Binəqədidə 22 İyul - Milli Mətbuat Günü qeyd edilib

Binəqədi rayonunda 22 İyul - Milli Mətbuat Günü münasibəti iləBinəqədi Bələdiyyələri hesabat veriradlı tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev, “İki sahilqəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadə, “Səsqəzetinin baş redaktoru Bəhruz Quliyev, RİH başçısı Aparatının şöbə müdirləri Ramiz Göyüşov Elman Dadaşov, Binəqədi rayonunun bələdiyyə sədrləri, bələdiyyə üzvləri bələdiyyə qulluqçuları, bələdiyyələrin Məhəllə Komitələrinin sədrləri, seçicilər, KİV nümayəndələri Bakı şəhərinin digər rayonlarının bir sıra bələdiyyə sədrləri iştirak ediblər.

Tədbir ilk öncə aparıcı tərəfindən açıq elan edilmiş Milli Mətbuat Gününün tarixi haqqında məlumat verilib.

Daha sonra Binəqədi bələdiyyələri hesabat xarakterli çıxışlarını təqdim ediblər. Belə ki, “Bələdiyyələrdə vergi ödəyiciləri ilə aparılan işin vəziyyəti: nailiyyətlər problemlərmövzusunda M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, “Seçici məmnunluğu bələdiyyələrin fəaliyyətinin prioritet sahəsi kimimövzusunda Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, “Bələdiyyələrin beynəlxalq əlaqələrimövzusunda Binəqədi qəsə Bələdiyyəsinin sədri Aytac Əliyeva, “Bir bələdiyyə-bir layihə”si çərçivəsində Binəqədi bələdiyyələrində görülən işlər Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev geniş məlumat veriblər.

Sonra tədbirdə çıxış edənlər AzTV-nin əməkdaşı Firuzə Nadir Belediyye.info saytının redaktoru Vüqar Tofiqli bildiriblər ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkədə azad, demokratik güclü mətbuat vardır. Hazırda müstəqil mətbuatın formalaşması inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra natiqlər Binəqədi rayonunda media qurumları ilə işin peşəkar səviyyədə qurulduğunu artıq media nümayəndələrinin rayon ərazisində görülən işlər barədə məlumatları rayonun sosial şəbəkələrdəki səhifələrindən, internet saytından operativ şəkildə əldə edə bildiklərini qeyd ediblər, məlumatların peşəkar səviyyədə hazırlanması informasiya mübadiləsinin operativliyinin təmin olunmasına görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonra çıxış edənlər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev öz çıxışlarına 22 İyul- Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik etməklə başlayıblar. Natiqlər vurğulayıblar ki, ölkəmizdə söz mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət qayğı göstərilir. Çıxışını davam etdirən natiqlər qeyd etdilər ki, Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabinin onun yaratdığı Əkinçi qəzetinin müstəsna rolu əhəmiyyəti vardır. Milli mətbuatın inkişafı çiçəklənməsi isə məhz Ulu Öndərin hakimiyyəti dövrünə təsadüf edir. Bu gün ölkə rəhbərliyi tərəfindən bu siyasət uğurla davam etdirilir. Ölkə mətbuatının inkişafı sahəsindəazad söz azad cəmiyyətin təməl daşıdırprinsipi əsas meyar kimi qəbul edilir.

Tədbirin rəsmi hissəsi Milli Mətbuat Günü ilə bağlı bir neçə media nümayəndələrinin televiziya əməkdaşlarının Fəxri fərmanla təltif edilməsi ilə bitib.

Tədbirin bədii hissəsi konsert proqramı ilə davam etdirilib.

Iki sahil.- 2017.- 22 iyul.- S.12.