Cənab Prezidentimizin hədiyyəsindən mənə pay düşdüyü üçün xoşbəxtəm

Müsahibimiz Əməkdar jurnalist Mətanət Ağamirlidir

 

-  Mətanət xanım, bəlkə söhbətimizin əvvəlində mətbuatımızın bu gününə bir nəzər salaq?

- Hər kəs 90-cı illərin bu günlərində  mətbuatın gündəmini yaxşı xatırlayır.  Həmin tarixə qısa nəzər salsaq,  deyə bilərəm ki, dövlət müstəqilliyimizi yenidən bərpa etdikdən sonrakı  2 ildə  digər sahələr kimi, Azərbaycan mətbuatı da  çox gərgin bir durumda idi. Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bütün sahələrdə yeni bir mərhələnin əsasını qoydu. Ümummilli Lider ilk olaraq xilaskarlıq missiyasını yerinə yetirdi, Azərbaycanı parçalanmaq, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Bu missiyanı yüksək səviyyədə yerinə yetirən ulu öndər Heydər Əliyev ölkədə sabitliyi təmin etməklə iqtisadi inkişafa geniş yol açdı. İqtisadi tərəqqi isə öz növbəsində digər sahələrdə uğurlu addımların atılmasını şərtləndirdi. Qarşıda duran əsas məsələlərdən biri demokratiyanın inkişafı, azad sözün bərqərar olması idi. Bu da Azərbaycan mətbuatının azadlığını təmin etməkdən keçirdi. Bu baxımdan düşünürəm ki, məhz ümummilli liderimiz Heydər Əliyevin ən böyük xidmətlərdən biri  Azərbaycan mediasının bugünkü inkişafına yol açan addımları gerçəkləşdirməsi oldu.  Senzuranın ləğvi, kütləvi informasiya vasitələrinin inkişafı, azad sözün təminatı üçün həyata keçirilən layihələr Ulu Öndərin şəxsən media nümayəndələrinə olan dəstəyi, nəticə etibarilə Azərbaycan mediasının bu gün gördüyümüz  inkişaf səviyyəsinə təminat idi. Mən bir neçə il Ulu Öndərin xarici səfərlərində jurnalist kimi iştirak etmişəm. Hər səfərdə Ulu Öndərin jurnalistlərə necə böyük diqqət qayğı ilə yanaşdığının şahidi olmuşam. Bu gün Ümummilli Lideri  çox böyük  hörmətlə, sevgi ilə,  məhəbbətlə anıram. Azərbaycan mətbuatı onun qoyduğu möhkəm təmələ əsaslanaraq, bu gün inkişafın ən mühüm mərhələsini yaşayır.

 

- Jurnalist əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bir jurnalist olaraq bu diqqət qayğını özünüzün timsalında necə şərh edərdiniz?

 

- 90-cı illərin əvvəllərində ali məktəbdə  oxuyarkən eyni zamanda  qəzetdə   fəaliyyət göstərirdim.  Fəaliyyətimə ilk olaraq  korrektor kimi başlamışam.  Ali məktəbi bitirdikdən  sonra da fəaliyyətimi öz ixtisasıma uyğun olaraq davam etdirdim. Yəni bildirmək istəyirəm ki, bu peşəyə təsadüfən gəlməmişəm.  1999-cu ildəBizim əsr  qəzeti nəşr olunurdu mən bu mətbu orqana  dəvət alaraq fəaliyyətə başladım. “Bizim əsr”də çalışdığım zamanLider  televiziyası yarandı.  2000-ci ilin sentyabrındaLiderteleviziyası efirə vəsiqə qazandı mən həmin ildən bu günə qədər bu kanalda   fəaliyyət göstərirəm. Müxbir, aparıcı, redaktor kimi çalışmışam,   müxtəlif proqramların müəllifi, aparıcısı olmuşam.  Siyasi-ictimai çəkisi olan proqramlarda fəaliyyət göstərmişəm. Hər zaman ciddi sferada,  Xəbərlərproqramında çıxış etmişəm.  Həmin illərdə kifayət qədər uğurlarım  var. O uğurlarımın təsdiqi əməyimə verilən  mükafatlardır.  Heydər Əliyev Fondu ilə Ailə, Qadın Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin  birgə keçirdikləri layihələrə, müxtəlif proqramlara,  həmçinin müxtəlif jurnalist təşkilatlarının keçirdiyi sorğulara əsasən  verilən mükafatları dövlətimizin başçısı İlham Əliyevin  2016-cı ildə Azərbaycan Televiziyasının 60 illiyi, Azərbaycan radiosunun 90 illiyi münasibətilə imzaladığı sərəncamlara əsasənƏməkdar jurnalist  adına layiq görülməyimi xüsusi qeyd etmək istərdim. Ən böyük sevinci isə bu günlərdə yaşadım. Dövlətimizin başçısı İlham Əliyevin jurnalistlərə ünvanlanan ev hədiyyəsindən mənə pay düşdü.

 

Azərbaycan mətbuatının 142-ci ilində  255 jurnalist bu sevinci yaşadı. Əlbəttə ki, bütün bunlar qürurvericidir. Düşünürəm ki, illərdir zəhmət çəkən, eyni sahədə illərini verən, vicdanla, şərəflə, namusla, qeyrətlə müstəqil dövlətinə, Vətəninə, xalqına xidmət edən insanlar  buna layiq görülüb. Siz Azərbaycan mediasının bu gününü qeyd etdiniz. Azərbaycan mediasının bu günü göz qarşısındadır. Azərbaycan jurnalistikasının inkişafında  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun vasitəsilə həyata keçirilən layihələri xüsusi vurğulamaq istərdim.  Bütün bunlar dövlətin mətbuatın inkişafına, söz azadlığına qayğısının göstəricisidir.

 

- Hər bir diqqət qayğı eyni zamanda, bir məsuliyyətdir. Sizə göstərilən bu etimad məsuliyyətinizdə kimi yeniliklər edəcək?

 

- Zamanla mənə göstərilən etimadı doğrultmaq üçün səylərimi əsirgəməmişəm.  Bu sadəcə çalışdığım peşə ilə deyil,  vətəndaşlıq mövqeyimlə sıx bağlıdır.  Bir jurnalist kimi dövlətin media nümayəndələrinə  göstərdiyi bu diqqət, qayğıya cavab olaraq  yenə sədaqətlə dövlətimə, xalqıma xidmət edəcək, müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsinə, çiçəklənməsinə öz töhfəmi verməyə səy göstərəcəyəm.

 

Şəmsiyyə Əliqızı

İki sahil.- 2017.- 27 iyul.- S.15.