Azərbaycanda uşaq
hüquqlarının təmin olunması dövlətin
qarşısında duran əsas məqsədlər
sırasındadır
Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova
- Hicran xanım, məlum olduğu kimi hər il
1 iyun tarixi dünyada Uşaqların Beynəlxalq Müdafiəsi
Günü kimi qeyd olunur. Azərbaycanda dövlət uşaq
siyasətinin əsas prinsipləri nədən ibarətdir?
- Hər bir xalqın, dövlətin ən
böyük və qiymətli sərvəti uşaqlardır.
Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş
kimi böyütmək çətin və məsuliyyətlidir.
Gənc nəslin vətənpərvərlik, tariximizə, milli köklərə
bağlılıq, böyüklərə yüksək ehtiram və mənəvi zənginlik duyğuları ilə tərbiyə olunması,
onların şəxsiyyət və
vətəndaş kimi
formalaşması üçün ailə də, dövlət də məsuliyyət daşıyır. Buna görə də
Azərbaycanda uşaq məsələlərinə
dövlət tərəfindən
həmişə diqqət
yetirilir. Əsası
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş, bu gün isə möhtərəm Prezidentimiz
İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq
siyasəti milli strategiyaya çevrilib. Azərbaycan
Respublikasının dövlət uşaq siyasətinin
başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil
və yüksək standartlara cavab verən tibbi xidmətlərlə
təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə
olunması, yüksək mənəvi və sosial mühitdə
böyüməsi üçün zəruri şəraitin
yaradılması, şəxsiyyət və layiqli vətəndaş
kimi formalaşmasıdır.
Azərbaycanda həmişə uşaqlara məhəbbətlə
yanaşılıb, onların sağlam və gümrah, eyni
zamanda, savadlı və vətənpərvər böyümələri
üçün hər cür şərait yaradılır. Hətta müstəqilliyimizə çox
mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə
nail olmağımıza baxmayaraq, dövlətimiz
üçün uşaq hüquqlarının müdafiəsi
hər zaman prioritet olub. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən
biri “Uşaq Hüquqları haqında Konvensiya”dır. Beynəlxalq müqaviləyə ölkənin
qoşulması uşaq hüquqlarının müdafiəsi
sahəsində milli qanunvericilikdə təkmilləşdirmə
işinin aparılmasına, yeni mexanizmlərin
yaradılmasına və uşaqlara qarşı
zorakılıqla mübarizəyə ünvanlanan ümumi
prinsiplərin formalaşdırılmasına təkan
vermişdir.
Hazırda ölkədə iki
milyon altı yüz minə yaxın uşaq var. Ölkədə
vahid dövlət uşaq siyasətini
həyata keçirən dövlət qurumu kimi, Komitəmiz
mütəmadi olaraq, müxtəlif layihələr həyata keçirir. Bu tədbirlər qaçqın və məcburi köçkün
uşaqlar üçün xidmətlərin təminatına,
böyüməkdə olan nəslin
sağlamlığına, təhsilinin inkişafına,
hüquqlarının müdafiəsinə, uşaq
iştirakçılığına yönəlmişdir.
- Azərbaycan torpaqlarının bir hissəsi
Ermənistan tərəfindən işğal olunub. Bunun nəticəsində
də 1 milyondan çox insan doğma torpaqlarından
qaçqın və məcburi köçkün vəziyyətinə
düşüb. Qaçqın-köçkün həyatından
uşaqlar da əziyyət çəkir. Dövlətimizin bu
uşaqlara olan qayğısı haqqında nə deyə bilərsiniz?
