Naxçıvan Dövlət Universitetində
Azərbaycan əlifbası
və Azərbaycan dili günü qeyd olunub
Xalqın milliliyini, mənəvi
dəyərlərini, mədəniyyətini,
ədəbiyyatını yaşadan,
inkişaf etdirən onun dilidir.
Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsindən
AZƏRTAC-a bildiriblər ki,
bu fikirlər universitetdə 1 avqust - Azərbaycan əlifbası
və Azərbaycan dili günü münasibətilə keçirilən
elmi-praktik konfransda səsləndirilib.
Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki,
Azərbaycan əlifbası
və Azərbaycan dili günü ümummilli lider Heydər Əliyevin 2001-ci
il avqustun 9-da imzaladığı “Azərbaycan
əlifbası və Azərbaycan dili gününün təsis
edilməsi haqqında”
Fərmanına əsasən qeyd edilir.
Rektor bildirib ki, Ulu Öndərin
əsasını qoyduğu
dövlət dili siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Dövlətimizin başçısının
2004-cü il yanvarın
12-də imzaladığı “Azərbaycan dilində latin qrafikasi ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”
Sərəncamı, 2013-cü il aprelin 9-da imzaladığı Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı” Azərbaycan dilinə və dilçiliyinə diqqət və qayğının ifadəsi
olmaqla, həm də bu sahədə
görüləcək mühüm
işlərin müəyyənləşdirilməsinə
və həyata keçirilməsinə şərait
yaradıb.
Jurnalistika və
dünya ədəbiyyatı
kafedrasının dosenti
İman Cəfərli
“Molla Nəsrəddin jurnalı və Azərbaycan dili” mövzusunda çıxışında
molla nəsrəddinçilərin
ana dilinin saflığının qorunması
istiqamətində apardığı
gərgin mübarizədən
danışıb. Qeyd
olunub ki, jurnal ana dili
uğrunda mübarizənin
başında dayanıb,
ana dilində yazmağın və danışmağın canlı
klassik nümunəsinə
çevrilib.
“Dilimiz ali
varlığımızdır” mövzusunda çıxış
edən fənlərin
tədrisi metodikası
və texnologiya müəllimliyi kafedrasının
dosenti Mehriban Quliyeva dünyada 6700-ə
yaxın dil olduğunu qeyd edib. Vurğulayıb ki, Azərbaycan
dili öz təmizliyini qoruyub saxlayıb. Çıxışda
son dövrlərdə
dilimizə keçən
lazımsız söz
və ifadələrdən
qorunmağın və
gənc nəslə öz dilimizin zənginliklərini sevdirməyin
vacibliyi diqqətə
çatdırılıb.
Iki sahil.-
2017.- 28 iyul.- S.14.