Müasir media milli-mənəvi
dəyərlərin təbliğində
mühüm rol oynayır
İyulun 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində
“Müasir mediada ailə, qadın və uşaq məsələləri” mövzusunda
konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli
Mətbuat Günü
münasibətilə keçirilən
konfransda çıxış
edən komitənin sədri Hicran Hüseynova Azərbaycanın
inkişaf tarixində
mətbuatın özünəməxsus
yeri olduğunu qeyd edib. Diqqətə
çatdırılıb ki,
ötən 25 il ərzində bütün
sahələrdə olduğu
kimi, media sahəsində də mühüm irəliləyişlər
baş verib. Bu, ilk növbədə
dövlətimizin başçısının
müstəqil mətbuatın
formalaşmasına və
inkişafına göstərdiyi
diqqət və qayğı nəticəsində
mümkün olub. Ailə və milli-mənəvi dəyərlərin təbliği,
qadınların fəallığının
artırılması, uşaq
hüquqlarının müdafiəsi,
habelə məişət
zorakılığının, erkən nikahların qarşısının alınması
və digər istiqamətlərdə görülən
işlər mətbuat orqanlarında geniş şəkildə
işıqlandırılır.
Konfransda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi
məsələlər şöbəsinin
müdir müavini Ərəstun Mehdiyev bildirib ki, milli
mətbuatımız yarandığı
gündən cəmiyyəti
düşündürən, onun mənafeyinə uyğun maarifləndirmə
işləri aparır.
Mətbuatın mədəniyyət
və təhsilin inkişafındakı rolunu
yüksək qiymətləndirən
Ərəstun Mehdiyev deyib: “Mətbuat xüsusən cəmiyyət
üçün ağrılı
problemlərin aradan qaldırılmasında əlindən
gələni əsirgəməyib.
Azərbaycan mətbuatı
hər zaman xalqla bağlı olub, onun tərəqqisi
naminə var gücü ilə çalışıb. Müstəqillik illərində mətbuat Azərbaycan dövlətçiliyinin
inkişafında, qarşıya
çıxan problemlərin
həllində mühüm
rol oynayıb. Ölkəmizdə jurnalistlərin
məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində də ardıcıl addımlar atılır. 2013-cü ildə
Prezident İlham Əliyevin təşəbbüsü ilə KİV işçiləri üçün
tikilmiş ilk yaşayış binası
istifadəyə verilib.
Sevindirici haldır ki, bu gün
növbəti binanın
açılış mərasimi
keçirilib və üçüncü binanın
təməli qoyulub. Bu, Azərbaycan Prezidentinin mətbuata diqqət və qayğısının daha
bir bariz nümunəsidir".
Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna nəzər salan Milli Televiziya
və Radio Şurasının sədr
müavini Sona Vəliyeva qeyd edib ki, jurnalistlərimiz
milli və dini dəyərlərə
bütün dövrlərdə
hörmətlə yanaşıblar.
Təsadüfü deyil
ki, dövlət müstəqilliyinin bərpasından
sonra ölkəmizdə
KİV-lərin sayı
sürətlə artıb.
“Biz bu gün
həyatımızı informasiyasız
təsəvvür etmirik.
Odur ki, bu bayram təkcə
jurnalistlərin yox, bütün xalqın bayramıdır. Azərbaycan
mətbuatı şanlı
tarixə malikdir və biz bununla
fəxr edirik. Bu gün mətbuatımız
inkişaf yolundadır.
Bu inkişafın daha da sürətlənməsi
üçün Azərbaycan
dövləti hər bir dəstəyi göstərir. Ölkəmizdə
mətbuat və söz azadlığı təmin edilib. Biz hamımız bu azadlıqdan məsuliyyətlə istifadə
etməli, cəmiyyətin
inkişafına, milli-mənəvi
dəyərlərin qorunmasına
və zənginləşməsinə
öz töhfəmizi
verməliyik”, - deyə
Sona Vəliyeva vurğulayıb.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli
ölkəmizdə KİV üçün
yaradılan imkanlardan danışıb, jurnalistlərin
sosial-məişət şəraitinin
yaxşılaşdırılması, hüquqlarının qorunması
istiqamətində mühüm
işlərin görüldüyünü
diqqətə çatdırıb.
Konfransda “ASAN Radio”nun dəstəyi ilə ailə, qadın və uşaq məsələlərinin
mediada işıqlandırılması
ilə bağlı keçirilmiş sorğunun
nəticələri açıqlanıb.
Sonda mediada
ailə, qadın və uşaq məsələlərinin peşəkar
işıqlandırılmasına görə jurnalistlərə
diplom və mükafatlar təqdim edilib. Mükafat alanlar sırasında
AZƏRTAC-ın əməkdaşı
da var.
İki
sahil.- 2017.- 21 iyul.- S.7.