerantlığın, multikultural
siyasətin nəticəsində
baş vermişdir. Prezident İlham Əliyev “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”
deyib. Biz yəhudilər uzun əsrlərdən bəri
bu ölkədə yaşadığımız üçün artıq doğmalaşmışıq. Azərbaycan
bizim doğma Vətənimiz, azərbaycanlılar
isə bizimlə qardaş xalqdır. Biz yəhudilər Azərbaycanın ictimai-siyasi,
iqtisadi həyatında
fəal iştirakımızla
daima ölkə Prezidentinə, Azərbaycan
xalqına dəstək
olmuşuq. Ulu öndər Heydər Əliyevin ən böyük əsəri olan Azərbaycan bundan sonra da
işıqlı gələcəyinə
doğru inamla addımlayacaq.
Yarat bir əsər ki, adın ucalsın,
Sən köçüb
getsən də, yerində qalsın.
- Tolerantlığın qorunması
bir çağırış
olub. Beynəlxalq tolerantlıq gününün
qeyd olunması da bunun təsdiqidir. Dünya bu çağırışı
necə cavablandırıb?
-Nümayəndə heyətlərinin
tərkibində Avropa
dövlətlərinin bir
çoxunda səfərdə
olmuşuq. Ulu öndər Heydər
Əliyevin təbirincə
desək, tolerantlıq
xalqın yüksək
mədəniyyətinin təzahürüdür.
Bu xalqın canında,
qanında, iliyində
yüksək mədəniyyət
var. Azərbaycanda yaşayan
bütün millətlər
biri-birinin inancına hörmətlə yanaşır.
Beynəlxalq simpoziumlarda,
konfranslarda heç vaxt ölkə əhalisinin 96 faizinin müsəlman olmasının
vurğulandığının şahidi ola
bilməzsiniz. Biz yəhudilər uzun əsrlərdən bəri
bizə miras qalan adət-ənənələrimizdən
heç nə itirməmişik. Ümumiyyətlə, belə bir təkamül
var ki, bir
millət, azsaylı xalq illər keçdikcə yerli əhali ilə qaynayıb-qarışır və
özlərinə məxsus
milli mənəvi dəyərləri unudur.
Lakin yəhudilər öz adət-ənənələrini nəinki itirib, hətta daha da zənginləşdirib. Yəhudilərlə azərbaycanlıların mentalitetləri
də eynidir. Mətbəximiz də, musiqimiz
də oxşardır.
Bizim heç bir toyumuz Azərbaycan musiqisi olmadan keçmir. Ona görə də
tam əminliklə deyə
bilərəm ki, bu gün Azərbaycanda
hökm sürən o
tolerantlıq mühiti
Avropanın heç yerində yoxdur. Axtarsanız
da tapa bilməzsiniz.
Mən deyə
bilmərəm ki, fransızlar yəhudilərə
pis baxırlar. Əsla!
Fransada
600 minə qədər
yəhudi yaşayırdı.
Bir hadisəni qeyd edim ki, Fransada
səfərdə olanda
bizi xəbərdar etdilər ki, nəbadə qiyafədə
gəzəsiniz. Bu, təhlükəsiz deyil.
Mən İngiltərədə birinci
dəfə yəhudi görəndə o qədər
sevinmişdim ki, o sevinci sizə təsvir edə bilmərəm. Avropa ölkələrində
heç bir yəhudini tam qiyafədə
görə bilməzsiniz. Bir dəfə Fransa
səfərimiz zamanı
həmin ölkənin
ravvini baş tutan görüşdə
etiraf etdi ki, biz küçədə
fransız, evdə yəhudiyik. Amma mən cavabımda dedim ki, biz elə
küçədə də,
evdə də yəhudiyik. Səhəri gün sinaqoqa
getdik. İnanın ki, o sinaqoq silahlı əsgərlərlə
qorunurdu. Avropanın ən
“demokratik” dövlətində
olan bugünkü tolerantlıq budur. Və yaxud İsveçdə, İsveçrədə ... Bu ölkələrin
heç birində təhlükəsizlik tam təmin
olunmur. Burada nə fransızların,
nə də digər Avropa dövlətlərində yaşayan
xalqların təqsiri
yoxdur. Təqsir dövlətin özündədir
ki, öz vətəndaşlarını qoruya,
təhlükəsizliyini təmin
edə bilmir. Ona görə də biz harada olmağımızdan
asılı olmayaraq Azərbaycanın bugünkü
həqiqətlərini dünyaya
çatdırmalıyıq. Çünki çoxları bu
həqiqətləri bilmir.