- Azərbaycan uşaqları bu
gün dövlətin və cəmiyyətin hərtərəfli
qayğısı ilə əhatə olunsa da, təəssüf
ki, uşaqların bir qisminin - qaçqın və məcburi
köçkün uşaqlarının illərdən bəri
doğma torpaqlarda, doğma ev-eşiklərində azad, sərbəst
yaşamaq hüququnu təmin etmək indiyədək
mümkün olmur. Doğrudur, bu hüquqlar dünyada heç
kim tərəfindən inkar edilmir, Azərbaycanın ərazi
bütövlüyü hamı tərəfindən qəbul
olunur. Amma Azərbaycan uşaqlarının
hüquqlarını pozmuş, onları öz doğma
yurd-yuvasından didərgin salmış təcavüzkar Ermənistan
Respublikası hələ də beynəlxalq hüququn tələbləri
ilə hesablaşmayaraq işğal etdiyi əraziləri azad
etmək istəmir. Bu hərbi münaqişə zamanı
yüz doxsan üç uşaq qətlə
yetirilmişdir, yaralanan
uşaqların sayı isə yüzlərlədir. Dövlətimiz münaqişə müddətində
210 uşağın əsir və girovluqdan azad edilməsinə
nail olmuşdur. 61 uşaq itkin düşmüş,
27 uşaq isə hələ də
əsirlikdədir. Əfsuslar olsun ki,
1994-cü ildə atəşkəs
rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda
uşaqları qətlə yetirilməsi faktları qeydə
alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni
terrorunun qurbanı olmuşdur. Onlardan 13-ü həlak
olmuş, 19-u isə yaralanmışdır. Ədalətsiz,
ikili standartların əsiri olan dünyada körpələrin
fəryadını eşidən, onların səsinə səs
verən yoxdur. Ümid etmək istərdik ki, Azərbaycanın
bu qaçqın-köçkün balaları yaxın, lap
yaxın vaxtlarda özlərinin bu gözəl bayramlarını doğma
yurdlarında qeyd edəcəklər. Buna dünyanın
bütün uşaqları kimi onların da haqqı var! Və
bu arzunun gerçək olması üçün ölkə
başçısı cənab İlham Əliyev çox
mühüm addımlar atır.
Azərbaycanın
Birinci vitse-prezidenti kimi
xanım Mehriban Əliyevanın elə ilk keçirdiyi
müşavirə də müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin
mənzillə təmin edilməsinə həsr olunmuşdur. Vitse-prezident bildirib
ki, “Dövlət Proqramına uyğun olaraq,
qaçqın və məcburi köçkün
soydaşlarımızın sosial, təhsil, məşğulluq,
yaşayış və tibbi təminatına uyğun olan
lazımi tədbirlər mərhələlərlə həyata
keçirilir. Hazırda əsas məqsəd
qəzalı binalarda yaşayan bütün
köçkünləri bu il və gələn il ərzində
yeni mənzillərlə təmin etməkdir”. Əlbəttə,
bu insanlar üçün nə qədər imkanlar
yaradılsa da, onların bir arzusu var: doğma torpaqlara
qayıtmaq. Və bu ilin yanvar ayında Azərbaycan
Respublikası Prezidentinin “ İşğaldan azad edilmiş Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə
bağlı tədbirlər haqqında” imzaladığı Sərəncam
hər birimizdə, xüsusilə, evlərindən, ata – baba
yurdlarından didərgin düşmüş vətəndaşlarımızda
böyük inam yaradır.
- Azərbaycanda uşaq hüquqlarının təmin
olunması istiqamətində hüquqi baza hansı səviyyədədir?
- Cəmiyyətin həssas və kövrək
zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək
qayğı, diqqət və nəvazişlə əhatə
olunublar. Və bu
yanaşma bir daha göstərir
ki, Azərbaycanda uşaq məsələlərinə
dövlət tərəfindən
həmişə diqqət
yetirilir. Əsası Ümummilli liderimiz Heydər
Əliyev tərəfindən qoyulmuş dövlət uşaq
siyasəti bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi
ilə daha da inkişaf etdirilir. Dövlət
başçısı dəfələrlə öz
çıxışlarında qeyd edir ki, “elə etməliyik
ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə
özləri üçün gözəl həyat qura bilsinlər,
dövlətimiz üçün dəyərli vətəndaşlar
olsunlar”. Və bu arzu öz real həlini tapır. Belə
ki, son illər ərzində rayonlarda və bölgələrdə üç mindən çox orta məktəb, altı yüzdən çox xəstəxana,
tibb məntəqələri, qırx
olimpiya və onlarla gənclər mərkəzi
tikilib istifadəyə verilmişdir.
“Gənclərin həm ailələrdə, həm
məktəblərdə milli ruhda tərbiyə alması
xüsusi əhəmiyyət daşıyır. Xüsusilə
indiki şəraitdə ki, dünyada müxtəlif proseslər
gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə
siyasəti aparılır, kütləvi informasiya vasitələri
ilə müxtəlif təxribatlar ortaya atılır.”- cənab
Prezidentin bu fikirləri uşaq hüquqlarının müdafiəsi
sahəsində prioritetləri müəyyən edir.
