İxracyönlü məhsul olan pambıqçılığın inkişafına diqqət artır

 

Pambıqçılıq respublikamızın əsas sərvətlərindəndir, xalqımızın şərəfidir, şöhrətidirsöyləyən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə böyük inkişaf yolu keçmiş, ölkəyə Qırmızı bayraqlar qazandıran sahələrdən biri də pambıqçılıq idi.

Ulu Öndərin hakimiyyətə gəldiyi 1969-cu ildə respublikada pambıq istehsalı 300 min ton idisə 1981-ci ildə, yəni on ildə məhsuldarlıq üç dəfədən çox artaraq 1 milyon 15 min tona çatmışdı. “Qara qızıladlandırılan, Azərbaycana şöhrət gətirən neftlə eyni səviyyədə dəyərləndirilərək qızılkimi şəninə mahnılar qoşulan pambıqçılıq ölkəmizə şan-şöhrət qazandırdı. Amma ümummilli lider Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra hər sahədə olduğu kimi, pambıqçılıqda da tənəzzül hiss olundu. Əgər o illərdə 300 min hektarda pambıq əkilirdisə sonralar bu rəqəm 18 min hektar oldu.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbulu ilə iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında əsaslı dönüş yaradıldı, aqrar islahatların tətbiqi sayəsində yerli istehsalın həcmi artırıldı. Strateji əhəmiyyətli ixracyönümlü məhsul olan pambıqçılığın inkişafına da diqqət artırıldı.

Bəllidir ki, pambıqçılığın inkişafı təkcə iqtisadi deyil, eyni zamanda sosial məsələdir. Respublikamızın pambıqçılıqla məşğul olan 24 rayonunda bu qiymətli məhsulun aqrotexniki qaydalar üzrə əkilib becərilməsi ilə məşğul olan 70 minə yaxın insanın işlə təmin olunması bölgələrdə əhalinin məşğulluq səviyyəsinin artırılmasına müsbət təsir göstərir. Son 13 ildə ölkəmizdə 1 milyon 500 mindən çox yeri yaradılıb ki, pambıqçılıqda çalışanlar bu statistikada çoxluq təşkil edir. “Əlbəttə, elə ixrac məhsulları var ki, onlar üçün bazarlar axtarmaq lazım deyil. Onlardan biri pambıqdır, birjalarda satılır. Ancaq meyvə-tərəvəz digər məhsulların ixracı üçün biz indidən işləməliyik, planlar qurmalıyıqsöyləyən Prezident İlham Əliyevin son illərdə pambıqçılığın inkişafına göstərdiyi diqqət müsbət nəticəsini göstərməkdədir. Bu qiymətli məhsulun satışı ölkəyə 24 milyon dollar valyuta qazandırıb.

 

Biz pambıqçılığın şöhrətini bərpa etdik. Artıq pambıqçılıqla məşğul olmaq istəyənlərin sayı artır. Bu, pambıqçılıq rayonlarında işsizliyi demək olar ki, tamamilə aradan qaldırmaq üçün yaxşı şərait yaradır. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük edilmişdisə, keçən il bu rəqəm təxminən 90 min tona çatıbdır. Keçən il 51 min hektarda pambıq əkilmişdisə, bu il 136 min hektarda pambıq əkilibdir. Biz əkin sahələrini təqribən 3 dəfə artırmışıq. Əgər biz orta məhsuldarlığı 20 sentner götürsək, bu il 260-270 min ton pambıq gözlənilə bilərsöyləyən Prezident İlham Əliyevin tövsiyələrinə əsasən pambıqçılıqda çox ciddi dönüş yaranıb.

 

Qiymətli məhsul kimi dünya birjalarında satılan pambıq Mingəçevir Yüngül Sənaye Parkının fəaliyyəti üçün potensial bazadır. Yaxın illərdə Mingəçevirdə bir neçə zavod fabrikin yaradılması nəzərdə tutulur. Oraya qoyulacaq sərmayənin həcmi yüz milyon dollar həcmində müəyyənləşdirilir. Həmin müəssisələrin inşasında minlərlə insan işləyəcək. Zavodların fəaliyyətini təmin etmək üçün birinci mərhələdə 2 min, sonrakı mərhələdə isə 7 min yeri açılacaq. İstifadəyə verilən obyektlərdə pambıq-iplik, yun-iplik fabrikləri, digər fabriklər yaradılacaq. O fabriklərin əsas xammal bazası pambıqçılıq olacaq. Bu baxımdan Azərbaycan brendi ilə dünya bazarlarına çıxarılan pambığın ixracında problem yoxdur.