Bilənlər isə qıcıqlanır.
Düşünürlər ki, Yaxın Şərqə, “Ərəb
baharı”na baxanda Azərbaycanda niyə belə sakitlik olmalıdır? Niyə belə sülh, əmin-amanlıq olmalıdır?
Müdriklərin sözüdür:
paxıl ölür, amma paxıllıq ölmür. Demək istəyirəm ki,
qısqanclıq həmişə
olub və yenə də var.
-Ramazan ayı münasibətilə iftar
mərasimində səsləndirdiyiniz
bu fikirlərə bir daha qayıtmaq
istərdim, dünəninə
baş əyməyən
sabahını tapa bilməz...
- Bu fikirləri müdriklərimiz
deyiblər. Həqiqətən də elədir.
Xoşbəxt o insandır ki,
evində xoşbəxtdir.
Azərbaycan isə bizim
evimizdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər
Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından
sonra Azərbaycan inkişaf etməyə başladı. Azərbaycanın bugünkü inkişafı
Ümummilli Liderin qoyduğu təməl üzərində qurulub.
Ulu öndər Heydər Əliyevin tolerantlıq, multikultural mühitin yaradılmasında əsas
meyarları işləyirsə,
demək biz gələcəyə
xoş nəzərlərlə
baxa bilərik. Çünki sabahımız bizdən
güc, qüvvət,
inkişaf istəyir.
-Bu gün dünya dövlətlərini, təşkilatları
ayağa qaldıran Alxanlı hadisələrini
necə şərh edərdiniz?
-Terror yəhudi xalqı üçün yeni bir şey deyil.
II Dünya müharibəsi
zamanı 6 milyonluq Yəhudi xalqı terrora məruz qaldı. Bütün Holokost qurbanları
hesaba alınarsa, həyatını itirənlərin
sayı bəzi alimlərə görə
17 milyon nəfərə
qədər qalxa bilər. Deyirlər ki, haqqa şər atdılar, şərə düşdü.
Şərə şər atdılar,
yerə düşdü.
Azərbaycana da şər atıblar.
Azərbaycan da şərə düşüb. Və 30 ilə
yaxındır ki, bu şərdən qurtula bilmir. Bunun başlıca səbəbi
də dünyada mövcud olan ikili standartlardan qaynaqlanır. Mənfur qonşularımızın
ən böyük xəstəlikləri torpaq
xəstəliyidir. Allahın
yaratdıqlarına göstərdiyi
yol belədir: Ey Adəm övladı,
əgər mənim verdiklərimə qane olsan sənin canını rahat eyləyərəm. Əgər qane
olmasan, elə xəstəliyə düçar
olarsan ki, nə qədər qaçsan da mənim verdiyim qismətdən artıq əldə edə bilməzsən.
İndi bu ermənilərin
də xəstəliyi
harda olurlarsa olsun torpaq xəstəliyidir.
O düşmənlərin gözünü
torpaq tutmayınca, onlar torpaqdan doymazlar.
Füzuli rayonunun Alxanlı kəndində baş verən terror müharibənin
heç bir qanununa sığmır. Mən sual
verirəm. Dinc əhali
olan yerdə hərbçilərin hücumu
kimə və nəyə lazımdır?
Bunları ancaq insanlıq
simasını itirən
vəhşi insan edə bilər. O məsum körpənin, onun nənəsinin nə günahı var idi? Nə qədər
ki terroristlər layiqli cəzalarını
almayıblar bu terrorlar davam edəcək. Amma alacaqlar! Sadəcə vaxt lazımdı, mütləq alacaqlar...
Şəmsiyyə Əliqızı
İki
sahil.- 2017.- 18 iyul.- S.13.