Müvafiq sahələrdə
görülmüş işlər sırasında ilk olaraq
qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi
çox vacibdir. Həmin qanunların qəbul edilməsi yeni
düşüncə tərzinin formalaşmasına və
müəyyən stereotiplərin aradan qaldırılmasına
təkan vermişdir. Nikah yaşı 17-dən 18-ə qaldırılmış, erkən
nikahların
qarşısının alınması məqsədi ilə
qanunvericilikdə valideyn məsuliyyəti müəyyənləşdirilmişdir.
“Uşaqların icbari dispanserizasiyadan
keçirilməsinə”, “Ana və uşaqların
sağlamlığının
yaxşılaşdırılmasına” və bir sıra digər
Dövlət Proqramları, eyni zamanda, tərəflərin
nikahdan əvvəl məcburi tibbi müayinədən
keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm
ailələrimizin, həm də gələcək nəsillərin
sağlamlığına xidmət edir. Uşaqların təhsildən
yayınması, əməyə cəlb edilməsi və
onların məruz qaldığı digər sosial-psixoloji
problemlər valideyn məsuliyyətinin
artırılmasını zəruri edir. Bütün
bu və digər məsələlər
nəzərə alınaraq, Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan
Respublikası Cinayət Məcəlləsində və
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında Qanunları qəbul edilmişdir. Penitensiar
sahədə fəaliyyətin təkmilləşdirilməsi,
cəza siyasətinin humanistləşdirilməsi
və alternativ cəza tədbirlərinin tətbiqinin
genişləndirilməsi barədə 2017-ci ildə ölkə
başçısının Sərəncamı təsdiq
olunmuşdur. Bu sənəd eyni zamanda, yuvinal ədliyyə
sisteminin formalaşmasına da imkan yarada bilər. Bu, bizə nə verəcək, ilk
növbədə qanuna zidd hərəkət etmiş
uşağa cinayətkar damğasının
vurulmasının qarşısını alacaq. Hər kəs
səhv və cinayət tərkibli hərəkət edə
bilər. Biz onu özümüzdən uzaqlaşdırsaq, o
daha da aqressivləşər, qatı cinayətkara çevrilə
bilər. Bu sahədə
çoxlu qanun və dəyişikliklərin qəbul olunmasını nəzərə
alaraq, onların implementasiyası ilə bağlı hakimlər,
vəkillər üçün
xüsusi təlimlər
keçirilir. Və artıq
müsbət nəticələrə nail olmuşuq. Uşaq hüquqları haqqında
Konvensiya üzrə 2015-ci ildə 3506,
2016-cı ildə isə 4654 məhkəmə qərarı
çıxarılıb. Əlbəttə ki, bu sahədə
gələcək hədəflərin müəyyən edilməsi də
vacib məsələlərdəndir. “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası və 2016-2030-cu illər üçün
Dayanıqlı İnkişaf Məqsədlərini əsas
götürərək, uşaqların bütün sahələrdə imkanlarının daha da genişləndirilməsi,
hüquqlarının müdafiəsi üçün
müvafiq sənədlər hazırlanır. Uşaq
Strategiyası rəy
üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur. Uşaq Məcəlləsi
ilə bağlı ilkin hazırlıq prosesi aparılır.
- Hicran xanım, Heydər Əliyev Fondu daim
uşaqlarla əlaqədar mühüm layihələr həyata
keçirir. Bu layihələrin əhəmiyyəti
haqqında fikirlərinizi bilmək istərdik...
- Respublikanın Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə
diqqəti bu sahəyə qayğının daha da
artırılmasına səbəb olmuşdur. Xüsusilə də
"Uşaqlar Azərbaycanın sabahıdır, gəlin
onların problemlərinə biganə qalmayaq" devizini irəli sürən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva
uşaqların hərtərəfli inkişafı, keyfiyyətli
təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə
təmin olunması istiqamətində önəmli layihələr
həyata keçirir. "Yeniləşən Azərbaycana
yeni məktəb" çərçivəsində yüzlərlə
təhsil ocaqları tikilib istifadəyə verilmişdir. "Uşaq evləri və internat məktəblərinin
inkişafı proqramı" və "Məktəbəqədər
uşaq tərbiyə müəssisələrinin yenidənqurulması"
layihəsi çərçivəsində 100-dək körpələr
evi, bağça və internat məktəbi əsaslı təmir
olunmuşdur. Uşaq evləri və
internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan
yaradacaq resurs mərkəzinin yaradılması, "Kor və
zəif görən uşaqlar üçün
informasiya-kommunikasiya texnologiyalarına
çıxışın təmin edilməsi", "Təhsilə
dəstək" və "İnklüziv təhsil"
proqramlarının həyata keçirilməsi Fondun xidmətləri
sırasında xüsusi vurğulanmalıdır. Fondun
prezidenti kimsəsiz və yetim uşaqlara, fiziki
sağlamlığında problemi olanlara xüsusi yardım
göstərir. Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə həyata keçirilən
"Diabetli uşaqlara ən yüksək qayğı" və
"Talassemiyasız həyat naminə" layihələri cəmiyyətin
diqqətinin uşaqların sağlamlığına yönəldilməsi
baxımından müstəsna əhəmiyyət
daşıyır.
