Azərbaycanda uşaqların sosial
müdafiəsi sosial siyasətin mühüm tərkib hissəsidir
1 İyun - Uşaqların
Beynəlxalq Müdafiə
Günüdür. Azərbaycanda hər bir uşağın
sağlam və firavan böyüməsi, fiziki-mənəvi inkişafı
və layiqli vətəndaş kimi formalaşması, müvafiq
hallarda etibarlı sosial təminat növləri ilə təmin edilməsi sahəsində fəal dövlət siyasəti həyata keçirilir.
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə
əlaqələr şöbəsindən
Trend-ə verilən məlumata görə, ötən dövrdə Azərbaycan BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına,
«Uşaqların yaşaması,
müdafiəsi və
inkişafının təmin
edilməsi haqqında»
Ümumdünya Bəyannaməsinə
və s. sənədlərə
qoşulub. Bu sənədlərdən irəli gələn normaları əks etdirən “Uşaq Hüquqları haqqında”,
“Valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum
olmuş uşaqların
sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların
baxımsızlığının və hüquq pozuntularının profilaktikası
haqqında” qanunlar,
digər zəruri normativ hüquqi aktlar qəbul olunub. Beləliklə, uşaq hüquqları sahəsində mütərəqqi
beynəlxalq normalara, humanist yanaşmalara əsaslanan milli qanunvericilik bazası formalaşıb.
Azərbaycan Prezidenti İlham
Əliyevin müvafiq sərəncamı ilə
2009-cu ilin «Uşaq ili» elan edilməsi,
eyni zamanda dövlət başçısının
sosial inkişafın təmin edilməsinə yönələn fərman
və sərəncamları
uşaqların dövlət
qayğısı ilə
əhatə olunması
tədbirlərinin əhəmiyyətli
şəkildə genişlənməsinə
imkan yaradıb. Bu siyasətin əsas istiqamətlərindən biri
də müvafiq kateqoriyalardan olan uşaqların sosial müdafiəsinə yönəlib.
2017-ci ilin 1 aprel tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
müharibə əlilləri
və şəhid ailələrinin 17 293 nəfər,
I və II qrup Çernobıl AES əlillərinin
ümumilikdə 635 nəfər
uşağı, müddətli
hərbi xidmət qulluqçularının 192 nəfər
uşağı aylıq
sosial müavinətlə
təmin olunur. Həmçinin ünvanlı dövlət
sosial yardımı alan ailələrdəki ailə üzvlərinin
48,4 faizi uşaqlardan ibarət olmaqla, sosial yardımdan əlavə olaraq həmin aztəminatlı ailələrdəki 1 yaşınadək
uşaqların (3 243 nəfər)
hər birinə görə aylıq sosial müavinət də ödənilir.Azərbaycan
Respublikası Prezidentinin
“Beşdən çox
uşağı olan qadınlara müavinətin
məbləğinin müəyyən
edilməsi haqqında”
27 dekabr 2013-cü il tarixli Fərmanı uşaqlara dövlət qayğısının artırılmasının
növbəti nümunəsi
olmaqla, çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində mühüm
rol oynayıb. Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
2017-ci ilin 1 aprel tarixinə beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış
ümumilikdə 8 926 nəfər
uşağının hər
birinə görə aylıq sosial müavinət verilir.
Ailə başçısını itirməyə görə
24 250 ailəyə aylıq
sosial müavinət,
118 167 ailəyə isə
aylıq əmək pensiyası ödənilir
ki, həmin ailələrdəki ailə
üzvlərinin böyük
əksəriyyətini uşaqlar
təşkil edir.
Sağlamlıq imkanları məhdud
uşaqlara da aylıq sosial müavinət ödənilməklə
yanaşı, onların
tibbi-sosial reabilitasiya imkanları getdikcə artırılır. 2016-cı ilin
dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, ailə üzvlərinin iştirakı
ilə əsaslı təmir və yenidənqurmadan sonra açılışı
olan Uşaq Bərpa Mərkəzi, burada ən yüksək standartlara uyğun səviyyədə
yaradılan reabilitasiya
şəraiti qeyd olunan uşaqların sağlamlıqlarının bərpasına
xüsusi diqqət və qayğının nümunəsidir. Cari ilin yanvar-aprel aylarında Mərkəzdə
1000 nəfərdən çox
şəxsə stasionar
və ambulator qaydada reabilitasiya xidmətləri göstərilib.
Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə son illərdə Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün
reabilitasiya mərkəzi
istifadəyə verilib,
həmçinin hazırda
320 nəfərdən çox
uşağın yaşadığı
sağlamlıq imkanları
məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə
uyğun yaşayış
və reabilitasiya şəraiti yaradılıb.
Sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa
müalicəsinin təşkili
də diqqətdə dayanan məsələlərdən
biridir. Bu istiqamətdə işlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
2016-cı ildə 70 nəfər
əlilliyi olan şəxslə bərabər,
58 nəfər sağlamlıq
imkanları məhdud uşağın da (valideynlərindən birinin
müşaiyəti ilə)
xaricə ixtisaslaşmış
reabilitasiya kursu keçməsi təşkil
edilib. Nazirliyin sosial sifarişləri üzrə icra olunan layihələr çərçivəsində də sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası
və cəmiyyətə
inteqrasiyası üçün
məqsədyönlü işlər
görülür. Təkcə
ötən il bu sifarişlər üzrə 37 layihə icra olunub ki,
həmin layihələr
2046 nəfər ehtiyacı
olan uşağı əhatə edib.
Uşaq hüquq
və azadlıqlarının
vacib tərkib hissələrindən biri
də uşaq əməyinin, xüsusi ilə onun ən
pis formalarının ləğv olunmasıdır.
Bununla əlaqədar Azərbaycan
ötən dövrdə
BMT-nin «Uşaq hüquqları haqqında»,
BƏT-in «İşə
qəbul etmək üçün minimum yaş həddi haqqında», «Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə
və onların aradan qaldırılması
üçün təcili
tədbirlərə dair»
Konvensiyalarını ratifikasiya
edib. Ölkə qanunvericiliyində
uşaqların işə
qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilməklə, uşaqların
həyat və sağlamlığına, onların
mənəviyyatına təhlükə
törədə biləcək
fəaliyyətə cəlb
edilmələri qadağan
edilib. Son illərdə Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti
tərəfindən aparılan
məqsədyönlü işlərin,
bu sahədə aidiyyəti qurumlarla birgə təbliğat-maarifləndirmə
tədbirlərinin müsbət
nəticəsi kimi, Azərbaycanda uşaq əməyindən
qeyri-qanuni istifadə halları da minimum səviyyəyə enib.
Qeyd olunanlar uşaqların
sağlam və firavan böyüyərək
layiqli vətəndaş
kimi formalaşmasının,
eyni zamanda onların sosial müdafiəsinin gücləndirilməsinin
Azərbaycanda aparılan
sosial siyasətin əsas istiqamətlərindən
olduğunu və bu sahədə ölkəmizdə məqsədyönlü
addımlar atıldığını göstərir.
İki
sahil.- 2017.- 1 iyun.- S.15