 

Pambığın alış qiymətinin 40 qəpikdən 50 qəpiyə qaldırılması isə bu sahəyə marağı artırmaqla, çəkilən zəhmətə verilən dəyərdir. Əkin sahələri genişləndikcə bu gün 100 min nəfərin yeri olan pambıqçılıqda çalışanların sayı da artacaq. “Əgər biz gələcəkdə 200 min hektarda pambıq əkəcəyiksə, bu, təqribən 350-400 min insanın işlə təmin edilməsi deməkdirsöyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, pambıqçılığın sürətli inkişafı, məhsuldarlığın artırılması, sahələrdən toplanılması üçün ehtiyac duyulan kənd təsərrüfatı texnikasının, pambıqyığan kombaynların alınması da əsas məsələlərdəndir.

 

Təsadüfi deyil ki, pambıqçılığın inkişafı ilə bağlı uzunmüddətli strategiyada məhsuldarlığı sürətləndirəcək istiqamətlər dəqiqləşdirilir. “İlkin hesablamalar onu göstərir ki, əgər biz bu yolla getsək, - əlbəttə, gedəcəyik, - lazımi maliyyə təminatı olarsa, 2020-ci ildə təqribən 200 min hektarda pambıq əkə bilərik. Yəni, biz bunu əsas hədəf kimi götürərək bütün lazımi işləri bu istiqamətdə aparmalıyıqsözləri ilə yaxın müddətdə pambıqçılığın inkişafını sürətləndirəcək ən vacib məqamları diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayır ki, pilot sistemin tətbiqi ilə məhsuldarlığı 35-45 sentner səviyyəsinə qaldırmaq mümkün olacaq.

 

Yəni, hədəf kimi müəyyənləşdirilən 2020-ci ildə 200 min hektarda pambıq əkiləcəksə bunun minimum üçdəbir hissəsi pilot sistemi ilə təmin edilməlidir. Bu üsulun tətbiqi ilə məhsuldarlıq artdığı kimi çəkilən zəhmət üçün əldə olunan gəlir çoxalacaq.

 Hesablamalar da göstərir ki, 200 min hektardan 700 min ton pambıq yığmaqla itirilmiş şöhrəti bərpa etmək mümkündür. Bunun üçün əkin becərmədə, melorasiya tədbirlərində bütün proseslər aqrotexniki tələblərə uyğun aparılmalı, texnologiyadan səmərəli istifadə edilməlidir. Məhsuldarlığın artırılması üçün torpaq fondundan səmərəli istifadə olunmalı, növbəli əkin sistemi tətbiq edilməli, subsidiyalar yığılan məhsula görə verilməlidir.

 

 Pambıqçılığı inkişaf etdiririk ki, insanlar daha da yaxşı yaşasınlar, daha da yaxşı pul qazansınlar. Biz regional bazarlara çıxırıq. Amma Azərbaycanda elə məhsul istehsal edilməlidir ki, bazarlardan asılı olmasın. Bax, pambıq o məhsullardandır. Çünki dünya birjalarında satılır. Pambığın hansısa birbaşa alıcısı yoxdur, dünya birjasında satılır. Çünki daha idxaldan asılı olmayacağıq məhsul ixrac edəcəyik. Ona görə, pambıqçılıq bu sıradan olan məhsuldur. Biz çalışmalıyıq ki, daha çox məhsul yetişdirək, xarici bazarlara sataq, həm mahlıc, həm hazır məhsul formasındasözləri ilə pambıqçılığın səmərəli sahə olduğunu bildirən Prezident İlham Əliyevin diqqət qayğısı eyni zamanda sahibkarlara göstərilən dəstəkdir.

 

Xuraman İsmayılqızı

İki sahil.- 2017.- 26 iyul.- S.10.