Uşaq məsələləri ilə əlaqədar
dövlət qurumları arasında koordinasiya və nəzarət
sisteminin təkmilləşdirilməsi çox vacibdir. Məlumat
üçün qeyd edim ki, 2012-ci ildə Azərbaycan
Respublikası Prezidentinin Fərmanı ilə “Uşaq
hüquqlarının həyata
keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmişdir. Dövlət müəssisələrində
uşaqların qidalanma, nəzarət, təhlükəsizlik,
zorakılığa məruz qalma və digər məsələlərlə
bağlı monitorinqi aparılımışdır.
Monitorinqin nəticəsində hazırlanmış tövsiyələr əsasında
təlim-tərbiyə müəssisələrində şərait
standartlara uyğunlaşdırılmış, mütəxəssislər
üçün yeni təlimlər keçirilmişdir.
Uşaq hüquqlarının həyata keçirilməsinə
dair elektron məlumat bankı yaradılmış, artıq məlumatlar
daxil edilir. Bunun nəticəsində
uşaq problemlərinin dəqiq statistikası müəyyənləşərək, həmin sahədə daha effektiv
preventiv tədbirlərin həyata keçirilməsinə səbəb olacaq.
Eyni zamanda, erkən nikah
hallarının və uşaq əməyinin
qarşısının alınması üçün maarifləndirmənin gücləndirilməsi, valideyin himayəsindən məhrum
uşaqların internat və uşaq evlərini tərk etdikdən
sonra onların məşğulluğunun təmin edilməsi,
eləcə də, müxtəlif peşələrin
öyrədilməsi məişət
zorakılığının və insan alverinin qurbanı
olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə
inteqrasiyası istiqamətində tədbirlər keçirilir. Lakin
Mehriban xanımın sözləri ilə desək "Ən
müasir internat məktəbi və ən yaxşı
uşaq evi ailəni əvəz edə bilməz", buna
görə də, ailələrimiz
çox möhkəm, milli, mənəvi dayaqlar əsasında
qurulmalı, ailənin övladların və cəmiyyətin
qarşısında hər kəs öz məsuliyyətini
dərk etməlidir.
-
Uşaqlar hər bir millətin gələcəyidir. Bu mənada, ölkəmizdə uşaqların
sağlam həyat tərzinin təmin olunması istiqamətində
nə kimi tədbirlər görülür?
- Vacib məsələlərdən
biri də uşaqların sağlam həyat tərzi
keçirmələridir. Azərbaycanda idmana
dövlət səviyyəsində böyük diqqət və
qayğı göstərilir. Gənc nəsil,
uşaqlar, yeniyetmələr idman bölmələrinə
gedirlər və idmanla məşğul olurlar.
Uşaqların asudə vaxtlarının səmərəli
keçirilməsi sahəsində də mühüm tədbirlər
görülmüş, həm bilik yarışları,
olimpiadalar keçirilmiş, sağlamlıq imkanları məhdud,
valideyin himayəsindən məhrum, cəbhəyanı
bölgələrimizdə yaşayan uşaqlar üçün düşərgələr təşkil
olunur. Azərbaycan Prezidenti İlham Əliyevin
tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq”
layihəsi nəticəsində
şagirdlər ölkəmizin müxtəlif şəhər
və rayonlarının zəngin və çoxəsrlik
tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə
edir, yeni dostlar qazanırlar. Mütəmadi olaraq, Kütləvi
İnformasiya Vasitələrində uşaq hüquqları
haqqında maarifləndirici verlişlər təşkilr
olunur, audio materiallar səsləndirilir. Hazırda
bütün yerli icra hakimiyyətlərində müvafiq yerli
icra orqanlarının nümayəndələrindən ibarət
Gender zorakılığı və uşaqlara qarşı
zorakılıq üzrə monitorinq qrupları
yaradılmışdır. Monitorinq qrupları eyni zamanda,zərərçəkmiş
uşaqlarıa profilaktiki
işi təşkil edir, onlara lazımi psixoloji və
hüquqi yardımlar göstərir.
Regionlarda fəaliyyət göstərən Uşaq və
Ailələrə Dəstək Mərkəzləri icmada risk qrupuna aid olan ailə,
qadın və uşaqlara dəstək göstərir, vətəndaşların
müraciəti əsasında onları müxtəlif xidmətlərə
yönəldirlər. Təkcə, 2016-cı ildə Mərkəzlərin
nəzdində olan xidmətlərdən ümumilikdə 4351 uşaq istifadə etmişdir.
Uşaqların öz hüquqlarını bilməsi,
ictimai həyatda iştirakçılığının
artırılması da aktual məsələlərdəndir. Bu baxımdan,
Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun dəstəyi
ilə keçirilən Ümumrespublika Uşaq
Forumlarının xüsusi rolu vardır. Hər iki ildən bir keçirilən
Uşaq Forumlarında uşaqlar sərbəst şəkildə
mühüm problemlərə
münasibətlərini bildirir, öz həmyaşıdlarının problemlərini ictimailəşdirirlər.
Onların irəli sürdükləri təklif və məsələləri
dövlət məmurları və parlament üzvləri
ilə müzakirəyə qoyuruq. Hazırda IV Uşaq Forumuna
hazırlıq gedir. Eyni zamanda,
növbəti il BMT-nin
müvafiq Komitəsi qarşısında Uşaq Hüquqları üzrə ölkə hesabatı veriləcək,
bununla bağlı ciddi hazırlıq işləri
aparılır.
Uşaqların böyüməsi, inkişaf
etməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin
qarşısında dayanan
mühüm məsələdir. Azərbaycan Hökuməti bir sıra ölkələrin
aidiyyatı dövlət orqanları, eləcə də beynəlxalq
təşkilatlarla tərəfdaşlıq
edir. Qeyd etmək
istərdim ki, BMT-nin Uşaq Fondu, Heydər Əliyev Fonduilə
birgə keçirilən Ümumrespublika Uşaq
Forumlarını, məişət zorakılığı,
erkən nikah, təhsildən
yayınma hallarının qarşısının
alınması və digər layihələr həm milli
qanunvericiliyin güclənməsində, həm də
maarifləndirici işlərin reallaşmasında xüsusi əhəmiyyətə
malikdir. Ölkədə
“Küçə uşaqlarının, nikahdan kənar doğumun
qeydiyyatının, erkən nikah halları üzrə vəziyyəti
araşdırmış, “Doğulan uşaqların cinsə
görə nisbətinin pozulmasının səbəbləri: Mövcud
vəziyyətin təhlili və problemin həlli yolları”
mövzusunda sosialoji tədqiqat keçirilmişdir. Bununla əlaqədar
olaraq təklif və tövsiyələr
hazırlanmışdır. Eyni zamanda, Avropa Şurası
Parlament Assambleyasının müvafiq Komitəsi ilə əməkdaşlıq çərçivəsində
uşaqların hüquqlarının qorunması və
onların səlahiyyətləndirilməsi üzrə məlumatlandırıcı
və maarifləndirici kampaniyaları
keçirilir.
Uşaqların sağlam və
xoşbəxt böyüməsi
həmişə aktual
olmuşdur, lakin müasir dövrdə, xüsusilə də hərbi
münaqişələr, kataklizmlər, terrorizm və zorakı ekstremizmin
fonunda bu məsələ özünü daha qabarıq şəkildə göstərir. Əlbəttə
ki, uşaq hüquqlarının müdafiəsi
yalnız bir dövlətin deyil,
beynəlxalq birliyin, vətəndaş cəmiyyətlərinin,
həmçinin siyasi və sosial qüvvələrin birgə
səyləri nəticəsində
mümkündür. Əgər ailə dövlətin kiçik modelidirsə,
uşaqlar da ailənin özəyidir. Uşaq
hüquqlarının təmin olunması valideynlərlə
yanaşı, dövlətin də qarşısında duran əsas
məqsədlər sırasındadır.
Uşaq ailənin davamçısı
olduğu kimi, dövlətin də gələcəyidir. Çalışmalıyıq ki,
onların məsumluğunu, təbəssümünü,
xoşbəxtliyini qoruyub saxlaya bilək. Biz elə etməliyik
ki,
İki
sahil.- 2017.- 1 iyun.- S.14.